Şəriət hökmlərindən xəbərdar olmaq |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 9-05-2016, 18:39 | Şərh sayı: (0) | Baxılıb: 293
Şəriət hökmlərindən xəbərdar olmaq

"Barı hər tayfadan bir dəstə (dini elmləri öyrənmək, sonra da dindaşlarına öyrətmək üçün) qalsın ki, camaatı (döyüşdən) qayıtdığı zaman onları (Allahın əzabı ilə) qorxutsun. Bəlkə onlar (əldə etdikləri biliklər sayəsində yaramaz işlərdən, nalayiq hərəkətlərdən) çəkinsinlər". («Tövbə»-122)
Rəvayət olunur ki, İmam Sadiq(ə)-dən "Tutarlı dəlil yalnız Allaha məxsusdur" («Ənam»-149) ayəsinin mənasını soruşduqda buyurdu: "Allah-təala qiyamət günü öz günahkar bəndəsinə buyurar: "Ey mənim bəndəm! Niyə öz vəzifəni düzgün yerinə yetirmədin? Bilərəkdənmi günah etdin?" Əgər desə ki, "bəli”, buyurar: "Niyə bildiyinə əməl etmədin?" Yox əgər desə ki, «bilmirdim», onda soruşar: "Niyə öyrənmədin ki, əməl edəsən?.."91
Nəticə olaraq, bəndəlik və ibadət iki şərtlə özünü doğruldur: məhəbbət və itaətlə. İtaət Tanrının razılıq və istəyini bilmədən qəbul deyildir. Özlərindən nə isə qondarıb itaət və ibadət kimi yerinə yetirilənlər, həqiqətdə, özlərinin bəndələridirlər, nəinki Allahın.
Bu haqda Allah-təala buyurur:
"Allah özü sizə izn verdi, yoxsa Allaha iftira yaxırsınız?" («Yunus»-59)
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər