Baş daramağın münasib vaxtları haqqında |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 28-06-2015, 02:42 | Şərh sayı: (0) | Baxılıb: 846
Baş daramağın münasib vaxtları haqqında
İmam Sadiq (ə)-ın canamazının arxasında xüsusi daraq olardı. O hər namazdan sonra bir qədər Quran oxuyub sonra saç-saqqalını darayardı.İmam Musa (ə) Əraf surəsinin 31-ci ayəsini izah edərkən buyurardı:
(Hər ibadət vaxtı (Xuzu ziynətəkum ində kulli məscidin.) Namaz qılarkən, (məscidin), məscidə gedərkən və ya təvaf edərkən ziynət əşyalarınızı özünüzlə götürün).
Ayədəki ziynət sözü darağa, daha doğrusu saç-saqqalını daramağa dəlalət edir.Yəni insan bütün gündəlik namazlarından sonra yaxşı olar ki, saç-saqqalını özünün xüsusi darağı ilə darasın.Başqa bir rəvayətdə deyilir: "Başlarınızı və yaxud saqqalınızı daradığınız zaman qəm-qüssəni özünüzdən uzaqlaşdırmaq üçün darağı sinənizə qədər çəkin.” "Hər kim saqqalını yetmiş dəfə (əlbətdə bir dəfəyə yox ) darasa Şeytan qırx gün ona yaxın düşə bilməz.”
"Hamamda baş daramaqdan çəkinin.”Adi vaxtlarda başlarınızı daramaq istərkən darağı əlinizə götürün oturun və başınızı qarşıdan (alın tərəfdən) daramağa başlayın. Müsəhəbdir ki, başlarınızı darayarkən bu duaları oxuyasınız.
(Allahummə həssin şəri və bəşri və təyyibhuma vəsrif ənnil-vəba)
Saçların arxasın daradıqdan sonra desin:
(Allahummə la təruddəni əla əqəbi vəsrif ənni kəydəşşəytanə vəla tuməkkinhu min qiyadi fəyəruddini əla əqəbi)
Qaşlar daranarkən oxunulan dua.
(Allahummə zəyyini bi ziynətil-huda )
Saqqal daranarkən oxunulan dua.
(Allahummə sərrih ənnil –ğumumə vəl-humumə və vəhşətissuduri və vəsvəsətiş-şəytan)
Qurtardıqdan sonra isə "Qədr”surəsini oxumaq daha çox tövsiyə edilmişdir.
(Həqiqətən Biz Quranı qədr gecəsi (lövhi məhfuzdan) dünya səmasına nazil etdik!)(Ya Peyğəmbər!) Qədr gecəsinin nə olduğunu bilirsənmi?
Qədr gecəsi (savab cəhətdən) min aydan daha xeyirlidir! O gecə mələklər və ruh (Cəbrail) Rəbbinin izini ilə (həmən gündən , gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir işdən ötrü yerə enərlər.O gecə dan yeri sökülənə kimi salamtlıq, əmin-amanlıqdır! (Qədr gecəsi heç bir bəla nazil olmaz,o bütünlüklə xeyir-bərəkətdən ibarətdir). O gecə mələklər yer üzündə gəzib Allahın xalis bəndələrinə salam verərlər.Buna görə də qədr gecəsi səhərə qədər oyaq qalıb ibadət etmək lazımdır!)
İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir:"Saqqalına yeddi dəfə (əgər bu iş adət halına çevrilərsə ) daraq çəkən hər bir şəxs bir çox dərd-bəlalardan və qəm-qüssədən uzaq olar. Saç-saqqal daranarkən oxunması məsləhət görülən dualardan biri də budur:
(Allahumməsəlli əla Muhammədin və Ali Muhəmməd və əlbisni cəmalən fi xəlqikə və ziynətən fi ibadikə və həssin şəri və bəsəri və la təbtəliyəni bninifaqi vərzuqna əlməhabətə bəynə bərriyyətikə vər-rəhmətə min ibadikə ya ərhəmmərrahimin).
İmam Musa (ə)-dan nəql olunmuş hədisdə deyilir: saç-saqqalı ayaq üstə daramaq ürək zəifləməsinə səbəb olar. Oturaq vəziyətdə daranarsa əksinə olaraq həm ürək qüvvətlənər,həm də dəri.
Peyğəmbər (s) başı darayərkən darağa isladar,saqqalını isə yeddi dəfə yuxarıdan aşağı darayardı və bunun səbəbini belə izah edərdi. Saqqalı bu qayda ilə daramaq bəlğəmin aradan getməsinə səbəb olar. Və sizlərədə bunu tövsiyə edirəm. İbn Vəlid deyir:Günlərin bir günü imam Sadiq (ə)-dan darağın və yağ qabının (başa çəkilən yağın) fil sümüyündən hazırlanmasının nə dərəcədə dügün olması haqqında sual etdim. Imam Sadiq (ə) buyurdu: Şəri qanunlara əsasən bunun heç bir nöqsanı yoxdur. Həsən ibni Asimdən nəql olunmuş rəvayətdə deyilir:Bir gün imam Musa (ə)-ı saç-saqqalını fil sümüyündən olan daraqla daradığını gördüm. Və onun bu işinə təəccüb etdim. İmam Musa (ə) nə üçün təəccübləndiyimi soruşdu. Dedim: İraq camaatı fil sümüyündən hazırlanmış daraqlardan istifadə etməyi haram bilirlər. Məgər bu belə deyilmi? Buyurdu: Xeyr! Bu heç də belə deyil! Atam özü belə daraqlardan istifadə edər və bunun xeyirli xüsusiyyətləri haqqında deyərdi ki, fil sümüyündən hazırlanmış daraqlardan istifadə etmək bədəndə olan hərarəti azaldır və insanı gümrah edir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər