RSS
 

Login:
Şifrə:
» » Şiəlik əsl İslam ruhudur!

Xəbər lenti

Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə
Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə...
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi...
Vəhdət - günümüzün əsas ehtiyacı
Vəhdət - günümüzün əsas ehtiyacı...
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu...
Siffeyn savaşı
Siffeyn savaşı...
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam





Online SMS Yaz!
Online Sms:

Şiəlik əsl İslam ruhudur!

 
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 10-01-2016, 08:12 | Şərh sayı: (0) | Baxılıb: 2383

Şiəlik əsl İslam ruhudur!


Şiəlik əsl İslam ruhudur! Əgər Abdullah ibn Səbanın fitnələrdəki rolu haqqındadeyilənlərin doğru olduğunu qəbul etsək belə, bunun şiəliyin yaranması ilə hər hansı bir əlaqəsi yoxdur. Çünki öncə də qeyd etdiyimiz kimi şiəliyin təsisçisi ilk növbədə Allah-Taalanın özüdür. Peyğəmbər (s) isə Quranda önə çəkilən bu məsələni 23 il ərzində insanlara çatdırmışdır. O həzrətin həyatda olduğu dönəmdə və vəfatından sonra çoxlu sayda səhabə bu təlimləri mənimsəmiş və Əhli-beytin (ə) imamətinə etiqad bəsləmişlər".Əl-Əzhər universitetinin şeyxi Əbd əl-Həlim Mahmud yazır: "Fikrimizcə, şiəliyin yaranmasını iranlıların İslamı qəbul etdikləri dövrə aid etmək yanlışdır. Bunu yəhudiliklə, yəni Abdullah ibn Səba ilə də bağlamaq olmaz. Şiəliyin kökləri daha öncəyə gedib çıxır. Onun keçmişi bir tərəfdən Əli (ə), digər tərəfdən isə Peyğəmbərin (s) özü ilə bağlıdır”. O, yazır: "Şiəliklə bağlı hesab olunan və ya şiəliyə aid etdikləri Abdullah ibn Səba şiə kitablarının tənqid etdiyi, lənət yağdırdığı şəxdir. Şiə kitablarında onun haqqında deyilir: "O, yad edilməyəcək dərəcədə məlunudr!” Ustad Davud Hənəfi yazır: "Təqiqatçıların ən böyük xətaları şiəlik haqqında irəli sürülən versiyalarıdır. Belə ki, onu Abdullah ibn Səbaya aid etmişlər. Bu haqsızlıqdır". Şeyx Şəltut, Əbu Zöhrə və Əhməd bəy yazırlar: "İmamiyyə şiələrinin hamısı müsəlmandırlar. Onlar Allaha, Peyğəmbərin (s) gətirdiklərinə, Quranın buyurduqlarına inanırlar. Onların arasında keçmişdə və indi hər bir elmi sahədə böyük alimlər olmuşdur. Onlar dərin təfəkkürə, geniş məlumata malikdirlər. Onların qələmə aldığı əsərlər yüz minlərlədir. Mənim bu əsərlərin böyük bir hissəsindən xəbərim var". Şeyx Mahmud Əbu Zöhrə yazır: "Şübhəsiz ki, şiəlik İslam firqələrindəndir. Onlar nə deyirlərsə, Qurana və ya Peyğəmbərdən (s) nəql olunan hədislərə istinad edirlər. Onlar da özlərinin əhli-sünnədən olan qonşularına belə dost münasibət bəsləyir və kindən uzaq dururlar”. İordaniya müftilərindən Şeyx Mahmud Sərtavi yazır: "Mən əmilsaleh sələflərimizin dediklərini deyirəm. İmamiyyə şiələri bizim din qardaşlarımızdır. Onların bizim boynumuzda qardaşlıq haqqı var. Eləcə də bizim onların boynunda qardaşlıq haqqımız var”. Ustad Əbd əl-Fəttah Əbd əl-Maqsud yazır: "Fikrimizcə, şiəlik İslamı tam təmsil edən məzhəbdir. Həqiqi İslamı görmək istəyənlər ona şiə etiqadlarından baxmalıdırlar. Tarix şiəliyin İslam etiqadlarını qorumaq üçün göstərdiyi xidmətlərə şahiddir". Qahirə dilçilik institutunun Ərəb ədəbiyyatı müəllimi Doktor Hamid Hənəfi Davud yazır: "Burada hörmətli oxucunun diqqətinə çatdırıram ki, şiəlik heç də yolunu azmışların və süfyanilərin göstərdikləri kimi sırf nəqli, İsrail əsilli xurafata əsaslanan, yaxud Abdullah ibn Səba və yalnız təxəyyülün məhsulu olan digər şəxsiyyətlərin yaratdığı məzhəb deyil. Şiəlik bizim bu gün önə çəkdiyimiz elmi üsullara görə güman edilən məzhəb deyil. Şiəlik ənənənvi və rasional (nəqli və əqli) dəlillərə əsaslanan ilk müsəlman məzhəbidir. O, İslam məzhəbləri arasında geniş, parlaq yol keçmişdir. Əgər şiəlikdə ənənəvi və rasional dəlilləri toplamaq imtiyazı olmasaydı, o, əsl İslam ruhuna sadiq qalmaq şərti ilə yenilik ruhu, ictihad vasitəsi ilə zaman və məkana uyğunlaşa bilməzdi". O, "Abdullah ibn Səba” kitabına rəy verərkən yazır: "İslam tarixindən on üç əsr keçir və biz hər gün alimlər tərəfindən şiəlik əleyhinə fətvaların verildiyinin şahidi oluruq; kökündə nəfsi istəklər, duyğu və hisslər dayanan fətvalar. Bu yanlış üsul İslam firqələri arasında böyük fasilə yaranmasına gətirib çıxarmışdır. Nəticədə elm və İslam alimləri bu məzhəbin böyüklərinin bilgilərindən məhrum olmuşlar. Əslində bunun ziyanını elmi ictimaiyyət görmüşdür. Bu xurafat vasitəsi ilə şiəlik çoxlu zərbələr almışdır. Lakin bu, şiəliyə qarşı haqsızlıqdır. Şiə fiqhinin bayraqdarı İmam Sadiqin (ə) (vəfatı: 148 h. q.) iki əhli-sünnə imamının, Əbu Hənifə Nöman ibn Sabitin (vəfatı: 150 h. q.) və Əbu Abdullah Malik ibn Ənəsin (vəfatı: 179 h. q.) müəllimi olması bizə yetər. Təsadüfi deyil ki, Əbu Hənifə: "O iki il olmasaydı, Nöman həlak olardı", – deyə bildirir. Onun məqsədi İmam Sadiqdən (ə) dərs aldığı, elmindən bəhrələndiyi iki il müddətdir. Malik ibn Ənəs deyir: "Mən Cəfər ibn Məhəmməddən (ə) fəqih, bilgili insan tanımıram”. Əl-Əzhər universitetinin İslam fəlsəfəsi müəllimi professor Əbu əl-Vəfa Qənimi Taftazani yazır: "Qərbdə və şərqdə, qədim və keçmiş alimlər şiəliyə qarşı yanlış mövqedə olmuşlar. Bu isə heç bir nəqli dəlilə uyğun gəlmir. Adi camaat bu yanlış məlumatları əldən-ələ keçirərək, yanlış və ya doğru olduğuna fikir vermədən şiələri ittiham etmişlər. Onların belə insafsızcasına davranmalarının səbəblərindən biri şiə qaynaqlarından xəbərsiz olmalarıdır. Onlar şiəliyə qarşı ittihamlarda yalnız şiəlik əleyhinə yazılmış kitablara əsaslanırlar”. Səd İbn Abdullah Əşərİnİn FİKİRlərİnİn tənqİdİŞiəliyə müxalif qüvvələr ona zərbə vurmaq üçün Səd ibn Abdullah Əşərinin sözlərinə əsaslanmışlar. O, "əl-Məqalat vəl-firəq" əsərində yazır: "Yəhudi Abdullah ibn Səba Əlinin (ə) imamlığını qəbul edən ilk şəxs idi". Şiəliyə qarşı olanlar bunu, onun Abdullah ibn Səbanın təlimləri olduğuna dəlil kimi göstərirlər.
Cavab: 1. Bəziləri bunun dörd şiə qaynağında qeyd edildiyini güman etmişlər. Bu qaynaqlar aşağadakılardır: "Əl-Məqalat vəl-firəq", Əşəri (hicri-301); "Firəq əş-şiə", Növbəxti (vəfat - hicri IV əsrin birinci yarısı); "Ricali-Kəşşi", Məhəmməd ibn Ömər Kəşşi (vəfat - hicri 4 əsrin ortaları); "Bihar əl-ənvar", Məclisi (vəfat - 110). Lakin həqiqət budur ki, bu yalnız "əl-Məqalat və əl-firəq" kitabında qeyd edilmişdir, digər kitablar isə ondan götürmüşlər. "Əl-Məqalat vəl-firəq" və "Firəq əş-şiə" kitabı əslində bir kitabdır. Hər ikisinin müəllifi Əşəridir.Ustad Seyid Məhəmməd Rza Hüseyni yazır: "Bu kitabın Növbəxtiyə aid edilməsi yanlışdır. Çünki o, Əşərinin kitabının ixtisara salınmış nüsxəsidir". Məclisi bu ibarəni Kəşşidən iqtibas etdiyini açıqca bildirir. Kəşşinin bu sözü isə Əşərinin yazdığı "əl-Məqalat vəl-firəq"dən götürülmüşdür. Nəticə etibarı ilə, bu sözün yeganə qaynağı Səd ibn Abdullah Əşərinin kitabıdır.
2. Nəccaşi (h. q. 450) Səd ibn Abdullah Əşərinin haqqında yazır: "O, əhli-sünnədən çoxlu sayda hədis əxz etmişdir. O, bu hədisləri toplamaq üçün səfərə çıxmış, Həsən ibn Ərəfə, Məhəmməd ibn Əbd əl-Malik Dəməşqi, Əbu Hatəm Razi və Abbas Tərqufi kimi alimlərlə görüşmüşdür”.
3. Səd ibn Abdullah Əşəri Abdullah ibn Səba haqqında deyir: "Bəzi elm adamları Abdullah ibn Səbanın yəhudi olduğunu nəql etmişlər". Onun "bəzi elm adamları" ifadəsi anlaşılmazdır. Bu elm adamlarının şiə və ya əhli-sünnə tarixçi və ya hədisşünası olduğu bəlli deyil. Digər qaranlıq məqam isə onun bu sözləri bilavasitə elm adamlarından eşidib-eşitməməsidir. Əşərinin sözlərində olan bu anlaşılmazlıqlar onun sözünü etibardan salır.
4. Çox güman ki, Əşəri bu sözləri əhli-sünnədən nəql etmişdir. Hansı ki, o dövrdə şiəliklə bağlı bu növ sözlərə çox yer verilmişdi. Bu fikri təsdiq edən digər dəlil isə "bəzi elm adamları” ifadəsinin əhli-sünnə alimlərinin haqqında işlənməsidir. Şiə alimləri haqqında isə "dostlarımızdan bəziləri” ibarəsindən istifadə edilir. Əşərinin sözlərinə diqqət yetirdikdə bu daha aydın nəzərə çarpır. O, yazır:"Bəzi elm adamlarına görə, Abdullah ibn Səba yəhudi olmuş, sonradan İslamı qəbul edərək Əlinin (ə) imam olduğuna etiqad bəsləmişdir. O, yəhudi olduğu zaman Musanın (ə) vəsisi Yuşə ibn Nun haqqında da belə düşünürdü. Peyğəmbər (s) dünyasını dəyişdikdən sonra İslamı qəbul etdi və Əli haqqında da həmin sözləri deməyə başladı. O, Əlinin (ə) imamətinin zəruriliyini meydana çıxarmaqla məşhur olan, onun düşmənlərinə qarşı çıxan, müxaliflərinin daxilini kəşf edərək kafir olduqlarını üzə çıxaran ilk şəxsdir. Elə buna görə də şiəliyə qarşı olanlar rafiziliyin yəhudilikdən gəldiyini iddia edirlər”. Burada onun, Əlinin (ə) imam olduğuna etiqad bəsləyən ilk şəxs olduğu qeyd edilmir. Yalnız həzrətin (ə) imamətinin zəruri olduğunu söyləyən ilk şəxs kimi məşhurlaşdığı söylənilir. Digər ibarələrdə də onun "təbərra" məsələsini aşkara çıxardığı qeyd edilir. Bu ibarədən anlaşdığına görə, o, həzrətin (ə) müxaliflərinə qarşı münasibətini gizləmirdi. Hansı ki, bir çoxları uzun müddət xəlifələrə qarşı belə davranırdılar.Əşəri sözünün sonunda həmin məsələyə toxunaraq yazır: "Buna görə, şiəliyə qarşı olanlar bu məzhəbi Abdullah ibn Səbaya aid edirlər". Bu, əslində Əşərinin məlum fikrə qarşı etirazıdır.
5. Əgər Əşərinin bu fikirdə olduğunu qəbul etsək də bu, tarixi faktlarla üst-üstə düşmür. Çünki bir çox səhabə və tabeilər Əlinin (ə) imamətinin zəruriliyinə etiqad bəsləmişlər.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Seyyid Peyman - En insan
Seyyid Peyman - Zeynəb Zeynəb
Hacı Sahib - Səfərdə olanın orucu
Hacı Sahib - Oruc tutan su içə bilər?
Hacı Sahib - Dəstəmazın danışması
Rusif Ucar - Üsyan
Hacı Sahib - İntizar
Hacı Sahib - İntizar çəkmək
Hacı Sahib - Kiçik günahı unutmaq
Hacı Şahin - Dini ehtiyac
Hacı Şahin - Diqqət eləmək
Hacı Şahin - Din təbliğ etmək
Hacı Eldayaq - Allah üçün
Hacı Eldayaq - Allahı unuduruq
Hacı Eldayaq - Allahımızı ucuz satırıq
Azərbaycan İlahi nəğmələr qrupu Hacı Möhübbət - Şah səlamun aleyk
Azərbaycan İlahi nəğmələr qrupu - Ağam Əbəlfəz
Azərbaycan İlahi nəğmələr qrupu - Əli kimdir
Seyyid Peyman - Şah salamun aleyk
Hacı Sahib - Şəban ayının əməlləri
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor