RSS
 

Login:
Şifrə:
» » İSLAMA GÖRƏ İNSAN HƏYATINDA “DÜNYA” VƏ “AXİRƏT” BALANSI

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






İSLAMA GÖRƏ İNSAN HƏYATINDA “DÜNYA” VƏ “AXİRƏT” BALANSI

 
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 11-01-2016, 22:55 | Şərh sayı: (0) | Baxılıb: 371

İSLAMA GÖRƏ İNSAN HƏYATINDA “DÜNYA” VƏ “AXİRƏT” BALANSI


İSLAMA GÖRƏ İNSAN HƏYATINDA “DÜNYA” VƏ “AXİRƏT” BALANSI Bir çox Quran ayələrində və Islam müqəddəslərinin hədislərində «dünya» və «axirət» kəlmələri yanaşı işlənərək qarşı-qarşıya qoyulur. Dünya sevgisini məzəmmət edən, zahidliyə çağıran tövsiyələr dini mənbələrimizdə istənilən qədərdir. Bəzən sıravi müsəlmanlar bu tövsiyələri düzgün qəbul etmir, Islamda tərki-dünya həyat tərzinin bəyənildiyini sanır və bu cür yaşamaq həvəsinə düşürlər.

Dünya barədə məzəmmətli ifadələrə diqqətlə nəzər saldıqda görürük ki, bunlarda heç də mütləq mənada dünyanın dəyərsizliyi ideyası təbliğ edilmir. Tənqid edilən dünyanın haram nemətləri, insanı özünə aludə edən və Allahdan uzaqlaşdıran ləzzətləridir. Dünyanın halal nemətləri, ilahi qanunlarla zidd olmayan cəhətləri bura aid deyil. Bəzi mənbələrdə ümumilikdə dünyaya qarşı yönələn «hücumlar»ın səbəbi isə sadəcə olaraq, problemi daha kəskin və qabarıq şəkildə insanların diqqətinə çatdırmaq istəyindən ibarətdir. Həm Allah-təala, həm də məsum şəxsiyyətlər insanları dünyaya uymamağa, aludə olmamağa çağırmışlar.

Insan dünyada yaşadığı müddətdə heç zaman ölümü və axirəti unutmamalıdır. Hər zaman çalışmalıdır ki, dünyada etdiyi hərəkətlər axirətdə onun əleyhinə çevrilməsin. Əks halda, yəni düynaya aludə olduqda, insan gələcəyi gözardına vurur, həyatın yalnız bu dünya ilə məhdudlaşdığını düşünür, heç bir ölçüyə və qanuna sığmayacaq tərzdə dünyaya bağlanır.
Imam Cəfər Sadiq (ə) buyurur: «O adam ki, başqalarına möhtac olmamaq və abrını qorumaq, borclarını ödəmək və qohumlarına yardım göstərmək üçün halal yolla mal toplamağı sevmir, belə adamda xeyir olmaz» (Şeyx Küleyni. Əl-Kafi, V, 72).

Imam Sadiqin (ə) öz səhabələrindən birinə verdiyi aşağıdakı cavab da bu mənada diqqətəlayiqdir. Bir nəfər Imamın yanına gəlib nigarançılıqla söylədi: «Vallahi, biz dünyaya aludə olmuşuq və dünyanı ələ keçirmək tamahına tutulmuşuq». Imam ondan soruşdu: «Dünya malını nəyə görə istəyirsən, bu maldan hansı məqsədlə istifadə etmək niyyətindəsən?». O adam cavab verdi: «Istərdim ki, pulumun bir hissəsini özümə və ailəmə sərf edim, bir hissəsini qohumlara xərcləyim, bir hissəsini sədəqə kimi paylayım, bir hissəsi ilə də həccə və ümrəyə gedim». Imam buyurdu: «Bu, dünyapərəstlik deyil, axirətpərəstlikdir» (yux. mənbə).

Həqiqi Islamda tərki-dünyalıq bəyənilmir. Müsəlmanın dünyaya aludə olması nə qədər mənfi və bəyənilməz hal sayılırsa, dünya nemətlərindən tam uzaqlaşması və tərki-dünya həyat sürməsi də eyni dərəcədə qeyri-məqbul və günah sayılır. Nə Həzrət Mühəmməd Peyğəmbər (s), nə Onun saleh səhabələri, nə də məsum imamlar heç zaman dünyadan tam üz çevirməmişlər; əksinə, dünyanın halal qayğıları ilə məşğul olmuş, heç bir halal neməti özlərinə haram etməmişlər. Elə məşhur hədisdə də deyilir ki, «Mühəmmədin (s) halal buyurduğu qiyamətə kimi halaldır, o həzrətin haram buyurduğu isə qiyamətə kimi haramdır».

Imam Musa Kazim (ə) dünyadan halal yolla yararlanmaq barədə buyurur: «Mürüvvətə (insafa) zidd olmamaq və israfa yol açmamaq şərti ilə, öz halal istəklərinizi həyata keçirmək üçün nəfsinizə dünyadan faydalanmaq imkanı verin, dini vəzifələrinizi yerinə yetirməkdə bu yoldan bəhrələnin. Çünki rəvayət olunub ki, dinindən ötrü dünyasını və dünyasından ötrü dinini tərk edən şəxs bizdən (bizim ümmətimizdən) deyil» (Əllamə Məclisi. Biharül-ənvar, MXXV, 321).
Müfəzzəl ibn Ömər adlı məşhur səhabə (bu, materialistlərlə mübahisədə vəsait kimi istifadə etmək üçün «Tövhidi-Müfəzzəl» kitabını Imam Sadiqin (ə) diqtəsi ilə qələmə alan və əslində bu kitabın yazılmasının səbəbkarı olan səhabədir) deyib: «Dünyanın bəzi nemətlərindən axirət üçün yararlanın. Çünki Imam Sadiqin (ə) belə buyurduğunu eşitdim: «Bunun (dünyanın) bəzi nemətlərindən ondan (axirətdən) ötrü faydalanın və insanlara artıq yük olmayın» (yux. mənbə, səh. 381).
Imam Sadiqdən (ə) rəvayət edilən başqa bir hədisdə buyurulur: «Allah-təaladan bu dünya üçün ehtiyacsızlıq və sağlamlıq, axirət üçün isə məğfirət (bağışlanmaq) və cənnət istəyin» (Şeyx Küleyni. Əl-Kafi, V, 71).

Dünya müsəlmanın günah qazanmaq məkanı ola bildiyi kimi, onun savaba çatma vasitəsi də ola bilər. Insan axirət üçün azuqəni, yəni savabı bu dünyada qazanır. Əgər dünya həyatı olmasaydı, insanların savab qazanmaq və behişt əldə etmək imkanı da olmazdı. Bütün savab əməllər bu dünyada edilir, ölümdən sonra heç bir savaba nail olmaq mümkün deyil. Çünki dünya – savab yeri, axirət isə hesab yeridir. Bu dünyada halal ruzi qazanan, özünün və ailəsinin tam ehtiyacsız halda yaşayışını təmin edən, imkanı çərçivəsində fəqirlərə yardım göstərən, əli, dili və ürəyi ilə haqq-ədaləti qoruyan, insanları yaxşı əməllərə çağırıb pis işlərdən çəkindirən (əmr bil-məruf və nəhy ənil-münkər edən), Allaha ibadət edib öhdəsindəki dini vəzifələri layiqincə yerinə yetirən şəxs əlbəttə ki, savab qazanar. Peyğəmbərimizə mənsub olan çox məşhur bir hədisə görə də, «ibadət on hissədirsə, onun doqquzu halal ruzi axtarmaqdır».

Həzrət Əli (ə) dünyanı belə tanıtdırırdı: «Şübhəsiz, dünya – onun sözlərini dinləyən kəs üçün sidq məkanıdır, anlayanlar üçün əmin-amanlıq yeridir, qiyamətdən ötrü azuqə toplayanlar üçün xəzinədir, ibrət alanlar üçün moizədir. Dünya – Allahı sevənlərin məscidi, mələklərin namaz yeri, ilahi vəhyin eniş yeri, Allah dostlarının ticarət məkanıdır. Onlar dünyada rəhmət qazanır və behiştə vəsiqə alırlar» (Nəhcül-bəlağə, 127-ci hikmətli kəlam).

Imam Əli (ə) özü hər nə qədər zahidanə həyat tərzi sürsə də, tərki-dünyalığın əleyhinə idi. O, öz səhabələrini də tərki-dünyalıqdan çəkindirirdi. «Nəhcül-bəlağə»nin 200-cü xütbəsində belə bir əhvalat təsvir olunub:
Həzrət Əli (ə) Cəməl savaşından qayıdanda Bəsrəyə daxil olub, öz yaxın səhabələrindən Əla ibn Ziyad Harisinin evinə gəlir. Əlanın evi çox geniş və yaraşıqlı idi. Imam evi seyr edib Əlaya belə deyir: «Sən bu dünyada belə geniş evdə nə etmək fikrindəsən? Axirətdə bu cür məkana daha çox ehtiyacın olacaq. Bəli, əgər istəsən, elə bu evin vasitəsilə də axirətə yetişə bilərsən. Bunun yolu budur ki, evində qonaqlar qəbul edəsən, qohumlarla görüşəsən, haqlıların haqqını bu evdən onlara göndərəsən. Əgər bunları etsən, yaxşı axirət əldə edərsən».
Əla Imamı dinləyəndən sonra dedi: «Ya Əmirəl-möminin, sənə qardaşım Asimdən şikayətim var». Imam soruşdu: «Məgər qardaşın nə edib?». Əla cavab verdi: «Çiyninə bir əba salıb, dünyadan üz çevirib, tərki-dünya olub».

Imam buyurdu ki, Asimi onun yanına çağırsınlar. Asim gələndə Imam ona belə müraciət etdi: «Ey özünə düşmən kəsilən! Şeytan səni yoldan azdırıb. Niyə ailənə və övladlarına yazığın gəlmir? Elə bilirsən ki, Allah-təala səndən ötrü pak nemətləri halal buyurub, amma sənin onlardan istifadə etməyinə razılıq verməyib?! Xeyr, sənin Allah yanında qiymətin düşündüyündən aşağıdır». Asim etiraz etdi: «Ya Əmirəl-möminin, axı, sən özün də kobud parçadan paltar geyib, quru çörək yeyirsən!». Imam cavab verdi: «Vay sənin halına! Mən sənin tayın deyiləm. Allah-təala ədalətli imamlara vacib edib ki, özlərini cəmiyyətin ən aşağı təbəqəsinə bərabər tutsunlar; ta ki, yoxsulluq belə adamları yoldan azdırmasın».

Buna oxşar bir hadisə də Həzrət Mühəmməd Peyğəmbərin (s) başına gəlib. Bir gün o həzrət öz səhabələrinə dünya və axirət barədə danışırdı. Peyğəmbərin nəsihətlərini dinləyən Səd ibn Əşəcc adlı səhabə dedi: «Mən Allahı, Onun Rəsulunu və buradakı insanları şahid tuturam ki, bu gündən etibarən gecə yatmağı, gündüz yeməyi, yumşaq yatağı, insanlarla ünsiyyəti və qadınla əlaqəni özümə haram edirəm!». Peyğəmbər onu danlayıb buyurdu: «Ey Səd, belə etmə! Əgər sən insanlarla ünsiyyəti tərk etsən, xalqı yaxşı əməllərə dəvət edib pis işlərdən çəkindirməyi necə bacararsan?.. Gecə yat, gündüz ye, qızıl-gümüş saplardan toxunan və başqa bu kimi haram parçalardan tikilən geyimlərdən savayı istədiyin paltarı geyin, öz qadınınla əlaqədə ol». Sonra Peyğəmbər Səd ibn Əşəcci cizyə pullarını yığıb gətirmək üçün Bəni-Müstələq qəbiləsinə göndərdi (Biharül-ənvar, XXII, 310).



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor