Çoxlu fəzilətə malik olan namaz |
Müəllif: Admin | Bölmə: Namaz | Vaxt: 10-01-2016, 20:25 | Şərh sayı: (0) | Baxılıb: 2065
Çoxlu fəzilətə malik olan namaz

Bu namazı qılıb qurtardıqdan sonra, Allah təala ona yağan hər bir yağış damcısı və bitən hər bir bitki müqabilində savab verər. Həmçinin belə bir şəxsə Həzrət İbrahim, Musa, Zəkəriyya və Yəhya peyğəmbərinin savabının oxşarı yazılar. Ehtiyaxsızlıq qapısı üzünə açılıb, yoxsulluq qapısı üzünə bağlanar. Belə bir şəxsi heç vaxt ilan və əqrəb çalmaz və heç vaxt yanmaq, suda boğulmaq və ilə ölməz. İmam Cəfər Sadiq (ə) buyurdu: "Mən bu şəxs üçün zəminəm." Allah təala belə bir şəxsə hər gün yüz altımış dəfə nəzər edər və Allah təala hər bir kəsə nəzər edərsə, ona öz rəhmət və məğfirətini göndərər. Hər kəs bu namazı qılıb dediklərini zəfaran ilə yazaraq yağış suyu ilə yuduqdan sonra onu dəli və xora xəstəliyinə tutulmuş şəxsə içirərsə, Allah təala onara şəfa verər. Həmçinin (bu namazı qılan şəxsin) ata və anası müşrik olarsa, əzabları yüngülləşər.
Namazın qılınma qaydası: Cümə gününün zöhründən qabaq dörd rukət (iki ədəd iki rukətli) namaz qılaraq hər rukətdə on dəfə "Fatihə" surəsi, on dəfə "İxlas" surəsi, on dəfə "Kafirun" surəsi, on dəfə "Fələq" surəsi, on dəfə "Nas" surəsi, on dəfə "Ayətəl-kürsi", on dəfə "Qədr" surəsi və on dəfə aşağıdakı "Şəhidəllah" ayəsini oxumaq lazımdır:
"Şəhidəllahu ənnəhu la ilahə illa huvə vəl-məlaikətu və ulul-ilmi qaimən bil-qisti la ilahə illa huvəl-əzizul-həkim. İnnəd-dinə indəllahil-islam. Və məxtələfəl-ləzinə utul-kitabə illa min bədi ma caəhumul-ilmu bəğyən bəynəhum və mən yəkfur biayatillahi fəinnəllahə səriul-hisab."
Namaz sona çatdıqdan sonra yüz dəfə belə istiğfar etsin:
Əstəğfirullahə Rəbbi və ətubu iləyh."
Daha sonra yüz dəfə belə desin:
"Subhanəllahi vəl-həmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər və la həvlə və la quvvətə
illa billahil-əliyyil-əzim."
Həmçinin yüz dəfə Həzrət Muhəmməd (s)-a və onun Əhli-beytinə (ə) salavat göndərsin.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər