RSS
 

Login:
Şifrə:
» » İmam Hüseynin (ə.s) İraqa doğru hərəkəti

Xəbər lenti

Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...
Erkən nikah: İslam buna “hə” deyirmi?
Erkən nikah: İslam buna “hə” deyirmi?...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






İmam Hüseynin (ə.s) İraqa doğru hərəkəti

 
Müəllif: Hesen_Mucteba | Bölmə: Məqalələr | Vaxt: 10-09-2016, 23:48 | Şərh sayı: (0) | Baxılıb: 145

İmam Hüseynin (ə.s) İraqa doğru hərəkəti
İmam Hüseynin (ə) karvanı Zil-həccə ayının 8-də Məkkədən İraqa tərəf hərəkət etdi və yol boyu müxtəlif hadisələr baş verdi. O həzrət bəzi dayanacaqlarda müsəlmanları onlara qoşulmağa dəvət edirdi. İmam səfər əsnasında Əs-Səfaha çatarkən o dövrün gənc şairi Fərəzdəqlə qarşılaşıb Kufənin vəziyyətini soruşdu. Fərəzdəq qısa bir cümlədə Kufəyə hakim mühiti belə vəsf etdi: “Xalqın ürəyi səninlə, qılıncları isə sənin əleyhinədir.”

İmam yoluna davam edib “Bətnur-Rummə”də Kufə əhalisinə məktub yazdı və yaxın bir zamanda Kufəyə girəcəyini bildirdi. Məktubu aparan Qeys ibn Müsəhhər Seydavi hələ Kufəyə daxil olmazdan öncə Həsin ibn Nümeyr tərəfindən həbs edildi. O, İmamın məktubu Əməvi məmurlarının əlinə keçməsin deyə, məktubu uddu və bir neçə gündən sonra Kufədə İbn Ziyadın əli ilə şəhadətə yetirildi.

İmam hərəkətinə davam edib Zədud məntəqəsində Züheyr ibn Qeynlə rastlaşdı və onu öz dəstəsinə qoşulmağa dəvət etdi. O da İmamın sözlərindən təsirlənib həyat yoldaşının da təşviqi ilə İmamın dəvətini qəbul etdi və səmimi dostların sırasına qoşuldu.

İmam Zati-İrq məntəqəsinə çatarkən Bəni-Əsəd qəbiləsindən olan Hani, Müslim ibn Əqilin şəhadət xəbərini o həzrətə çatdırdı.

Çox keçmədi ki, Qeys ibn Müsəhhər və İmamın süd qardaşı Abdullah ibn Yəqtərin şəhadət xəbəri də İmama çatdırıldı. Bu xəbərlər Kufənin siyasi durumunun Əməvilərin xeyrinə olduğunu və Müslimin göndərdiyi xəbərlərdən fərqləndiyini göstərirdi. Bu zaman İmam onunla birgə olanları öz ətrafına toplayıb buyurdu: “Ey camaat, bizim şiələrimiz bizi tək qoydular. Sizdən hər kim geri qayıtmaq istəyirsə, elə buradan qayıda bilər.” (“Ənsabul-əşraf”, Bilazəri, təhqiq: Məhəmməd Baqir Məhmudi, s. 169.)

Yol əsnasında İmama qoşulanlar bu sözü eşidərək karvanı tərk etdilər və yalnız Mədinədən və yaxud Məkkədən İmamla birlikdə gələn xüsusi səhabələr qaldılar.

Nəhayət, imam Hüseyn (ə) Şərat məntəqəsinə çatdı. Gecə orada istirahət edib ertəsi gün yoluna davam etdi və günün yarısında Hürr ibn Yezid Riyahinin sərkərdəliyi ilə Kufə ordusunun nişanələri görünməyə başladı. Hürr hərbi sərkərdə olduğundan öz vəzifəsinə əməl edir və məsələnin siyasi cəhətlərinə əsla diqqət yetirmirdi. Bu səbəbdən, İmam (ə) namaza durduqda, o da bütün əsgərlərilə birlikdə camaat namazına qoşuldu. Hürrün vəzifəsi İmamı (ə) Kufəyə aparmaq və geri qayıtmasının qarşısını almaq idi. İmam (ə) namazdan sonra üzünü oradakılara tutub buyurdu: “Mən Kufəyə gəlmək istəmirdim, nəhayət, məktublarınızı aldım və elçiləriniz mənimlə görüşdü. İndi əgər Kufədə mənə arxa çevirməyəcəyinizə dair söz verirsinizsə, şəhərinizə daxil olum...” (“Əxbarut-tival”, Əbu Hənifə Dinəvəri, təhqiq: Əbdül-Münim Amir, s. 249.)

Hürr məktublar haqqında məlumatsız olduğunu bildirdi. Lakin məktubları gördükdən sonra hərbi vəzifəsini ortaya atdı. İmam (ə) Kufəyə getməyi qəbul etməyib Hicaza doğru irəlilədi. Hürrün süvariləri İmamın (ə) yolu üzərində sıraya düzüldülər. Qısa müzakirədən sonra hər iki tərəf onları Kufədən uzaqlaşdırmayan və Hicaza da yaxınlaşdırmayan orta yolla getməkdə eyni fikrə gəldi. Buna görə də, Əl-Üzeybə doğru hərəkət etdilər.

Burada Tirimmah ibn Üdeyy imam Hüseyndən (ə) “Teyy” dağlarına doğru hərəkət etməsini istəsə də, İmam (ə) Hürr ilə razılaşdığı üçün bu təklifi qəbul etmədi. Nəhayət, karvan “Bəni-Müqatil”ə çatdı və oradan da Neynəvaya tərəf üz tutdu. Neynəvada İbn Ziyadın İmamın (ə) həbsinə dair əmri Hürrə çatdırıldı: “Onu quraqlıq, susuz və otsuz bir çöllükdə saxla!”

İmam (ə) Hürr ilə hərəkət etdiyi müddətdə Züheyr ibn Qeyn onun ordusunun azlığından istifadə edərək onlara hücum etmələrini İmama (ə) təklif etdi. Lakin İmam (ə) bunu qəbul etməyərək buyurdu: “Mən onlarla döyüşə başlamağı xoşlamıram.”

KƏRBƏLAYA GİRİŞ

İmam Hüseynin (ə) karvanı Mədinədən çıxandan 5 ay sonra – 61-ci hicri-qəməri ilinin Məhərrəm ayının 2-də Kərbəlaya daxil oldu. İmam bu yerə girən kimi onun adını soruşduqda, “Kərbəla” olduğunu söylədilər. İmam Kərbəla sözünü eşitcək belə dua etdi:“İlahi, Sənə kərb (qəm) və bəladan pənah aparıram. Bu yer kərb və bəla (qəm-qüssə və bəla) diyarıdır. Atlardan düşün, bura bizim qanlarımızın axan yeridir. Bu xəbərləri babam Peyğəmbər (s.a.v.v) mənə buyurub.”


Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor