Ən böyük varlıqla görüş |
Müəllif: Admin | Bölmə: Namaz | Vaxt: 22-09-2015, 00:29 | Şərh sayı: (0) | Baxılıb: 493
Ən böyük varlıqla görüş
İnsanı namazda diqqətli edən digər bir amil budur ki, namaz qılan şəxs kimin qarşısında durduğunu unutmasın. İnsan namaz zamanı onun düşüncə və əməllərindən xəbərdar olan ən böyük varlığın hüzurunu hiss etməlidir. Bu hiss diqqəti, qorxunu, təvazönü gücləndirir. Allahın böyüklüyünü düşünərək deyən şəxsin dünya işləri yadına düşmür. Düşüncə və qəlbinə Allahın nəzarətinə inanan insan diqqətsizliyə cürət etmir. Əlbəttə bu sahədə əsaslı çalışmalara ehtiyac var.
İnsan inanmalıdır ki, Allah daim və hər yeri görür. Bütün varlıq aləmində ondan gizli iş yoxdur. İnsan özündə bu inamı yaratmaq üçün videokameradan istifadə edə bilər. Kamera işə salınan kimi insan öz hərəkətlərinə nəzarət etməyə başlayır. Görün, cansız bir kameranın nəzarəti insanı nə qədər dəyişir!
Namazda da bu ruhiyyəni yaratmaq lazımdır. Əgər namaz əsnasında qismən də olsa Allahın bizim üzərimizdə olan nəzərini hiss etsək halımızda dəyişiklik baş verər. Əsl namazda isə insan Allahın hüzurunu lazımı həddə və olduğu kimi hiss edir. Allahı, heç olmasa, adi bir insanca saymırıqsa namazda hansı ruhiyyədə ola bilərik? İnsan inanarsa ki, Allah onu eşidir, qəlbindən və zehnindən keçənləri bilir, hökmən, diqqətini artırar.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər