RSS
 

Login:
Şifrə:
» » Quranı anlamağın yolu - TƏFSIR

Xəbər lenti

Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...
Erkən nikah: İslam buna “hə” deyirmi?
Erkən nikah: İslam buna “hə” deyirmi?...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Quranı anlamağın yolu - TƏFSIR

 
Müəllif: Admin | Bölmə: Qurani-Kərim | Vaxt: 23-11-2015, 21:13 | Şərh sayı: (0) | Baxılıb: 2877

Quranı anlamağın yolu - TƏFSIR


Quranı anlamağın yolu - TƏFSIR


Təfsir ərəb dilindən tərcümədə “izah etmək, açıqlamaq” mənasını verir. Terminoloji mənada Qurani-kərimə yazılmış şərhlərə təfsir deyilir.



Təfsirlərdə Quran kəlmələrinin lüğə­vi mənası, çətin anlaşılan sözlərin izahı, Quranın ədəbi gözəlliyi, qiraət fərqləri, ayə­lərin nazil olma səbəbləri və ardıcıllığı, ayə­lərin insan tərbiyəsinə və bəşəri təkamülə təsiri, əhkam ayələrinin hökmü, möhkəm və mütəşabeh, nasix və mənsux ayələrin şərhi və s. məsələlər araşdırılır. Müsəlman alim­lər tərəfindən indiyə kimi müxtəlif həcmli (bir cilddən başlayaraq 60 cildə kimi və da­ha artıq həcmdə) minlərlə adda təfsir qələ­mə alınmışdır.

Təfsir sahəsində ilk çalışmaların tarixi Həzrət Mühəmməd Peyğəmbərin (s) səha­bələrinin zamanına gedib-çıxır. Əsasən, Pey­ğəmbərdən eşitdikləri hədislər əsasında Qur­anı təfsir edən səhabələrin ön cərgəsində dörd raşidi xəlifəsi, Abdullah ibn Məsud, Ab­dullah ibn Abbas, Übeyy ibn Kəb, Zeyd ibn Sabit, Əbu Musa Əşəri və Abdullah ibn Zü­beyr dururdular (Süyuti. Əl-Itqan). Səhabələr təfsir zamanı hədislərə istinad etməklə yana­şı, ərəb ədəbiyyatına aid şeir nümunələrin­dən, əhli-kitabın rəvayətlərindən və ictihad nəticəsində əldə etdikləri qənaətlərdən də istifadə edirdilər.

Səhabələrdən sonra tabiin təbəqəsindən olanlar təfsir istiqamətində çalışmaları da­vam etdirmişlər. Bunların sırasında Mücahid, Səid ibn Cübeyr, Ikrəmə ibn Əbu Cəhl, Hə­sən Bəsri, Qətadə xüsusi fərqlənmişlər. Ət­bayi-tabiin dövründən etibarən təfsir sahə­sində müstəqil əsərlər yazılmağa başladı. Bundan əvvəl təfsirlə adətən, mühəddislər (hədis alimləri) məşğul olurdular. Ilk təfsir kitablarının müəlliflərindən bəziləri bunlar­dır: Zeyd ibn Harun Səlmi, Şöbə ibn Həc­cac, Vəki ibn Cərrah, Süfyan ibn Üyeynə, Kəlbi, Əbu Həmzə Sümali, Əban ibn Təğlib, Əbdürrəhman ibn Zeyd ibn Əsləm, Yəhya ibn Ziyad Fərra və b.

Fərranın təfsir sahəsində fəaliyyətə başla­masının maraqlı tarixçəsi vardır. Abbasi xə­lifəsinin sarayında xidmət edən yaxın dost­larından biri ona belə bir məktub yazmışdı: “Xəlifənin vəziri mənə Quran barədə bəzi suallar verib, cavabında aciz qalmışam. Əgər mümkün olsa, mənim üçün Quran təfsirinin əsaslarını yaz, ya da bu mövzuda bir kitab tərtib et ki, ondan istifadə edib suallara ca­vab verim”. Fərra məktubu alınca, tələbələ­rini və katibləri başına toplayıb məscidə ge­dir. Məsciddə Quran oxumaqla məşğul olan bir hafizi yanına çağırıb, Quranı əvvəldən-axıra ayə-ayə oxumasını xahş edir. Hafiz “bismillah” ayəsindən başlayır. Fərra onun oxuduğu hər ayə barədə bildiklərini ətrafın­dakılara söyləyir. Katiblər onun dediklərinin hamısını qələmə alırlar. Rəvayətə görə, bu təfsir elə nadir və qiymətli əsərə çevrilmişdi ki, onu qələmə alan katiblər hər səhifəsini bir dirhəmə satırdılar. Təfsiri pulsuz əldə etməyə çalışan elm həvəskarları müəllifə şi­kayət edirlər. Fərra katiblərin acığına daha geniş və əhatəli bir təfsir mühazirəsinə baş­layır. Beləliklə, dörd cildlik həcmə malik olan bütöv Quran təfsiri yaranır. Fərranın təfsiri əsas etibarilə Quranın ədəbi incəlik­lərinin şərhini əhatə edirdi və ərəb dili qrammatikasının qaydaları baxımından yazıl­mışdı. Bu dövrdə şiə alimlərindən Fürat Kufi, Əli ibn Ibrahim Qummi, Nömani də təfsir kitabları yazmışlar. XI Imam Həsən Əsgəriyə aid edilən məşhur təfsir də bu dövrün məhsuludur. Kütübüs-sittəyə daxil olan kitablardan birinin müəlifi Ibn Macənin də təfsir kitabı vardı.

Hicri IV (miladi X) əsrin əvvəllərindən etibarən, təfsir elmi böyük sıçrayışla inkişaf etməyə başladı. Bu dövrün təfsirləri arasında Təbərinin qələmə aldığı fundamental həcmli “Cameül-bəyan fi təfsiril-Quran” əsəri, Sə­ləbinin “əl-Kəşfü vəl-bəyan ən təfsiril-Qur­an” kitabı, şiə məzhəbli Mühəmməd ibn Məsud Əyyaşinin, zeydi məzhəbli Ibn Üqdə Əhməd ibn Mühəmməd Kufinin təfsirləri böyük əhəmiyyətə malikdir.

Sonrakı əsrlərdə Bəğəvi (“Məalimüt-təf­sir”), Ibn Kəsir (“Təfsirül-Quranül-əzim”), Süyuti (“əd-Dürrül-mənsur” və “Cəlaleyn”), Şövkani (“Fəthül-qədir”), Qazi Beyzavi (“Ən­varüt-tənzil və əsrarüt-təvil”), Imam Fəxr Razi (“Məfatihül-ğeyb”), Zəməzşəri (“əl-Kəşşaf”), Əbu Həyyan (“əl-Bəhrül-mühit”), Qürtübi (“əl-Came li-əhkamil-Quran”), Alusi (“Ruhül-məani”), Ismail Həqqi Əfəndi (“Ruh­ül-bəyan”), Nəsəfi (“Mədariküt-tənzil və məaniyüt-tənzil”), Nişaburi (“Qəraibül-Qur­an və rəğaibül-fürqan”), Təntavi (“əl-Cəva­hir”), Seyid Rəşid Riza (“əl-Mənar”), Seyid Qütb (“Fi zilalil-Quran”), Şeyxüt-taifə Tusi (“ət-Tibyan”), Əllamə Təbrisi (“Məcməül-bəyan”), Əbul-Fütuh Razi (“Rəvzül-cinan və rəvhül-cənan”), Feyz Kaşani (“Safi”, “Əsfa” və “Müsəffa”), Həvizi (“Nurüs-səqəleyn”), Seyid Abdullah Şübbər (“Təfsirü Şübbər”), Əllamə Təbatəbai (“əl-Mizan”), Cəvadi Amuli (“Təsnim”), Nasir Məkarim Şirazi (“Təfsiri-nümunə”, Şeyx Fəzlüllah (“Min vəhyil-Qur­an”) və başqa müəlliflərin qələmə aldıqları təfsirlər Islam dünyasında məşhurdur.

Metodoloji baxımdan bir neçə təfsir üsulu vardır. Məsələn:

Əqli təfsir. Belə təfsirlərdə adətən, ayələ­rin fəlsəfə, kəlam və sairə bu kimi əqli elm­lər vasitəsilə izahına üstünlük verilir. Bun­lara bəzən rəy təfsiri də deyirlər. Amma “rəy təfsiri” ifadəsi bəzi hallarda mənfi mə­nada – Quranı özbaşına, heç bir sübuta əsas­lanmadan yozmaq cəhdi kimi də işlədilir.

Nəqli təfsir. Belə təfsirlərdə Quran ayələ­ri adətən, hədislərə əsasən, keçmişdəki alim­lərin fikirləri əsas götürülməklə izah edilir. Bu zaman əqli metodlar tətbiq edilmir, yal­nız müvafiq məzmunlu hədis və xəbərlər sadalanır, hətta çox zaman hədislərin arasın­da hər hansı seçki və incələmə də aparılmır.

Imam Fəzr Razinin “Təfsirül-kəbir”i (əsl adı “Məfatihül-ğeyb”dir) əqli təfsirlərə, Bəh­raninin “əl-Bürhan fi təfsiril-Quran” əsəri isə nəqli təfsirlərə bariz nümunədir.

Bəzi müəlliflər Qurani-kərimi rəmzi mə­nalar və təvillər baxımından (Ibn Ərəbi kimi), bəziləri də irfan və təsəvvüf yönün­dən (Xacə Abdullah Ənsari kimi) şərh et­mişlər. Quranın ədəbi və ləfzi (söz) gözəl­liklərinin izahını ön plana çəkən (Zəməx­şərinin “əl-Kəşşaf” təfsiri kimi), ayələri mü­asir elmi kəşflərlə əlaqələndirməyə çalışan (Rəşid Rizanın “əl-Mənar” təfsiri kimi) təf­sir müəllifləri də olmuşdur. Əllamə Təbatə­bai isə “əl-Mizan” təfsirində Quranın bir ayəsini başqa ayələrin köməyi ilə açıqlamaq (Quranı Quranla təfsir etmək) metodunu iz­ləmişdir.

Təfsir elminin mütəxəssisinə müfəssir de­yilir. Müfəssir ərəb dilinin qrammatikasını (sərf və nəhv), hədis elmini, kəlamı, lüğət və ədəbiyyatı, fiqh və üsüli-fiqhi, tarixi mü­kəmməl bilməli, ayələri aid olduqları elm sahələri ilə əlaqələndirməyi bacarmaq üçün bəzi dünyəvi elmləri də mənimsəməli, geniş dünyagörüşünə, iti zehnə, hərtərəfli baxış tərzinə və araşdırıcılıq qabiliyyətinə sahib olmalıdır.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor