RSS
 

Login:
Şifrə:
» » HAQLA BATILIN FASILƏSI

Xəbər lenti

Özünü tərbiyə və təqva
Özünü tərbiyə və təqva...
Xanım Fatimeyi-Zəhranın “Fədək” xütbəsi
Xanım Fatimeyi-Zəhranın “Fədək” xütbəsi...
Hacı Sahib - Cümə Xütbəsi - Vəsilə axtarmaq (14-cü hissə) (26.04.2024)
Hacı Sahib - Cümə Xütbəsi - Vəsilə axtarmaq (14-cü hissə) (26.04.2024)...
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






HAQLA BATILIN FASILƏSI

 
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 21-01-2016, 23:11 | Şərh sayı: (1) | Baxılıb: 527

HAQLA BATILIN FASILƏSI


HAQLA BATILIN FASILƏSIBir gün Imam Əli (ə) müsəlmanlara öyüd-nəsihət verərək buyurdu: «Ay camaat! Hər kim öz din qardaşının etibarlılığına və əməlisalehliyinə inanırsa, onun barəsində başqasının danışdığı pis sözlərə inanmasın! Bəzən ovçu səhv edir və atdığı ox boşa çıxır. Amma söz təsirsiz qalmır. Batil və yalan nəhayətdə aradan getsə də, onu danışana günah yazılır. Axı, Allah hər şeyi eşidəndir və hər şeyə şahiddir. Həqiqətən, haqla batilin fasiləsi dörd barmaqdan artıq deyil». Imamın bu sözünün mənasını ondan soruşdular. O həzrət əlinin dörd barmağını birləşdirib, gözü ilə qulağının arasına qoydu və buyurdu: «Batil odur ki, bir şey barəsində deyəsən: «Mən belə eşitmişəm». Haqq odur ki, bir şey barəsində deyəsən: «Belə görmüşəm» (Nəhcül-bəlağə, 141-ci xütbə).

Imam Əli (ə) bu qısa nəsihətlə bizlərə böyük bir dərs verir. Əvvəla, öyrədir ki, bir kəsin yaxşılığını görüb buna əmin olduğumuz halda, başqasının sözü ilə ona münasibətimizi dəyişməməliyik. Müsəlman güclü bir sübut olmadığı təqdirdə öz din qardaşına hüsni-zənn ilə yanaşmalıdır. Yəni onun hərəkətlərini yaxşılığa yozmalı, başqalarının yanında onun pisliyinə danışmamalıdır. Daha sonra Imam məşhur bir atalar sözünə işarə edir: «Söz yarası silah yarasından kəsərlidir». Atılan ox boşa çıxsa unudular. Amma deyilən sözün təsiri ürəkdə qalar. Incimiş qəlbi düzəltmək çox çətindir. Doğrudur, Allah Quranda vəd verib ki, «haqq gəldi, batil getdi. Həqiqətən, batil gedəridir». Batil sözün iç üzü gec-tez aşkara çıxar. Amma onu söyləyən adamın cəzası tövbə etməyincə yüngülləşməz. Hər şeyi görən və eşidən Allah hər kəsin əvəzini layiqincə verər.

Hədisin sonunda Həzrət Əli (ə) haqla batilin, doğru ilə yalanın fərqini gözəl bir misalla nümayiş etdirir. Həqiqətən, tarix boyunca bir çox fitnə-fəsadlar məhz hadisənin baş verməsinə yəqinlik hasil olmadan, onu başqalarının dilindən eşidib inanmaq üzündən əmələ gəlib. Bəzən bir sözü başqasına danışan adam özü də bilmədən səhvə yol verir, fikrini düzgün çatdıra bilmir. Eşidən adam da onu doğru-düzgün anlamaya bilər. Söz ağızdan-ağıza gəzdikcə dəyişir, təhrif olur və axırda tanınmaz hala düşür. Hər kəs öz dediyinə nə isə əlavə etsə, həqiqətdən əsər-əlamət qalmaz.

Gözlə görülməyən, qulaqla eşidilən hadisələr o qədər də etibarlı sayılmır. Hətta gözlə görülənlərin belə, bəzən həqiqətə uyğun olmadığı, səhv təsəvvürə əsaslandığı ya gözbağlıcalıq məhsulu olduğu aşkara çıxırsa, qulağa necə etibar etmək olar? Islam şəriətində də bəzi hökmlər məhz gözlə görmək vasitəsilə sübuta yetir. Məsələn, bir kəsin zina etdiyi barədə məhkəməyə xəbər verən adam 4 nəfər şahid gətirməlidir. Özü də şahidlər zinanın baş verdiyini gözləri ilə gördüklərini söyləməlidirlər. Onların ifadələri üst-üstə düşməli, bir-biri ilə ziddiyyət yaratmamalıdır. Əgər şahidlər hətta divar arxasından zina edənlərin səsini eşitsələr belə, ifadələri keçərli sayılmaz.

Yəqinin hasil olması üçün ən etibarlı yol gözlə görməkdir. Dini ədəbiyyatda yəqinin üç mərtəbəsi haqqında yazırlar. Yəqinin birinci və ən aşağı mərtəbəsi elmül-yəqindir. Yəni insan bir məsələnin mövcudluğu barədə nəzəri biliyə sahibdir. Ikinci mərtəbə eynül-yəqindir. Yəni insan gözü ilə hadisəni görür. Nəhayət, üçüncü mərtəbə həqqül-yəqin mərtəbəsidir. Insan məsələni nəinki nəzəri cəhətdən bilir və kənardan görür, bütün varlığı ilə onun mövcudluğunu hiss edir, həmin hadisəni yaşayır. Məsələn, uzaqdan tüstü görən adam o yerdə alov olduğunu bilir. Çünki tüstü alovun əlamətidir. Yaxına gedib yanan tonqalı gözü ilə görür və yəqinliyi daha da artır. Amma tonqala əlini toxundurub istiliyini hiss edəndə yəqinin son mərtəbəsinə çatır. Yaxud insan ölümün mövcudluğu haqqında kitablarda oxuyub camaatdan eşidəndə elmül-yəqin mərtəbəsində sayılır. Yaxın adamlarının vəfatı ilə rastlaşanda ölümün acısını daha dərindən duyur. Amma özü can verəndə ölümü yaşayır və həqqül-yəqinə çatır.

Imam Əli (ə) yuxarıdakı kəlamında gözlə görüləni qulaqla eşidiləndən daha üstün sayır. Çünki görmək vasitəsilə əldə edilən yəqinliyi eşitməklə əldə etmək olmaz. Eşitmə prosesində qarşı tərəf danışandır. Pis adamın ağzındakı dil nə kimi fəsadlar törədə bilər – bunu təsəvvür etmək o qədər də çətin deyil. Qeybət, yalan, xəbərçilik kimi çirkin günahlar məhz dilin bəlalarıdır. Dillə Allahı zikr edib savab əldə etmək də olar, başqasına iftira atıb cəhənnəm əzabı qazanmaq da.

Burada Qurani-kərimin «Bələd» surəsindən aşağıdakı ayələr yada düşür: «Məgər biz ona (insana) iki göz vermədikmi? Eləcə də, bir dil və qoşa dodaq vermədikmi?» (8-9-cu ayələr). Diqqət yetirin ki, Allah bu ayələrdə insana iki göz, amma bir dil verdiyini vurğulayır, üstəlik, iki dodağı da əlavə edir. Ayənin rəmzi mənalarından biri də bu ola bilər ki, Allah-təala sözlərimizə qarşı daha məsuliyyətli olmağımız üçün dilimizi iki qapının – dodaqların arxasında yerləşdirdiynin yadımıza salmaq istəyir. Dodaqlar sanki dilin eyiblərini gizlədən, səhvlərinin qarşısın alan maneələrdir. Lazım olan anda öz dilini danışmaqdan saxlayıb, dodaqlarını bir-birinə sıxaraq sakit dura bilmək təəssüf ki, hər adama qismət olmayan bir bacarıqdır.

Quranda göstərilməsə də, Allah-təala gözlər üçün də bu cür «qapılar» yaradıb. Gözü həm təhlükədən qoruyan, həm də lazım olmayan haram istiqamətlərə baxmaqdan saxlayan iki cərgə kirpik elə dodaqların daşıdığı funksiyanı yerinə yetirir. Gözünü harama bağlaya bilən insan güclü iradə sahibidir. Təsadüfi deyil ki, Imam Cəfər Sadiq (ə) buyurub: «Qiyamət günündə bu üç gözdən başqa bütün gözlər ağlayacaq: Allahın haram buüyurduqlarına baxmamaq üçün yumulan göz, Allaha ibadət etmək məqsədilə gecələr oyaq qalıb yatmayan göz, bir də gecəyarısı Allahın sevgisindən və qorxusundan ağlayan göz».

Yuxarıdakı ayəni təfsir edən müəlliflər yazırlar: Həzrət Mühəmməd Peyğəmbərin (s) dilindən rəvayət edilən hədisi-qüdsilərin birində deyilir ki, Allah-təala insana müraciət edərək buyurub: «Ey Adəm oğlu! Əgər dilin (batil danışmaqla) səni harama çəksə, yadına sal ki, mən onu iki dodağın arasında yaratmışam. Elə isə, dodaqlarını bir-birinə sıx. Əgər gözün (harama baxmaqla) səni günaha salmaq istəsə, bil ki, mən onu iki cərgə kirpiyin arasında yerləşdirmişəm. Elə isə, kirpiklərini bir-birinə sıx» (Məcməül-bəyan təfsiri, X, 410).



Şərhlər

 
 
| | |

eliyeva.s

22 yanvar 2016 00:17 Offline
Allah razi olsun
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor