Rəcəb ayının fəziləti |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 11-04-2016, 22:45 | Şərh sayı: (0) | Baxılıb: 819
Rəcəb ayının fəziləti
"Rəcəb" ayı Qəməri ilin yeddinci ayıdır.İlahi rəhmət və Kəbənin mövlud ayıdır. Məhəmməd Peyğəmbər (s.ə.v.v.) buyurmuşdur:
"Rəcəb ayı mənim ümmətim üçün "istiğfar" ayıdır. Rəcəb ayı Allahın ayıdır, fəzilət və hörmətdə başqa aylardan üstündür. Bu ayda kafirlərlə döyüşmək haramdır. Rəcəb Allahın, Şaban mənim, Ramazan ayı isə ümmətimin ayıdır. Rəcəb ayında bir gün oruc tutan kəs Allahın sevimlisi olar, Allahın qəzəbi ondan uzaq olar və cəhənnəmin qapıları onun üzünə bağlanar".
İmam Kazım (ə)-dan rəvayətdir ki, "Rəcəb" Cənnətdə bir çayın adıdır ki, o baldan şirin, süddən ağdır. Bu ayda oruc tutan şəxs həmin çayın suyundan içər".
Başqa bir hədisdə gəlmişdir ki, "bu vaxt üç gün oruc tutana behişt vacib olar".
İmam Sadiq (ə) buyurmuşdur: "Qiyamət günü nida gələr- "Əynəl rəcəbiyyun?" Rəcəb ayınından bəhrələnənlər, onu qiymətli hesab edənlər haradadır? Onların üzlərinin nurundan məhşər işıqlanar, başlarına yaqutdan şahlıq tacı qoyular, hər birinin sağ və sol tərəflərində min mələk kəramət və Allaha təzimlərinə görə onu təbrik edərlər. Nida gələr: "Bəndələrim və kənizlərim izzət və cəlalıma and olsun ki, sizə qiymətli və elə bir yer vərərəm ki, altından çaylar axar və orada əbədi qalarsız, çünki siz mənim böyük saydığım bir ayda oruc tutdunuz" Sonra mələklərə buyurar: "Mələklərim bəndələrimi Behiştə daxil edin" İmam buyurur: "Bu mükafat rəcəb ayının əvvəli, ortası və axırı oruc tutmuş kəslər üçündür"
Peyğəmbər (s) bu ayın fəziləti barədə buyurmuşdur: "Allah-təala yeddinci səmada bir mələk qərar vermişdir ki, rəcəb ayı çatdıqda o gecədən sübhə qədər belə deyir: "Xoş o kəsin halına ki, Allahı zikrlə məşğuldur, xoş o kəsin halına ki, bütün meyl və marağı Allah dərgahına tərəfdir" Allah -təala buyurur: "Mənimlə yoldaş olana mən də yoldaş, əmrimə tabe olana muti, bağışlanmaq istəyənə kinsiz olaram. Bu ay mənim ayımdır, bəndə də mənim bəndəmdir və rəhmət də məndəndir. Hər kəs məni bu ayda çağırsa, müsbət cavab verərəm, hər kəs məndən bir şey istəsə ona əta edərəm, hər kəs hidayət istəsə hidayət edərəm, mən bu ayı Özümlə bəndələrim arasında əlaqə,rabitə vasitəsi qərar vermişəm.."
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər