Rəcəb ayının fəzilətli gecələri |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 11-04-2016, 22:30 | Şərh sayı: (0) | Baxılıb: 966
Rəcəb ayının fəzilətli gecələri
Rəcəb ayının 13-cü gecəsi
İmam Sadiq (ə): "Allah yalnız bu ümmətə 3 dəyərli ay əta etmişdir ki, onlar "Rəcəb", "Şaban" və "Ramazan" aylarıdır. Üç gecə bəxş etdi (ayın 13,14 və 15-ni), həmçinin 3 surə əta etmişdir: "Yasin", "Mulk" və "Tovhid". Buna görə kim bu üç fəzilətlə cəm olsa bu ümmətin ən yaxşıları arasında olar.
İmamdan soruşdular: "Buna necə nail ola bilərik?"
Buyurdu: "Bu üç ayların yuxarıda qeyd olunan gecələrində namaz qılmaq, belə ki, 13-cü gecədə 2 rukət- hər rukətdə "Həmd"dən sonra bu üç surəni ("Yasin", "Mülk" və "Tovhid") oxumaq, 14-cü gecədə 4 rukətli (hər 2 rukətdə bir salam) namaz, hər rukətdə "Həmd", "Yasin", "Mülk" və "Tovhid" surələrini oxumaq, 15-ci gecədə 6 rukət (hər 2 rukətdə bir salam)həmin qayda ilə namaz qılmaq"
İmam bu namazların fəziləti barədə buyurdu: "Bunlara əməl edən kəs bu ayların fəzilətini qazanmış olar və Allah şirkdən başqa onun bütün günahlarını bağışlayar".
Rəcəb ayının 13-ü
Bu gün Əli (ə)-ın viladət günüdür. Bu gün və sonrakı iki gündə oruc tutmağın böyük savabı var. Kim ki, "Ummu Davud"un əməlini yerinə yetirmək istəyirsə bu gündə oruc tutsun".
14-cü gün
Bu gündə oruc tutmaq savabdır. Allah bu gündə oruc tutana gözlərin görmədiyi, qulaqların eşitmədiyi bir mükafat əta edər".
Ayın yarısı gecəsi
Bu bir dəyərli gecədir ki, bir neçə əməli var:
1. Qüsl
2. Əhya (Gecəni oyaq qalıb ibadət etmək)
3. İmam Hüseyn (ə)-ın ziyarəti
4. Altı rukət namaz qılmaq (yuxarıdakı qayda ilə)
5. 30 rukətli namaz- hər rukətdə 1 dəfə "Həmd" surəsi, 10 dəfə "Tovhid" surəsini oxumaq (Peyğəmbərdən bunun böyük savabı olduğunu nəql etmişlər)
6. On iki rukət namaz (hər iki rukətdə bir salam) Hər rukətdə 1 dəfə "Həmd" və "Surə" deyilir. Namazlardan sonra "Həmd", "Fələq", "Nas", "Tovhid" və "Ayətəlkursu", həmçinin "Qədr" surələrinin hər birini 4 dəfə oxu, sonra 4 dəfə de:
سُبْحانَ اللهِ وَ الْحَمْدُ لِلّهِ وَ لاَ اِلهَ إِلاَّ اللهُ وَاللهُ اَکْبَر
"Subhənəllahi vəlhəmdulilləhi və lə iləhə illəllahu vallahu əkbər"
Sonra de:
أللّهُ أللّهُ رَبِّی، لا أُشْرِکُ بِهِ شَیْئاً، ما شاءَ اللهُ وَ لا حَوْلَ وَ لا قُوَّةَ إِلاَّ بِاللهِ الْعَلِىِّ الْعَظیمِ
"Allahu, Allahu rabbi, lə uşriku bihi şəyən, mə şəəllahu və la həvlə və la quvvətə illa billahil əliyyil əzim"
Rəcəb ayının ortası
Mübarək bir gündür, bir neçə əməli var:
1. Qüsl etmək
2. İmam Hüseyn (ə)-ın ziyarəti
Məhəmməd ibn əbu Nəsrdən rəvayətdir ki, İmam Rza (ə)-dan soruşur: "Hansı ayda imam Hüseyn (ə)-ın ziyarəti daha yaxşıdır?" Buyurdu: "Rəcəbin ortası, və Şabanın ortası".
3.Cənab Salmanın namazını qılmaq
Bu günün mühüm əməllərindən biri "Ummu Davud" duasıdır. Əllamə Məclisinin dediyinə görə Şeyx Səduq, Şeyx Tusi, Seyyidbin Tavus (r) mötəbər sənədlərlə onu nəql etmişlər. Bu əməl hacətlərin qəbul olunması, qəm-qüssənin aradan getməsi və zalımların zülmündən amanda qalmaq üçün təsirlidir. (Əllamə Məclisinin "Zadul-məad" kitabında dediyinə görə bu dəfələrlə təcrübə olunmuşdur)
27-ci günün gecəsi - Məbəs gecəsi
Məbəs gecəsi ilin mühüm aylarındandır və çox dəyərlidir. Bu gecə üçün əməllər nəql olunmuşdur:
1. Qüsl etmək müstəhəbdir
2. Şeyx Tusi İmam Cavad (ə)-dan nəql etmişdir ki, o həzrət buyurur: "Rəcəb ayındakı bu gecə saçan hər bir şeydən yaxşıdır. 27-ci gecənin sübhü Peyğəmbər risalətə seçilmişdir. Həqiqətən bu gecənin əməlini yerinə yetirən şiələrimiz üçün 60 ilin əməli əcrinə bərabərdir"
O həzrətdən sual olundu: "Bu gecədə hansı əməl daha yaxşıdır?"
Buyurdu: "İşa namazını qılıb yatandan sonra, gecə yarısından qabaq istədiyin vaxt yuxudan qalxıb 12 rukət namaz qıl, hər rukətdə "Həmd" və bir kiçik surələrdən oxu. Hər iki rukətdə namazın salamını verdikdən sonra otur və 7 dəfə "Həmd" və "Fələq" və "Nas", "Tovhid" və "Kafirun, "Qədr" və "Ayətəlkursu"nü hər birini 7 dəfə oxu. O vaxt nə hacətin varsa Allahdan istə.
3. Möminlərin əmiri Əli (ə)-ın ziyarəti bu gecədə ən fəzilətli əməllərdəndir. O həzrət üçün bu gecədə 3 ziyarət nəql olunmuşdur.
27-ci gün
İmam Sadiq (ə)-dan rəvayətdir ki, Məbəs günü şərafətli gün kimi qeyd olunmuşdur. Hər halda böyüklər bu gün üçün əməllər zikr etmişlər:
1. Qüsl etmək
2. Oruc. Bu gün ilin dörd günündən biridir ki, həmin günlər oruc tutmağın böyük savabı vardır.
İmam Sadiq (ə)-dan rəvayətdir ki, bu gündə oruc tutan kəsə Allah 70 ilin orucunun savabını verər.
3. Çoxlu salavat göndərmək
İmam Sadiq (ə): "Bu gündə oruc tut və Muhəmməd və onun ailəsinə çoxlu salavat göndər".
4. Peyğəmbər və Əli (ə)-ı ziyarət etmək
5. On iki rukətli namaz
Rəyyan bin Salətdən nəql olunur ki, imam Məhəmməd Nəqi (ə) Bağdadda olanda rəcəb ayının ortası və 27-ci günü oruc tutdu və buyurdu ki, 12 rukət namaz qılaq (hər iki rukətə bir salam), hər rukətdə 1 dəfə "Həmd" və "Surə" oxumaq. Namazlardan sonra "Həmd", "Tovhid", "Fələq", "Nas" surələrinin hər birini 4 dəfə oxumaq. 4 dəfə belə de:
لا اِلـهَ اِلاَّ اللهُ واللهُ اَکْبَرُ، وَسُبْحانَ اللهِ وَ الْحَمْدُ لِلّهِ، وَ لا حَوْلَ وَلا قُوَّةَ اِلاَّ بِاللهِ الْعَلِىِّ الْعَظِیمِ
"Lə iləhə illəllahu vəllahu əkbər və subhənəllahi vəlhəmdulilləhi və lə həvlə və lə quvvətə illə billəhil əliyyil əzim"
4 dəfə:
اَللهُ اَللهُ رَبِّى لا اُشْرِکُ بِهِ شَیْئاً
"Allahu Allahu rəbbi uşriku bihi şəyən"
Ayın son günü
Bu gündə Salmanın namazını qılmaq, həmçinin oruc tutmağın çox savabı var. İmam Rza (ə) buyurur: "Hər kəs rəcəbin axırıncı günü oruc tutsa Allah onun günahlarını bağışlayar".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər