Allah tərki-dünya olmağımızı istəmir |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 11-12-2015, 15:13 | Şərh sayı: (0) | Baxılıb: 1083
Allah tərki-dünya olmağımızı istəmir
Tələbələrdən biri tərki-dünya (özünə qapılaraq, hamıdan qaçıb bir yerdə ibadətlə məşğul olmaq) olub, bir küncə çəkilib ibadət edir, ağlamaq və Allaha yalvarmaqla məşğul olur. Onun bu qədər ifrat dərəcədə ağlayıb-sızlamasına, nalə çəkməsinə razı olmayan ustadı ona yaxınlaşır və soruşur:
- Niyə bu qədər narahatsan, bu qədər ah-nalə çəkirsən?
- Allah günahlarımı bağışlayıb, mənə bol lütf və mərhəmət əta etsin.
Bu cavabın müqabilində ustad ondan soruşur:
- Əgər bir toyuğu bəsləyib böyüdürsənsə, bunda hədəf nədir?
- Yumurtasından və ətindən faydalanmaq.
- O, toyuq ah-nalə çəksə və yalvararsa ki, onu kəsməyəsən, niyyətidən dönərsənmi?
- Doğrusu, yox. Toyuğu bəsləməkdə başqa bir hədəf düşünə bilmirəm.
- Əgər bu toyuq sənin üçün qızıl yumurtalar verməyə başlasa necə? Yenə də toyuğu kəsərsənmi?
- Heç vaxt ustad! Qızıl yumurtalar daha çox dərdimə dəyəcəyi üçün toyuğu kəsmərəm.
- Elə isə sən də Allahın üçün bu cür ol! Çalış cismindən, dərindən, sümüyündən daha dəyərli olasan! Çalış Allah üçün, insanlar üçün, kainat üçün faydalı və dəyərli olasan ki, sənin bu dəyərliliyin Allahın lütfünə və mərhəmətinə səbəb olsun. Allah tərki-dünya olmağımızı istəmir, bu qədər bizdən hərəkətli olmağımızı, inkişaf etməyimizi və dəyərli olmağımızı istəyir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər