RSS
 

Login:
Şifrə:
» » İmam Huseyn (ə)-in ziyarətinin Allah yanında savabı

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






İmam Huseyn (ə)-in ziyarətinin Allah yanında savabı

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 19-08-2015, 19:05 | Şərh sayı: (0) | Baxılıb: 2092

İmam Huseyn (ə)-in ziyarətinin Allah yanında savabı


İmam Huseyn (ə)-in ziyarətinin Allah yanında savabı


Bu hədislər də öz növbəsində iki yerə bölünür:
1.İmam Hüseyn (ə)- ın ziyarəti barəsində olan hədislər.
2.O Həzrətin ziyarətinin necə olması haqqında olan hədislər.
Keçən söhbətlərimizdə İmam Hüseyn (ə)- ın ziyarəti haqqında bir neçə hədis qeyd etdik. Eləcə də qeyd olundu ki, o həzrəti ziyarət etmək həm insanın dünyası üçün həm də axirəti üçün faydalıdır. Bundan əlavə qeyd etmək lazımdır ki, İmam Hüseyn (ə)- ı ziyarət etməyin, insanın mənəviyyatına da böyük təsiri var.
Rəvayətdə vardır: «Dünya, axirət tələb edən adama haramdır, axirət isə dünyanı tələb edən adama haramdır. Bunların hər ikisi isə (dünya və axirət) Allahı tələb edən adama haramdır».
Bu hədisin mənasından aydın olur ki, Allahı sevən və Onun razılığını əldə edən şəxs üçün dünya və axirətin heç bir
mənası yoxdur. Buna misal olaraq Əli (ə)- ı qeyd etmək olar. Beləki, O həzrət buyurur: «İlahi mən sənə nə cəhənnəmin qorxusundan nə də behiştinə görə ibadət etmirəm. Mən səni tanımışam və məni bu xurmalıqda ibadət etməyə sənin ibadətinin ləzzəti çəkib gətirir» Odur ki, əgər bir insan dünya və axirətə göz yumub irfan əhli, mərifət sahibi, və Allah aşiqlərindən olsa, belə bir insanın eşq və mərifətində İmam Hüseyn (ə)- ın ziyarətinin böyük təsiri var. Bununla bağlı İmam Sadiq (ə)- dan bir neçə hədis qeyd etmək olar.
Buyurur: «Hər kim İmam Hüseyn (ə)- ı ziyarət etsə, Allah həmin şəxsə on min şəhər əta edəcək.»
Alimlər bu hədisin izahı ilə bağlı qeyd etmişlər ki, şəhərdən məqsəd dünyada mövcud olan şəhərlər deyil. Bəlkə hədisin mənası budur ki, Allah İmam Hüseyn (ə)-ı ziyarət edən şəxsin gözünün önündən və qulaqlarından bütün pərdələri götürər. Allah həmin şəxsin qəlbinin bəsirətini açar. Belə olduqda, o şəxsə nə dünya gərəkdir nə də axirət.
Tarixdə nəql olunur ki, Əli (ə)- a bir anbar dünya malı gətirib verirdilər. Əli (ə) onların hamısını camaata paylamayınca evə getmirdi. Orada haqqı olanların hamısının haqqını qaytarırdı. Bütün beytül-malı payladıqdan sonra orada iki rükət namaz qılıb Allaha belə buyururdu: «İlahi, çox şükür olsun ki, boynumda olan təklifi əda etdim. İndi evimə rahat gedə bilərəm.»
Peğəmbər (s) özü də elə idi. Necə ki, tarixdə qeyd olunub, Peyğəmbər (s) buyurardı: «Əgər günəşi mənim sağ əlimə, ayı isə sol əlimə qoysanız belə, mən yenə də Peyğəmbərliyimdən əl çəkməyəcəyəm. Yəni bütün dünyanı mənə versəniz belə, mən yenə də öz təklifimdən əl götürməyəcəyəm.»
Bu səbəbdəndir ki, əgər insanın bəsirət gözü açılsa, və insan Allahını tanısa, onda həmin şəxsə nə dünya lazım olar nə də axirət. Belə bir şəxs daha günah etməz.
Təfsirçilər bu mətləblə bağlı başqa bir hədis də nəql edirlər: Allah taala buyurur: «Mənim bəndələrim nafilə, gözəl və müstəhəb əməllərlə Allahın məhəbbətini qazanmağa çalışarlar. Mən onları sevdikdə və onlar bu məhəbbəti qazandıqda, onların qulaqlarından və gözlərindən pərdələr götürülər. Mən onların qulağı, gözü, dili və əli olaram». Odur ki, hər kim dünyada İmam Hüseyn (ə) -ı ziyarət edərsə bax belə bir insana çevrilər.
İkinci hədis belədir: İmam Sadiq (ə) buyurur: «Bir insan İmam Hüseyn (ə)-ın ziyarəti məqsədiylə öz evindən çıxarkən birinci addımı atdığı an Allah onun bütün günahlarını bağışlayar. Ondan sonra atdığı hər bir addımda o şəxsin nuraniyyəti çoxalar. Gəlib qəbirə yetişdikdə, Allah taala o şəxslə münacat edərək buyurar: Ey mənim bəndəm çağır məni səs verim, nə hacət və istəyin varsa, istə, mən də əta edim».
Ücüncü hədis belədir: İmam Sadiq (ə) buyurur: Qiyamət günü süfrələr açılacaq. Bu süfrələr bir neçə cürdür; Bir süfrədə yeməklər, bir süfrədə geyimlər, bir süfrədə hurilərdir. Bəzi insanlar belə şeylərin həvəsində olmadığından, onlar elə süfrə axtarar ki, orada nuraniyyət var. İmam buyurur: Bu nuraniyyət süfrəsinin kənarında oturmaq, istəyən kəs gedib adını Hüseyn (ə)- ın zəvvarlarının siyahısına yazsın. Orada o şəxslər oturacaqlar».
Nəql edirlər ki, bir gün axşam həzrət durub geyinib, keçinib, ətirlənib evdən çıxdı. Soruşdular: Ağa hara gedirsən? Həzrət buyurdu: Huri qazanmağa. Gəlib Kəbənin kənarında dayanaraq buyurdu, İlahi Mən Səni istəyirəm. Huri nədir, Cənnət nədir? İmamın bu cavabı o zaman həmin şəxslər üçün qane edici cavab idi. Onlara bəzi şeylərin sirlərini və həqiqətini demək olmazdı. Çünki, deyilsəydi, hələ dərk etməzdilər.
Dördüncü hədis Əbu Usamənin hədisidir. O deyir: Mən İmam Sadiq (ə)- dan eşitdim ki, həzrət buyurdu: «Qiyamət günü Cənnətdə bir iclas olacaq. Orada Peyğəmbər, Əli (ə), Fatimə (s), məsumlar və möminlər iştirak edəcək. Kumeyl duasında buna işarə edən Əli (ə) 3 dəfə «Ya Rəbb» çağırdıqdan sonra Allahdan 10 hacət istəyir. O hacətlərin sonuncusu budur ki, İlahi, sən istədiyin şəxslərin iclasına məni də daxil et. Odur ki, İmam Sadiq (ə) buyurdu: Məsumların, möminlərin iştirakı ilə keçiriləcək iclasda iştirak etmək istəyən insan, İmam Hüseyn (ə)-ı ziyarət etsin. İmam Hüseyn (ə)- ın ziyarətinin insanın həm dünyasına həm də axirətinə mənfəəti var.
Ziyarət nə deməkdir?
Çox insan Kərbəlaya gedib. Şimr (məlun)-da İmam Hüseyn (ə)- ın başını Kərbəlada kəsib. Hər Kərbəlaya gedən əgər bu şərəfə nail olsa, onda Şimir və başqa ona bənzər insanlar da Kərbəlada olublar. Allahın bu ziyarət müqabilində verəcəyi dünya fəzilətinin, axirət fəziləti və həm də mənəviyyatın nuraniliyinin qazanılmasında bir şərt. O ziyarətin şərti var, elə belə deyil.
Müfəzzəl (İmam Sadiq (ə)- ın şagirdlərindəndir) deyir: Həzrət mənə buyurdu ki, Müfəzzəl heç Hüseyn (ə)- ın ziyarətinə gedirsən? Cavabında dedim ki, gedirəm. Deyir ki, həzrət mənə baxıb buyurdu:
-O ziyarəti etməsən ondan yaxşıdır. Ağa necə ola bilər ki, o ziyarətə getməməyim getməyimdən yaxşı olsun? Həzrət buyurdu:
-Ona görə ki, Siz yığılaraq, deyib gülə-gülə gedirsiniz; rahat yerdə qalırsınız; ziyarət edib qayıdırsınız. Elə bilirsiniz oldunuz Kərbəlayı. Halbuki o həzrəti susuz öldürüblər; o həzrəti ac öldürüblər. O həzrət şəhid olan vaxt nə haldaydı? Bax, ziyarəti də elə həmin halla etməlisən. Ondan sonra o fəzilətləri həmin şəxsə verərlər.
İmam Sadiq (ə)-dan olan ikinci hədis belədir: «İmam Hüseyn (ə)-ın ziyarətinə gedərkən, ürəyi sınıq, təvazökaranə, qəmli və qüssəli halda ac və susuz getməlisən. Çünki o həzrət ac və susuz şəhid oldu. Həzrət torpaq üstündə şəhid oldu. Belə halla get ziyarət et, hacətlərini istə və qayıt gəl. Orada qalıb oranı özünə vətən etmə!»
Hədislərdən biri də budur:
«Hər kim İmam Hüseyn (ə)- ın qəbrinin ziyarətinə piyada getsə, Allah həmin şəxs üçün min savab yazar, min günahını pozar və min dəfə də dərəcəsini qaldırar. Sonra buyurur: Fərat çayına yetişdin, orada dayan, Fərat suyuyla qüsl al. Qüslü bitirdikdən sonra ayaqqabılarını çıxart və oradan qəbirə qədər ayaqyalın get. Yeriyəndə də zəlil bəndələr kimi yol yeri.»
Mühəmməd ibni Müslim nəql edir: İmam Sadiq (ə)-dan soruşdum:
-Yəbnə Rəsulillah! Mən sənin cəddinin ziyarətinə gedirəm. Kərbəlaya da həccə gedən şəxslər kimi gedim?
Həzrət buyurdu:
-Bəli. Necə həccə gedirsənsə, eləcə də Kərbəlaya get. Sonra həzrət həmin səfərin ədəb-ərkanını açıqlayaraq buyurdu:
-Yol-yoldaşlarına qarşı bəd əxlaq olma. Xoş sözlərdən başqa heç bir şey söyləmə. Bacardığın qədər Allahı zikr et. Təmiz paltarla ziyarətə get. Ziyarətə başlamazdan öncə qüsl et. Qəlbində xüzu və xuşu olan halda ziyarətə yollan. Nə qədər bacarırsan, bir o qədər hərəmdə dua və namaz qıl. Peyğəmbər və ali Peyğəmbərə çoxlu salavat de. Vaxtını sənə lazım olmayan şeylərə sərf etmə. Gözünü haram baxışlardan qoru. Əgər yolda birinin nəyəsə ehtiyacı olsa, dayan və köməklik göstər. Getdiyin mömin qardaşlarınla cibiniz bir olmalıdır. Yolda təqiyyə lazım olsa, təqiyyə et. Allahın haram buyurduqlarının hamısından çəkin. Əgər dediyim kimi ziyarət etsən, onda sən düzgün ziyarət etmisən. Əgər insan ömründə bir dəfə belə bir ziyarət etsə, bu ziyarət onun bütün ömrünə bəs edər. Qeyd olunan fəzilətlərin hamısını Allah bu şəxsə verər.»
Hənnam ibni Subəyr: Atam mənə İmam Sadiq (ə) -dan nəql edib: İmam atama buyurdu: «Sən cəddim Hüseyni hər gün gedib ziyarət edirsən?
-Ağa xeyr.
-Həftədə bir dəfə gedə bilərsən?
-Xeyr.
-Ayda bir dəfə gedə bilirsən?
-Xeyr.
-İldə bir dəfə gedə bilirsən?
-Bəzi vaxtlar gedirəm. Həzrət mənə baxıb buyurdu:
-Sən İmam Hüseyn (ə)- ın barəsində sanki, cəfa edirsən. Mən susdum. Həzrət buyurdu:
-Əgər bacarsan, hər gün ziyarət et. Bacarsan, həftədə bir dəfə et. Dedim:
-Ağa mən uzaqda yaşayıram. Tez-tez getməyə imkanım yoxdur. Həzrət buyurdu:
-Sənə bir ziyarət öyrədim, hər gün əməl et. Hətta uzaqda olsan da. Gündə bir dəfə çıx damın üstünə və yaxud üstü açıq bir yerə. Bir sağa bax, bir sola və başını göyə qaldırıb imam Hüseyn (ə)- ın hərəmini niyyət edərək de:
Əssəlamu ələykə Ya Əba Əbdillah.
Əssəlamu ələykum və rəhmətullahi və bərəkatuh.
Sonra Həzrət buyurdu: Belə etsən, (müstəhəb) həccin və ümrənin savabını sənə verərlər.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor