Allahı yada salmaq qəlbləri aram edər |
Müəllif: Admin | Bölmə: Allahşünaslıq | Vaxt: 11-01-2015, 00:52 | Şərh sayı: (0) | Baxılıb: 978
Allahı yada salmaq qəlbləri aram edər
İnsan həyatının ən böyük bəlalarından biri iztirab və nigarançılıqdır.Müxtəlif səbəblər üzündən baş verən bu nigarançılıq həyatın şirinliyini əlindən alıb insanı fitrətinə yad olan bir varlığa çevirir.Belə bir halı yalnız Allahı yad etmək aradan qaldıra bilər.Qurani-Kərimdə buyurulur:
" Bilin!Qəlblər yalnız Allahı yada salmaqla rahatlıq tapar”(Rəd,28)
Həzrət Əlinin bu barədə gözəl bir sözü vardır;
"Allahı yada salmaq sinələrin nuru və qəlblərin rahatlığıdır.”
İnsan əgər hər bir problemində öz yanında böyük qüdrət sahibi olan Allahı hiss etsə əlbəttə ki,aramlıq tapıb yeni bir qüvvə ilə həyata qədəm qoyacaq.
2. İşlərdə bəsirətə sahib olmaq.
Yəni,insan əqli cəhətdən zəif və xəta edən bir varlıqdır.Bu varlıq gün ərzində böyük elm,hikmət və qüdrət sahibi olan Allahla rabitədə olsa sözsüz ki,bu rabitə və ünsiyyət ona da təsir edəcək və elm mədəninə birləşdiyi üçün uzaq görən olub,başladığı işın nə ilə nəticələndiyini biləcək.
3. Allahı zikr etmək ruhu cilalandırır.
Əli(ə) buyurur;”Həqiqətən Allah,zikri ruhlar üçün cilalandırıcı qərar vermişdir ki,ağır eşidən qulaqlar eşidən və bağlı gözlər görən olsunlar”
4. Allahı yad etmək nicat tapmağın, azadlığın amilidir.
Allahı yada salmağın bəzən həyatımızda çox böyük təsiri vardır.Əgər o təsirləri əldə etmək istəsək gərək Allahı davamlı olaraq yada salaq.Qurani-Kərimdə buyurulur;
"Allahı çox yad edin ki,nicat tapasınız”
5. Qəlbin dirilməsi.
Əli(ə) buyurur;”Hər kəs sübhdən Allahı yad etsə,Allah onun qəlbini dirildər,əqlini və fikirini işıqlandırar.”
Bütün bu təsirlər o zaman baş verə bilər ki,insan vicdan ilə Allaha yanaşsın.Xalis ibadət etsin.Onun niyyəti özünü kiməsə göstərmək,təkəbbür etmək,gözdən pərdə asmaq olmasın.Yalnız bu halda o əbədi səadətə çatacaq.Amin!
Burada qeyd olunan "zikr”kəlməsi "namaz” anlamındadır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər