RSS
 

Login:
Şifrə:
» » Mə'sumlardan nəql olunmuş rəvayətlərdə təvəkkül mövzusu

Xəbər lenti

Özünü tərbiyə və təqva
Özünü tərbiyə və təqva...
Xanım Fatimeyi-Zəhranın “Fədək” xütbəsi
Xanım Fatimeyi-Zəhranın “Fədək” xütbəsi...
Hacı Sahib - Cümə Xütbəsi - Vəsilə axtarmaq (14-cü hissə) (26.04.2024)
Hacı Sahib - Cümə Xütbəsi - Vəsilə axtarmaq (14-cü hissə) (26.04.2024)...
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Mə'sumlardan nəql olunmuş rəvayətlərdə təvəkkül mövzusu

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 12-06-2016, 19:40 | Şərh sayı: (0) | Baxılıb: 410

Mə'sumlardan nəql olunmuş rəvayətlərdə təvəkkül mövzusu


Mə'sumlardan nəql olunmuş rəvayətlərdə təvəkkül mövzusuİmam Baqir (ə) buyurmuşdur: "Allaha təvəkkül edən kəs məğlub olmaz, Allaha sığınan kəs yenməz.” İnsan öz istəyi ilə Allaha bağlanmalıdır. Çünki bizim ixtiyarımızda olan hər hansı bir vasitə məhdud tə’sirə malikdir. Bu vasitələrin tə’siri də Allahın ixtiyarındadır. İmam Sadiq (ə) buyurur: "Sizlərdən hər hansı biriniz arzusuna çatmaq istədiyi vaxt hamıdan ümidini üzməli və bilməlidir ki, onun arzusunun həyata keçməsi yalnız Allahın əlindədir.” "Əl-mizan”da nəql olunmuş bir rəvayətdə İmam Sadiq (ə) buyurur: Allah-təala öz peyğəmbərlərindən birinə belə vəhy etdi:"And olsun izzət və cəlalıma, məndən qeyrisinə ümid bağlayanı naümid edəcək, xalq arasında ona zillət libası geydirəcək və onu öz mərhəmətimdən uzaqlaşdıracağam. Əgər çətinliklər mənim əlimlə açılırsa, nə üçün bəndəm başqasına ümid bəsləyir?
Əgər mən ehtiyacsız və bağışlayanamsa, bağlı qapıların açarı mənim əlimdədirsə, istəyənlərə bu qapını açıramsa, nə üçün mənim bəndəm məndən qeyrilərinə əl açır və ümidvar olur?!” Uyğun mövzunu İmam Sadiqdən (ə) nəql olunmuş başqa bir hədislə davam etdiririk:
Hüseyn ibn Ülvan deyir: "Elm və bilik qazanmaq məqsədi ilə bir məclisdə oturmuşdum. Səfər xərcliyim də qurtarmışdı. Dostlardan biri mənə dedi: "Bu vəziyyətdə ümidini kimə bağlamısan?” Dedim ki, filankəsə. Dedi: "And olsun Allaha, istəyin yerinə yetməyəcək və arzuna çatmayacaqsan.” Həmsöhbətim Allaha and içdiyindən təəccübləndim və soruşdum ki, haradan bilirsən? O dedi: "İmam Sadiqdən (ə) belə buyurduğunu eşitdim: "Allah-təala buyurmuşdur: "İzzət və cəlalıma, böyüklük və vüs’ətimə, ərşə olan hakimiyyətimə and olsun, məndən qeyrisinə ümid bağlayanı ümidsiz qoyacağam, xalq arasında ona zəlillik libası geydirəcəyəm, onu özümdən uzaqlaşdıracaq və mənə bağlılığını qıracam.”
Rəvayətin davamında nəql olunur ki, Allah öz bəndəsi üçün çətinliyi özü yaratdığını və onu özü aradan qaldıra biləcəyini önə çəkir. Belə bir halda insan hansı əsasla başqalarına əl açmalıdır?! Axı bu çətinliyi insanlar yaratmamışdır ki, onlar da aradan qaldıra bilsinlər. Rəvayətdə Allah-təalanın belə buyurduğu nəql olunur: "Çətinliklər mənim əlimdə olduğu halda, başqa birindən kömək istəyirmi?! Öz düşüncəsində məndən başqasının qapısını döyürmü?! Hansı ki, bütün qapıların açarı mənim əlimdədir və mənim qapım məni çağıranların üzünə açıqdır. Çətinlik zamanı mənə üz tutan hansı adamı çətinlikləri ilə təkbətək buraxmışam?! Böyük bir işdə mənə ümid bəsləyən hansı kəsin ümidini qırmışam?! Mən öz bəndələrimin arzularını özümdə saxladığım halda, onlar bununla razılaşmamış, başqalarının sorağına getmişlər. Səmalarımı mən təsbihdən yorulmayan mələklərlə doldurdum. Onlara tapşırdım ki, mənimlə bənlədərim arasındakı qapıları bağlamasınlar. Amma bəndələr mənim dediklərimə e’tina etmədilər. Bəndələrim bilmirmi ki, kimsə mənim iznim olmadan onların çətinliklərini aradan qaldıra bilməz?!”
Qur’ani-kərimdə də uyğun mövzuya toxunulur: Allah-təala buyurur: "Əgər Allah sənə bir zərər yetirsə, səni bu zərərdən Ondan başqası qurtara bilməz. Əgər Allah sənə bir xeyir istəsə, kimsə Onun ne’mətinin qarşısını ala bilməz. Allah onu, bəndələrindən istədiyinə nəsib edər. O bağışlayandır.”
Əvvəlcə zikr etdiyimiz rəvayətin davamında Allah-təala buyurur: "Nə üçün bəndəm məndən üz döndərmişdir?! Öz mərhəmətimlə ona istəmədiyi şeyləri verdim. Həmin ne’mətləri geri aldığım zaman o mənə yox, başqalarına üz tutdu.” Bəli, Allah-təala öz bəndəsinə onun ağlına gəlməyən ne’mətlər əta etmişdir. Sağlamlıq, göz, qulaq, ata-ana, övlad, müəllim və bu kimi başqa ne’mətlər məgər bəşəriyyətin ağlına gələrdimi?! Hələ insan dünyaya gəlməmiş Allah-təala ananın sinəsində onun üçün qida hazırladı. Amma bə’zi ne’mətlər insandan alındığı vaxt o başqalarına üz tutdu, başqalarına əl açdı! Rəvayətdə buyurulur: "Mən ki əvvəllər, bəndəm istəmədiyi halda ona əta edirdim. Yoxsa güman edir ki, onun istəklərinə cavab verməyəcəyəm?! Yoxsa bəndəm məni xəsis tanıyır?! Məgər bütün bəxşişlər məndən deyilmi?! Məgər əfv və mərhəmət mənim əlimdə deyilmi?! Məgər arzuları yerinə yetirən mən deyiləmmi?! Arzuları məndən savay qət edəcək bir kəs varmı?! Məndən qeyrisinə üz tutanlar qorxmurlarmı?! Əgər bütün göylərin və yerin əhli mənə ümid bağlasalar və onların hər birinə istədikləri qədər əta etsəm, mülkümdən qarışqa qılçası qədər azalmaz. Mənim öhdəmə götürdüyüm bir mülk necə azala bilər?!” Bəli, insanların ağlına gələn istənilən bir ne’mətin onlara əta olunması Allahın mülkünü azaltmaz. Bu ne’mətləri bir istəklə yaratmış Allah üçün bənədlərinə əta etmək çətin deyil. Qur’ani-məciddə oxuyuruq: "Bir şey istədiyi zaman Allah yalnız "ol” buyurar, o da dərhal olar”
Rəvayətlərdən birində oxuyuruq: "Vay o insanların halına ki, mərhəmətimdən ümidsizdirlər. Vay o insanların halına ki, itaətsizlik etdilər və məndən çəkinmədilər.” Belə bir mülk və əzəmət sahibi olan Allaha qarşı itaətsizlik necə də pisdir! Bu rəvayət başqalarına ümid bəsləməyin məzəmmət edildiyi rəvayətlərdən biridir. Bu xüsusiyyət tövhid ruhi ilə bir araya sığmır.
Bugünkü dünyamızda özünəinam haqqında çox danışılır və psixoloqlar bunu müsbət bir xüsusiyyət kimi qəbul edirlər. Bu mövzuda çoxsaylı kitablar yazılır, insanlar özünəinama təşviq olunur. Eyni zamanda başqalarına ümid bəsləməyin zərərləri önə çəkilir. İnsanın özünə inamı əqli cəhətdən müsbət görünsə də, tövhid baxımından məzəmmət olunmuşdur. Çünki bizim nəyimiz varsa əmanətdir. Əgər insanın malik olduğu bütün şeylər Allahın mülküdürsə, əmanət verilmiş şeylərə e’timad göstərmək olarmı?! Axı insan hansı əsasla arxayındır ki, Allah verdiyi əmanəti geri almayacaq?! Demək, yalnız Allaha e’timad göstərilməlidir. Allaha e’timad və təvəkkül çoxsaylı ayələrdə mədh olunmuş, və’d edilmişdir ki, Allaha təvəkkül edənlər üçün Allah bəs edəsidir. İki Qur’an ayəsinə nəzər salaq: "Kim Allaha təvəkkül edərsə, Allah ona kifayət edər.” Məgər Allah öz bəndəsinə kifayət deyilmi?!” Doğrudan da, Allah-təalanı Rəbb, Malik, ixtiyar sahibi kimi tanıyan insan başqalarına əl açmaz.
Ustadlarımızdan biri belə bir əhvalat nəql edirdi: "Qonşuluğumuzda bir uşaq öz evlərinin kənarında oturmuşdu. Bu vaxt bir dilənçi ona yaxınlaşdı və dedi: "Get, anandan mənim üçün bir qədər çörək al gətir.” Uşaq ona dedi: "Get öz anandan al.” Uşağa elə gəlirdi ki, hərənin ehtiyacını öz anası ödəməlidir. Əgər biz Allahı bu uşaq öz anasını tanıdığı kimi tanısaydıq, başqalarının ardınca qaçmazdıq. Bir halda ki, Allah ən mehriban, ən qüdrətli varlıqdır, nə üçün də başqalarına əl açaq?!



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor