RSS
 

Login:
Şifrə:
» » Namaz və Allahın əzəmətini düşünmək

Xəbər lenti

Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...
Erkən nikah: İslam buna “hə” deyirmi?
Erkən nikah: İslam buna “hə” deyirmi?...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Namaz və Allahın əzəmətini düşünmək

 
Müəllif: Admin | Bölmə: Namaz | Vaxt: 16-12-2015, 21:17 | Şərh sayı: (0) | Baxılıb: 1743

Namaz və Allahın əzəmətini düşünmək


Namaz və Allahın əzəmətini düşünmək


Namazı gözəl şəkildə qılmaq və namazda yalnız Allahı düşünə bilmək üçün yerinə yetiriləsi ən əhəmiyyətli iş namaza başlamamışdan öncə oturub namaz və Allahın əzəməti haqqında düşünməkdir. İnsan namaz qıldığı yerdə oturaraq beş on dəqiqə fikirlərini cəmləməlidir. Gündəlik baş verən hadisələri unudub, qəlbi maddi arzulardan təmizləyib və kimin qarşısında dayanacağını düşünərək, bütün qəlbi ilə Allaha yönəlmiş halda namaza durmalıdır.

İnsanın namazdan əvvəl düşüncəsini və xəyallarını kontrol etməlidir, hər şeyi unudub, fikrini yalnız namaza, Allaha və səcdəgahına yönəltməlidir. Əgər namazını tək qılırsa, rahat oturmalı, bədənini aram etməli, zehnini məşğul edəcək şeyləri özündən uzaqlaşdıraraq, Allahın hər yerdə hazır olduğunu və Onun qarşısında dayandığını düşünməlidir.

Allahın hər zaman bizi gördüyünü və hər yerdə bizimlə birlikdə olduğunu deyirik, halbuki buna heç özümüz də yəqin etməmişik. Yalnız dilimizdə bunu söyləyirik, qəlbimizlə Allahın hər yerdə olduğuna inanmamışıq. İnsan bir otaqda tək olarkən fərqli davranış sərgiləyir. Amma başqasının, hətta bir uşağın onu gördüyünü bildikdə davranışın dəyişir, hərəkətlərinə diqqət edir. Əgər başqasının yanında özünə diqqət edirsə, namaz qılarkən Allahın qarşısında da özünə daha çox diqqət etməlidir.

Həqiqi iman sahibi, Allahın qarşısında dayandığına həqiqətən inanıbsa qətiyyən başqa şeyləri düşünməyəcək. İnsan hörmətli bir şəxsin qarşısında, başqa işlərlə məşğul olarmı? Namaza duran və "Allahı Əkbər" deyən həqiqətən də Allahın hər şeydən böyük olduğunu dərk etməlidir, ancaq bu şəkildə Ondan qafil olmaz. Bizlər Allahın böyüklüyünü dərk etməkdə acizik, ağıllar əsla onu dərk edə bilməz. Bir az da olsa dərk edə bilməyimiz üçün, "Allah böyükdür" cümləsindən istifadə edirik, lakin ağılımız böyüklüyün xüsusiyyətini və nə qədərliyini əsla anlaya bilməz. Əlbəttə ki, insan Allahın yaratdığı varlıqlara baxaraq və bəzi mərhələləri qət edərək Allahın əzəmətini az da olsa dərk edə bilər.

İmam Sadiq (ə) Peyğəmbərdən (s) nəql edir ki, ətir satıcısı olan Zeynəb, Peyğəmbərin evinə gəlir və ondan Allahın əzəmətini ona izah etməsini istəyir. Həzrət Məhəmməddə (s) yeddi səmanın, aləmlərin və planetlərin nə qədər bir-birlərindən böyük olduqlarını izah etməyə başlayırlar, sonra belə buyurur: "Üzərində olduğumuz bu yer kürəsi içindəki və üstündəkilərlə birlikdə, birinci səmayla müqayisədə səhranın ortasına düşmüş bir üzük kimidir. Eyni şəkildə birinci səma, ikinciylə müqayisədə səhradakı bir üzük qədərdir, bu kiçiklik və böyüklük yeddinci səmaya qədər davam edir. - (Biharul Ənvar, cild 60, səh 83, 85)

Bütün bunlar Allahın nə qədər uca olduğunun bir göstəricisidir. Yer və digər planetlər bu qədər böyüklüyü ilə Günəş qarşısında çox kiçikdir, hamısı da kainatda davamlı hərəkət halındadırlar, amma maraqlıdır ki, heç bir zaman bir-birləriylə toqquşmurlar. Astronomiya elmi ilə məşğul olanlar bunların arasındakı uzaqlığın milyonlarla işıq ili olduğunu bildirirlər. İşıq saniyədə 300 min km. yol qət edir, bunu bir ilə vuranda görün nə qədər edir, bir milyon işıq ili hesablandığında insan heyrətlənməyə bilmir. Bu gördüyümüz səma və ulduzlar yalnız birinci qatdır, bunlardan əlavə başqa aləmlər də var. Bunun üçün Allah belə buyurur:

Allah onları (səmaları) yeddi (qat) göy olaraq iki gündə əmələ gətirdi. (Beləliklə, iki gün ərzində yer, sonra iki gün ərzində yer üzündə olanlar, daha sonra iki gün ərzində göylər xəlq edildi. Kainatın yaradılması altı gün ərzində başa çatdı). O, hər bir göyün işini özünə vəhy edib bildirdi. Biz aşağı göyü (dünya səmasını) qəndillərlə (ulduzlarla) bəzədik və (onu şeytanlardan, hər cür bəladan) hifz etdik. Bu, yenilməz qüvvət sahibi olan, (hər şeyi) bilən Allahın təqdiridir (əzəli hökmü, qanunudur)!” - (“Fussilət” surəsi, ayə 12)

Bütün bunlar Allahın sərhədsiz hikmətinin və sonsuz əzəmətinin bir göstəricisidir. İnsan bu aləmə və yaradılışa baxaraq Allahın əzəmətini gördükdən sonra, namaz qılarkən kimin qarşısında dayandığına daha çox diqqət yetirməlidir. Görəsən belə bir varlığın qarşısında dayanarkən, yenə çörəyi, suyu, evi, paltarı, işi düşünmək ayıb deyilmi?

Demək, namazda insanın qəlbən Allaha yönəlməsi və həqiqi mənada namaz qıla bilməsi üçün namazdan əvvəl bir az oturaraq kimin qarşısında dayanacağı barədə düşünməlidir.
Bundan əlavə bacardığımız qədər müstəhəb əməllərə də yer vermək lazımdır, namazdan əvvəl və namazdan sonra oxunması lazım olan dualara laqeyd yanaşmamalıyıq. Namaz əsnasında dediyimiz sözlərin mənasına diqqət yetirməli, oxunan ayə və duaların mənası düşünmək lazımdır. İnsan biri ilə danışdığı zaman əvvəlcə deyəcəklərini düşünər, yaxşıca hazırlayar sonra ona deyər. Amma biz, namaz qılıb Allahla danışarkən o qədər əzbərdən və sürətli danışırıq ki, nə dediyimizi özümüz belə anlamırıq, bunun üçün də söylədiklərimizin mənasını düşünmürük.

Yavaş-yavaş, qəlbən Allaha yönəlib, dediklərimizi düşünərək namaz qılmalıyıq, əvvəllər bir rükəti bir dəqiqəyə qılırdıqsa indi bunu iki dəqiqəyə yüksəldək. Namazı nə qədər aram və yavaş qılsaq ayə və duaların mənasını da düşünə bilərik, bu şəkildə namaz qılsaq zamanla mənaya diqqət yetirmə vərdişini qazanacağıq. İmam Səccad (ə) buyurur: "Namazı, son qılacağınız namaz kimi qılın." - (Biharul Ənvar, cild 69, səh 308)
İmam sanki bu namazdan sonra öləcəkmişsən kimi namaz qıl deyə buyurur. Belə bir düşüncədə olan, yəni namazdan sonra öləcəyini bilən şəxs qətiyyən başqa şeyləri düşünməyəcək. Tamamilə Allaha yönələr və düzgün şəkildə namazını qılar. Bu ruh haləti insan da olduğu zaman şeytan insana qalib gələ bilməz, son namazımız olduğunu düşünsək, şeytanın vəsvəsələrinə qarşı müqavimətimiz daha çox olar, fikrimiz dağılmaz və nəticədə namazdan lazım olan faydaları ala bilərik. Əlbəttə insan yalnız namaz əsnasında Allahı yanında hiss etməməlidir, namazdan sonra da günün hər anında Allahın yanında olduğunu bilməli və ondan qafil olmayıb, davamlı Ona diqqət etməlidir.

Mütləq namaz qurtardıqdan sonra dua etmək lazımdır. İllər sonra gördüyünüz dostunuzla görüşdükdən dərhal sonra vidalaşmamış ayrılarsınızmı? Təbii ki xeyr. Yaxşı, nə üçün namaz qurtaran kimi hamı tez getməyə çalışır? Sanki ona namazı məcburi şəkildə qıldırıblar. Elə bil indiyə qədər Allahın yanında həbsdəymiş və namazın salamı ilə birlikdə azadlığına qovuşdu. Belə namaz qılmaq heç bir möminə yaraşmaz, sevinclə, xoşbəxtliklə, vidalaşaraq ayrılmaq lazımdır. Namaz qurtardıqdan sonra özümüz üçün, qohumlarımız və bütün insanlar üçün əllərimizi Allahın dərgahında qaldırıb, dua etməliyik. Həzrət Rəsulullah (s), Allahın insanlara belə buyurduğunu nəql edir: "Kimin dəstəmazı pozulsa və dəstəmazını yeniləməsə mənə zülm etmiş olar, əgər dəstəmaz alsa və sonra iki rükət namaz qılmasa yenə mənə zülm etmişdir. Amma dəstəmazı pozulduqdan sonra dəstəmaz alsa, namaz qılsa, dünya və ya axirəti üçün dua etsə, mən də əgər onun duasını qəbul etməsəm, o zaman mən ona zülm etmiş olaram və mən zülm edən bir Allah deyiləm." (Biharul Ənvar, cild 80, səh 308)

Bu hədisdən aydın olur ki, Allahın inayətini qazanmağın yollarından biri də davamlı dəstəmazlı olmaqdır. İnsan dəstəmazlı olduğu zaman Allahı yanında hiss edəcək. Dəstəmaz aldıqdan sonra sonra iki rükət namaz qılmaq və sonra Allahdan bir an belə bizi özbaşına buraxmamasını istəmək nə qədər gözəl olardı.

Dəstəmaz alıb, iki rükət namaz qılmaq o qədərdə çətin deyil, insanın çox vaxtını almır, amma insana qazandırdığı şeylər çoxdur. Bu fürsətləri əsla əldən verməməliyik.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor