Eşitmək görmək kimi olarmı? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 27-08-2015, 00:32 | Şərh sayı: (0) | Baxılıb: 631
Eşitmək görmək kimi olarmı?
Qəlbi ram etmək üçün ölümü xatırlamaq lazımdır. Bəs ölümü necə xatırlamaq? İnsanlar bu məsələyə münasibətdə də fərqlidirlər. Bə’ziləri ölüm haqqında düşünməklə qəlblərində bu fikirə daimi yer verirsə, digərləri yalnız ölümlə bağlı səhnələri müşahidə edərkən bu barədə düşünə bilirlər. Şübhəsiz ki, görmək eşitməkdən daha tə’sirlidir. İnsanlar bir çox həqiqətlər haqqında mə’lumatlı olsalar da, gözlə müşahidə etmədiklərindən həmin həqiqətlərə diqqətsizlik göstərirlər. Həzrət Musanın (ə) dastanını xatırlayaq. Musa (ə) Tur dağında olarkən Allah-təala ona qövmünün inəyə sitayiş etdiyini buyurur. Bu xəbəri eşidən Musa (ə) ona qəlbən inansa da, bir o qədər də narahat olmur. Amma qövmünün yanına qayıdıb, onların inəyə (buzova) sitayiş etdiyini gördükdə çox qəzəblənib, dərin iztirab çəkir. Qur’ani-kərimdə buyurulur: "Musa qəzəbindən lövhəni yerə atdı, qardaşının başına qışqırdı...” Bu qəzəbi doğuran Musanın öz gözü ilə gördüyü səhnələr oldu. Hansı ki, nə baş verdiyini əvvəlcədən bilirdi. Bəli, görmək eşitməkdən daha tə’sirlidir.
İnsan ölümü, dünyanın faniliyini dərindən hiss etmək üçün yer üzündə baş verən faciələri, sarayların viran qalmasını yaxından görməlidir. Tarixi mütaliə etmək, öyrənmək faydalı olsa da, gözlə görmək kimi tə’sirli deyil. Bəlkə də Allah-təala bə’zən bu məqsədlə insanı seyr etməyə çağırır: "Yer üzünü gəzin və əvvəlkilərin aqibətinin necəliyini görün”; "Yer üzündə gəzib görün ki, peyğəmbərləri yalançı hesab edənlərin axırı necə oldu.” Ayələrdə insan görməyə də’vət olunur. Biz müxtəlif məntəqələrdə baş verən zəlzələlər haqqında tez-tez eşitsək də, yalnız evimiz zəlzələdən titrədikdə onu daha dərindən hiss edirik.
Həzrət Əlinin (ə) bəyanından da mə’lum olur ki, çətinlikləri, vəfasızlıqları, bəlaları yaxından seyr etməklə qəlbimizi tə’sirləndirə bilərik. Dünya təmtəraqlarını, bərbəzəklərini gözü ilə görən insan dünyaya rəğbətlənir. Qəlbdə tarazlıq yaratmaq üçün dünyanın ağrılı tərəflərini də gözlə görmək lazımdır. Əks-təqdirdə, insan dünyaya baş qatmaqla axirəti unudasıdır. Ona görə də həzrət buyurur: "Qəlbinə dünya faciələrini göstər.” ("bəssirhu faciəd-dünya”)
Ola bilər ki, "bəssirhu” "bəsirət” mə’nasında işlənmişdir. Yə’ni insan aldanmamaq üçün dünyada baş verənlərə bəsirət (iç) gözü ilə baxmalıdır. Həzrət (ə) buyurmur ki, qəlbə xatırladın. Məqsəd daha böyükdür. Çalışmaq lazımdır ki, qəlb dünya faciələrini görsün.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər