RSS
 

Login:
Şifrə:
» » Osmanllı Quranının dəqiq yeri məlumdur?

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Osmanllı Quranının dəqiq yeri məlumdur?

 
Müəllif: Admin | Bölmə: Qurani-Kərim | Vaxt: 7-12-2015, 23:07 | Şərh sayı: (0) | Baxılıb: 2055

Osmanllı Quranının dəqiq yeri məlumdur?


Osmanllı Quranının dəqiq yeri məlumdur?


Məlum olduğu kimi, Qurani-kərimin ayələri İslamın ilk dövrlərində şifahi şəkildə yaddaşlarda qorunur və rəvayət formasında ravidən-raviyə ötürülürdü. Həzrət Mühəmməd Peyğəmbərin (s) vəfatından sonra bəzi səhəbələr Qurani-kərimi köçürüb yazılı halda saxlamağa başladılar. Osmanın zamanında istər şifahi, istərsə də yazılı şəkildə mövcud olan Quran qiraətləri arasında fərqlərin mövcud olduğu aşkara çıxdı. Belə ki, bu və ya digər ayəni səhabələr müxtəlif şəkillərdə oxuyurdular. Osman bundan narahat olub, vahid Quran nüsxəsi hazırlamaq qərarına gəldi. Bu məqsədlə o, səhabə Zeyd ibn Sabitin başçılığı altında heyət təşkil etdi. Elan olundu ki, hamı özündəki Quran nüsxələrini gətirib heyətə təhvil verməlidir. Heyət üzvləri məşhur səhabələrin ifasında Quran ayələrini dinləyib müqayisə etdikdən sonra onları yazıya alırdılar. Beləliklə, bir müddətdən sonra dəqiqləşdirilmiş yeganə Quran nüsxəsi əmələ gəldi. Osman qalan nüsxələrin hamısını yandırdı. Hazırlanmış nüsxənin üzündən 5 surət köçürüldü. Bunlar xilafətin məşhur şəhərlərinə – Məkkə, Kufə, Diməşq və Bəsrəyə göndərildi. Nüsxələrdən biri Mədinədəki Peyğəmbər məscidinə qoyuldu. Daha bir nüsxəni isə Osman özündə saxladı. Bu hadisə miladi 651-ci ildə baş verdi.
XIV əsrdə yaşamış məşhur tarixçi İbn Kəsir Diməşqin came məscidində həmin Quranlardan birini görmüşdü. Deyilənlərə görə, bu Quran hicri 1310-cu ildə (miladi 1892-93-cü illərdə) baş vermiş yanğın nəticəsində məhv oldu. Osmana məxsusluğu iddia olunan başqa bir Quran nüsxəsi İstambulun Topqapı Muzeyində, Müqəddəs Əmanətlər Ekspozisiyasında nümayiş etdirilir. 1972-ci ildə Yəmənin Səna şəhərində də çox qədim Quran nüsxəsi aşkar edilmişdir. Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunda (Sankt-Peterburq) saxlanılan daha bir qədim Quranın da vaxtilə Osman tərəfindən köçürülmüş nüsxələrdən biri olduğu ehtimal edilir. Daşkənddə mühafizə edilən Osman Quranı bunlardan daha məşhurdur.
Xəlifə Osman ömrünün son dəqiqələrini Quran oxumaqla keçirmiş, evinə soxulan qatillər onu bu vəziyyətdə ikən qətlə yetirmişdilər. Rəvayətə görə, Osmanın qanı Quran vərəqlərinin üstünə tökülmüşdü.
Məşhur fərziyyələrin birinə görə, Osman ibn Affanın qətlindən sonra Əli ibn Əbu Talib həmin Quran nüsxəsini özünə götürür və Kufəyə gedərkən onu özü ilə aparır. XIV əsrdə Teymurləng Kufəni fəth edərkən, Quranı Səmərqəndə aparır. 1868-ci ilə kimə kitab Səmərqənddəki Xoca Əhrar türbəsində qalır. Bir rəvayətə görə, müqəddəs Quranı Səmərqəndə gətirən də Xoca Əhranın müridlərindən biri olub. Həmin mürid həcc səfərindən qayıdarkən, ağır xəstələnmiş İstambul valisini (və ya Osmanlı sultanını) sağaldır, mükafat əvəzinə Osman Quranının ona verilməsini xahiş edir.
Orta Asiya Rusiya qüvvələri tərəfindən işğal ediləndə, Osman Quranı Türküstan valisi tərəfindən alınıb Sankt-Peterburqa göndərilir və orada Kütləvi İmperator Kitabxanasının fonduna düşür. 1905-ci ildə Osman Quranının nəfis tərtibatla faksimile nəşri həyata keçirilir. Sovet inqilabından sonra, 1917-ci il dekabrın 19-da müsəlmanların xahişinə cavab olaraq, V.U.Leninin şəxsi göstərişi ilə müqəddəs kitab Ufadakı Ümumrusiya Müsəlman Şurasına verilir. 1924-cü ildə Osman Quranı Özbəkistanın paytaxtı Daşkəndə gətirilir, 1941-ci ildən 1989-cu ilə kimi Özbəkistan Xalqlarının Tarixi Muzeyində saxlanılır. 1989-cu ildə müqəddəs Quran nüsxəsi Özbəkistan Müsəlmanları Ruhani İdarəsinə təhvil verilir. Hal-hazırda Osman Quranı Daşkənd şəhərindəki «Həşt imam» kompleksində, X əsrdə yaşamış məşhur fəqih Əbu Bəkr Kəffal Şaşinin türbəsinin yanındakı Muyi-Mübarək mədrəsəsində mühafizə edilir. Yeri gəlmişkən, vaxtilə bu Quranın Səmərqəndə Şaşi tərəfindən gətirlidiyi barədə də fərziyyə mövcuddur. Muyi-Mübarək mədrəsəsində çoxlu qədim əlyazma kitabla yanaşı, Həzrət Mühəmməd Peyğəmbərə (s) aid edilən saç tükü də qorunur.
Osman Quranının daşdan yonulmuş nəhəng rəhili Səmərqənddəki Bibi-xanım məscidinin həyətində yerləşir.
1997-ci ildə Osman Quranı YUNESKO tərəfindən ümumdünya əhəmiyyətli tarixi abidə elan edilmişdir.
Daşkənddəki Osman Quranı natamamdır, bütöv mətnin təqribən üçdən-bir hissəsini əhatə edir («Bəqərə» surəsinin 7-ci ayəsindən başlayır və «Zuxruf» surəsinin 10-cu ayəsində bitir). Maral dərisindən hazırlanmış vərəqlərdəki sətirlərin sayı 8-lə 12 arasında dəyişir. İlkin ərəb qrafikası qaydalarına uyğun olaraq, yazı nöqtəsizdir.
Aparılmış ekpertiza tədqiqatları nəticəsində aşkar edilmişdir ki, bu nüsxə ən tezi miladi VIII əsrin axırlarında (və ya daha sonralar) köçürülmüş, vərəqlərdəki qan izləri isə saxta üsulla yaradılmışdır.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor