RSS
 

Login:
Şifrə:
» » Şiəliyin mərhələləri

Xəbər lenti

Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə
Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə...
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi...
Vəhdət - günümüzün əsas ehtiyacı
Vəhdət - günümüzün əsas ehtiyacı...
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu...
Siffeyn savaşı
Siffeyn savaşı...
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam





Online SMS Yaz!
Online Sms:

Şiəliyin mərhələləri

 
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 10-01-2016, 08:29 | Şərh sayı: (0) | Baxılıb: 1816

Şiəliyin mərhələləri


Şiəliyin mərhələləri Doktor Abdullah Fəyyazın fikrincə, Əlinin (ə) ardıcıllığı mənasını ifadə edən şiəlik üç mərhələdən ibarətdir.
1. Ruhca şiə olmaq;Ruhca şiə olmaq həzrət Əlinin (ə) dini ideallığını qəbul etmək deməkdir. Bu növ şiəliyin kökləri Peyğəmbər (s) dönəmindən başlamış, o həzrət xəlifə olmazdan öncə bitmişdir.
2. Siyasi şiəlik;Onun bu növ şiəlikdə məqsədi Əlinin (ə) xilafətə daha layiq olmasına etiqad bəsləməkdir. Lakin buna səbəb müqəddəs mətnlərdə bu haqda qeyd edilməsi deyil, Əlinin (ə) şəxsi keyfiyyətləridir. Bu növ şiəliyin ilkin nişanələri Səqifədə özünü göstərməyə başladı. Hansı ki, Zübeyr, Abbas və başqaları Əlinin (ə) xəlifə olmasını təkidlə istəyirdilər. Bu növ şiəlik Osman öldürüldükdən sonra, Əlinin (ə) xəlifə seçildiyi zaman ən yüksək həddinə çatmışdı.
3. Zümrəcə şiə olmaq.Şiəliyin üçüncü mərhələsi onun bir məzhəb kimi meydana gəlməsidir. Bu, Kərbəla (h. q. 61) hadisəsindən sonra baş verdi. Çünki bu hadisədən öncə şiəlik dini bir məzhəb kimi şiəlik adı ilə tanınmamışdır.
Cavab: Birincisi, əgər onun bu üç mərhələdə məqsədi müsəlmanların şiəliyə ümumi baxışıdırsa, bunu qəbul etmək olar. Lakin o, müqəddəs mətnlərdən belə nəticə aldığını iddia edərsə, bu yanlış fikirdir.İkincisi, öncə də qeyd etdiyimiz kimi, ruhca şiə olmaq başda Quran olmaqla müqəddəs mətnlərə əsaslanır. Bu növ şiəliyin kökləri Peyğəmbər (s) dönəminə gedib çıxır. Üçüncüsü, o, şiəliyin mənasından Əhli-beytin (ə) xilafət və imamətinə etiqadı ayırmışdır. Hansı ki bu, vilayət sayəsində, Qədir-Xum hədisindən və digər dəlillərdən əldə olunur. Məlum etiqad Peyğəmbər (s) dönəmində səhabələr arasında mövcud olmuşdur. Dördüncüsü, siyasi şiəlik Əlinin (ə) şəxsi keyfiyyətlərinə görə hakimiyyətə daha layiq olmasıdır. Lakin bu, Səqifədə Əbuzər, Salman, Miqdad və Əlinin (ə) imam olduğuna etiqad bəsləyən digər səhabələr tərəfindən yalnız həzrətin (ə) şəxsi keyfiyyətlərinə görə yox, müqəddəs mətnlərə əsaslanaraq irəli sürülmüşdür.Beşincisi, Osman öldürüldükdən sonra Əliyə (ə) beyət edənlərin arasında yazılı dəlillərə əsaslananraq beyət edənlər də var idi. Şiəlik və sİyasİ durğunluqBəzilərinin fikrincə, İmam Hüseynin (ə) övladlarından olan imamlar Kərbəla hadisəsindən sonra siyasi səhnədən uzaqlaşdılar və dünyadan üz çevirərək xalqı hidayət etməyə, ibadətə daha çox üstünlük verdilər. Buna cavab olaraq bildirməliyik ki, onlar Əhli-beytin (ə) sadiq tərəfdarlarının az olduğu bir halda Bəni-Üməyyə və Bəni-Abbas xəlifələrinə qarşı döyüşməyi məqsədəuyğun hesab etmirdilər. Bu, İslam və müsəlmanların xeyrinə olmazdı. Çünki onlar mümkün olan bütün yollarla hakimiyyətə qarşı çıxan qüvvələri sıradan çıxarmağa çalışırdılar. Buna görə də müxaliflər cəmiyyətdən kənarlaşıb ucqar bölgələrə sığınır və maarifləndirmə işini davam etdirirdilər. Şİəlİyİn qİsİmlərİTarixçilər və rical alimləri şiəlik sözünü bir termin kimi müxtəlif mənalarda işlətmişlər:
a) Şiəlik geniş mənada;İlk dövrlərdə şiəlik anlayışı bu gün aid olduğu mənadan daha geniş idi. Bugünkü şiəlik qədim Osman tərəfdarlarının təbirincə "rəfz" adlanırdı. O zaman şiə Əlini (ə) Osmandan üstün hesab edənlərə, onun və övladlarının imam olduğuna etiqad bəsləyənlərə deyilirdi. Xəlifələrlə müqayisədə Əliyə (ə) daha çox diqqət yetirənlərə şiə, iki şeyxi (Əbu Bəkr və Ömər) inkar edənlərə, Əlinin (ə) imam olduğunu Allah tərəfindən yazılı dəlil olduğuna inananlara isə "rafizi" deyilirdi. Zəhəbinin ilk rical alimlərindən nəql etdiyi ibarələr şiəlik və rafiziliklə bağlı o dövrə aid məlumatlar almaqda bizə kömək edir. Şiəlik güclü olduqca bu ibarələr daha sərt olur. Misal üçün, Zəhəbi Buxarinin hədis ustadlarından olan Abdullah ibn Musa haqqında yazır: "O, şiə idi". Ədi ibn Sabit haqqında yazır: "İfrat dərəcədə "qülüv" edən rafizi idi. Əla ibn Əbu əl-Abbas haqqında yazır: "Qülüv edən şiə idi". Görkəmli tarixçi Məhəməd ibn Cərir Təbəri haqqında yazır: "O, şiəliyə meyillidir. Əhli-beytə (ə) ədalətinə zərər verməyəcək dərəcədə məhəbbət bəsləyirdi". Füzeyl ibn Məzruq Kufi haqqında yazır: "O, şiədir. Lakin (səhabələr haqqında) nalayiq sözlər demir”. Əli ibn Haşim haqqında deyilir: "O, şiəlikdə ifrat etmişdir". Qeyd etmək lazımdır ki, adətən şiəliyə meyilli olmayan kufəli azdır. Bu təmayüldə məqsəd şiəliyin geniş mənasıdır. b) Şiəlik - Əhli-beyt (ə) dostluğu; Şiəliyin digər forması isə Əhli-beyt (ə) dostluğudur. Bir çoxları Əhli-beytə (ə) sevgi bəslədiyi üçün şiə təmayüllüdür deyə ittihamlara məruz qalmışlar. Tarix boyu Əhli-beytə (ə) məhəbbət bəsləmək haqqında çoxsaylı yazılı dəllilərə əsaslanan insanlar onlara dost münasibət bəsləmiş və Osman tərəfdarları tərəfindən şiəlikdə ittiham edilmişlər. Şiəlik bir çox qaynaqlarda bu mənada işlənmişdir. Bunun ən bariz nümunəsi Məhəmməd ibn İdris Şafeinin təmayülüdür. Ondan nəql edilən şeirlər göstərir ki, o, şiəliyə meyilli olduğu üçün "rafizilikdə" ittiham edilmişdir. Bu şeirlərdən bir neçə nümunəyə nəzər salaq:قالوا ترفضت، قلت کلا ما الرفض دینی ولا اعتقادیو لکن تولیت غیر شک خیر امام و خیر هادییا آل بیت رسول الله حبکم فرض من الله فی القرآن انزلهیکفیکم من عظیم الفخر انکم من لم یصل علیکم لا صلاة له"Mənə, sən rafizisən”- deyirlər. Rafizilik əsla mənim dinim, etiqadım deyil.Lakin şübhəsiz, mən ən yaxşı imam və hidayətçini sevirəm.Ey Peyğəmbər əhli-beyti (ə)! Sizi sevmək Allah tərəfindən vacib edilmişdir. Allah bunu Quranda buyurmuşdur.Sizə bu iftixar yetər ki, sizə salam göndərməyənin namazı batildir".Bu təmayül beşinci əsrdə və ondan sonra geniş yayıldı. Belə ki, üçüncü, dördüncü əsrdə olduqca təəssübkeş Osman tərəfdarları olan hənbəlilər arasında da Əhli-beytsevərlər gözə dəyməyə başladı. Bu sevgi, bu məhəbbət və bu dost münasibət şiəliyə aparan yol idi. Zaman keçdikcə, bu, şiəliyin geniş yayılmasına aparıb çıxara bilərdi.c) Etiqadi şiəlikŞiəliklə əhli-sünnənin ayrılmasının davamı olaraq aralarındakı ixtilaflar siyasi məsələlərdən dini, mədəni məsələlərə gəlib çıxdı. Erkən çağlarda başlıca problem hakimiyyət məsələsində idi. Əlinin (ə) fədailəri hər biri bir növ bağlı idi ona. Bəziləri onu hakimiyyətə layiq hesab edirdilər. Lakin zaman keçdikcə fiqhi və s. məsələlərdə digər səhabələrin ardınca getdilər. Bu cərəyanın müqabilində bəziləri Əhli-beytə (ə) doğru yönəlməyə başladılar. Şiələr fiqhi və kəlami (etiqadi) məsələlərdə imamları (ə) eşidirdilər. Bu cərəyan hicri birinci əsrin sonlarında özünü aydın göstərməsə də bunu "Etiqadi şiəlik” adlandırmaq olar. Bu təmayülün kökündə imamətə xüsusi növ etiqad dayanır. Bu təfəkkür tərzinə görə, imam rəhbərlikdən başqa dini izah etmək məsuliyyəti daşıyır. Buna səbəb imamın "vilayət” məqamına yüksəlməsi və Peyğəmbərlə (s) yaxın əlaqəsidir. İmamlar və etİqadİ ŞİəlİkƏlinin (ə) "İlahi imamət" məsələsini "təbliğ” yolunda atdığı addımlar, o həzrətin (ə) xilafəti dönəmində şiəliyin mövcudluğunun ümdə dəlillərindəndir. O həzrət (ə) "Qədir" hədisini ehtiva edən şeirlər söyləmiş və onu imamətin dəlili kimi izah etmişdir.فأوجب لی ولایته علیکم رسول الله یوم غدیر خم]Həzrət Əli (ə) Müaviyə ibn Süfyana ünvanladığı geniş məktubda bu məsələ haqqında ətraflı məlumat vermişdir. Belə ki, Əlinin (ə) "İlahi imamət"ə etiqadlı olduğu açıqca bəlli olur. Həzrət (ə) bu yazısında imamət və rəhbərlik haqqının ötürülməsi üçün "peyğəmbərlik irisyyəti"nə toxunur. Bu irsiyyət maddi məsələlər üçün deyil. Bu irsiyyət vəsilik, elm, hikmət, təharət və ismətlə birgədir. Bu, Quranın, peyğəmbərlər arasında da mövcud olduğunu buyurduğu irsiyyətdir. Həzrət İbrahim (ə) bu haqqı öz övladları üçün istəyir. Allah-Taala bu haqda buyurur: (Ya Rəsulum!) Yadına sal ki, İbrahimi öz Rəbbi bir neçə sözlə (bəzi əmrləri ilə) imtahana çəkdiyi zaman o, (Allahın əmrlərini) tamamilə yerinə yetirdi. (Belə olduqda Allah ona:) "Səni insanlara imam təyin edəcəyəm”, - dedi. (İbrahim isə:) "Nəslimdən necə?” – deyə soruşdu. (Allah onun cavabında:) "(Sənin nəslindən olan) zalımlar mənim əhdimə (imamlığıma) nail olmazlar”, -buyurdu("Bəqərə”, 124). Əhli-sünnə bu haqqı adi bir haqq kimi göstərməyə çalışır və şiələri ismət məsələsində yeni fikir irəli sürməkdə (bidətçilikdə) ittiham edirlər. Bir halda ki, şiələr bu məsələdə yazılı dəlillərə əsaslanırlar. Həmin yazılı dəlillər Quranın da buyurduğu "ilahi irsiyyət"dən kənara çıxmır. Burada diqqəti çəkən bir məqam da Əlinin (ə) Cəməl döyüşündən qayıdarkən Kufəyə girdikdə "Qədir-Xum" hədisinə istinad etməsidir. Onlarla əhli-sünnə qaynağının göstərdiyinə görə, Əli (ə) Kufə əhalisini və onunla birgə döyüşən Peyğəmbər (s) səhabələrini "Qədir-Xum" hədisinə şəhadət vermək üçün Kufə məscidinə topladı. Bədr döyüşü iştirakçılarından da on iki nəfər aralarında olmaqla, böyük bir kütlə bu hədisə şəhadət verdi. Əli (ə) məlum hədisə istinad edərək xalqa öz ilahi haqqından söhbət açdı.İmam (ə) zəkat toplamaq məsuliyyətini tapşırdığı məmuruna yazdığı məktubda əhali ilə davranmaq haqqında buyurur: "Xalqın önünə çıx və onlara: "Ey Allahın bəndələri! Məni Allahın vəlisi, Onun xəlifəsi malınızdakı Allah haqqını almaq üçün göndərmişdir”, - de. İmamın (ə) işlətdiyi "Allahın vəlisi", "Allahın xəlifəsi" ifadələri şiəliyə məxsus anlayışlardır. Sözügedən təfəkkür xətti Əlinin (ə) xilafəti sayəsində formalaşdı və "imamət" mövzusunda şiəlik təfəkkürünü möhkəmlətdi. Əlinin (ə) şəhadətindən sonra İraq xalqı İmam Həsənə (ə) beyət etdi. Beyət edənlər arasında İmam Həsəni (ə) imam olaraq qəbul edib beyət edənlər çox idi. İmam Həsənin (ə) şəhadətindən sonra xalq İmam Hüseynə (ə) beyət etdi. Döyüş zamanı Nafe ibn Hilal deyirdi: "Mən Cəməl döyüşü iştirakçılarındanam. Mən Əlinin (ə) olduğu dindəyəm. Buna qarşılıq olaraq düşmən qoşunundan bir nəfər: "Mən Osmanın olduğu dindəyəm", – deyə cavab verd. Burada İmam Hüseynin (ə) səhabələrinin şiə etiqadını sırf siyasi xətt adlandırmaq yanlışdır. İbn Ziyad, Əmr ibn Hüreys deyirdi: "Mənim Yezid üçün qorxum İbn Zübeyrdən deyil, Əli (ə) şiələrindəndir". İmam Səccad (ə) dualarda "Etiqadi şiəliyi" açıqca izah edir. O, imamət anlayışının xilafətə, rəhbərliyə ləyaqətdən başqa ismət, peyğəmbərlərin, xüsusilə həzrət Məhəmmədin (s) elmindən bəhrələnmək kimi ilahi tərəflərini də göstərir. İmam Səccad (ə) Allaha üz tutaraq deyir: "Pərvərdigara, Məhəmmədin (s) Əhli-beytindən (ə) olan paklara salam göndər! Hansı ki, onları rəhbərlik üçün seçdin, öz elminin xəzinələrini onlara tapşırdın, dininin qoruyucuları etdin. Onları öz iradənlə hər növ pislikdən uzaqlaşdırdın, sənə və əbədi behiştə yetmək üçün vasitə etdin". Şiəlik etiqadının əsl mənşəyi imamların təlimləridir. İmam Baqir (ə) bir çox sözlərində xalqı Əhli-beyt (ə) elmindən faydalanmağa sövq edir və səhih hədisi yalnız Əhli-beytdən (ə) eşidə biləcəklərini vurğulayır. İmam Baqir (ə) Səlimə ibn Küheyl və Həkəm ibn Üyəynəyə buyurur: "Şərq və qərbə getsəniz belə, düzgün elmi yalnız bizdən ala bilərsiniz”. Digər rəvayətdə isə deyilir: "İnsanlar hara gedirlərsə getsinlər, and olsun Allaha, elmi yalnız burada (öz evinə işarə edərək) tapacaqlar". Bu sözlər insanları əsl din maarifini Əhli-beytdən (ə) öyrənməyə dəvət edir. Bu dəvətə müsbət cavab vermək şiəliyi qəbul etmək deməkdir.İmam Baqir (ə) buyurmuşdur: "Ali-Məhəmməd (s) Allaha doğru qapı, behiştə doğru hidayət edən rəhbərlərdir”. İmam Baqirdən (ə) nəql edilən digər hədisdə deyilir: "Ey insanlar! Hara gedirsiniz? Hara aparılırsınız? Sizin hidayət olmanız biz Əhli-beytin (ə) vasitəsi ilə başlamış, bizim vasitəmizlə də qurtaracaqdır". Bütün bu dəllilər göstərir ki, Əhli-beyt (ə) tərəfindən özlərini dini ideallar olaraq göstərmək üçün geniş bir hərəkat olmuşdur.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Seyyid Peyman - En insan
Seyyid Peyman - Zeynəb Zeynəb
Hacı Sahib - Səfərdə olanın orucu
Hacı Sahib - Oruc tutan su içə bilər?
Hacı Sahib - Dəstəmazın danışması
Rusif Ucar - Üsyan
Hacı Sahib - İntizar
Hacı Sahib - İntizar çəkmək
Hacı Sahib - Kiçik günahı unutmaq
Hacı Şahin - Dini ehtiyac
Hacı Şahin - Diqqət eləmək
Hacı Şahin - Din təbliğ etmək
Hacı Eldayaq - Allah üçün
Hacı Eldayaq - Allahı unuduruq
Hacı Eldayaq - Allahımızı ucuz satırıq
Azərbaycan İlahi nəğmələr qrupu Hacı Möhübbət - Şah səlamun aleyk
Azərbaycan İlahi nəğmələr qrupu - Ağam Əbəlfəz
Azərbaycan İlahi nəğmələr qrupu - Əli kimdir
Seyyid Peyman - Şah salamun aleyk
Hacı Sahib - Şəban ayının əməlləri
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor