RSS
 

Login:
Şifrə:
» » Mayın 5-i müqəddəs Məbəs günüdür. Günün əməlləri

Xəbər lenti

Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə
Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə...
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi...
Vəhdət - günümüzün əsas ehtiyacı
Vəhdət - günümüzün əsas ehtiyacı...
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu...
Siffeyn savaşı
Siffeyn savaşı...
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam





Online SMS Yaz!
Online Sms:

Mayın 5-i müqəddəs Məbəs günüdür. Günün əməlləri

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 5-05-2016, 01:03 | Şərh sayı: (0) | Baxılıb: 1540

Mayın 5-i müqəddəs Məbəs günüdür. Günün əməlləri


Mayın 5-i müqəddəs Məbəs günüdür. Günün əməlləriBu il mayın 5-i Rəcəb ayının 27-sinə təsadüf edir. Bu, İslamda müqəddəs bir gündür. Bir nəzəriyyəyə görə həmin gün Peyğəmbərin Meracı – bir gecədə Məkkədən Qüdsə, oradan Allahın dərgahına və geriyə gətirilməsi günüdür. Bu nəzəriyyə əsasən əhli-sünnə mənbələrində qeyd olunur. Lakin İmamlardan gələn rəvayətlərə əsaslanan və şiələrin üstün bildiyi digər nəzəriyyəyə görə, 27 Rəcəb günü Məbəs – Hz. Muhəmmədə (s) ilk ayələrin nazil olduğu və Onun Peyğəmbərliyə seçildiyi gündür.

Başqa sözlə desək, “məbəs günü” İslamın zühur etdiyi gündür. İlahi vəhy, Qurani-Kərim həmin gündən etibarən Peyğəmbərə (s) nazil olmuşdur. Besətdən əvvəlki dövr olduqca qaranlıq, insanları küfr və azğınlıq içində idi. Həmin dövr, İslam tarixində “Cahiliyyə dövrü” adlanır. Allah Mütəalın insanlar içindən seçdiyi İlahi elçilərin-Peyğəmbərlərin buyuruqları, insanların hidayətindən ötrü gətirdikləri kitab və hikmət, sonradan unudulmuş, təhrifə məruz qalmışdı. Həmin dövrdə insanların Peyğəmbərlərdən üz çevirmələri, onların öz nəfsani istək və arzularına boyun əymələrinə və bu istək və arzulardan doğan fəsadlarla üzləşmələrinə səbəb olmuşdu.

Həzrət Əli (ə) “cahiliyyə dövrü”nü belə bəyan edir: “Allah-Təala Peyğəmbərlərdən heç birinin qalmadığı, camaatın müxtəlif firqələrinin nadanlıq və azğınlıq zülmətində yuxuya getməsinin uzandığı bir vaxtda Həzrət Peyğəmbəri (s) Peyğəmbərliyə seçdi. Fitnələr bütün yer üzünü bürümüş, işlər bir-birinə dəymiş, müharibə alovu şölələndirilmiş, dünyanın nuru, işığı gizlənmişdi. Dünyanın nadürüstlükləri aşkar olmuş, yarpağı saralmışdı və (camaat) onun xeyrindən bəhrələnmirdi. Suyu sovrulmuş, qurumuşdu. Hidayət və qurtuluş nişanələri məhv olmuş, həlakət və bədbəxtlik bayraqları aşkara çıxmışdı...” (“Nəhcul-Bəlağə”) Pərvərdigari-aləm öz nurunu tamamladı, aləmlərə rəhmət nazil oldu. Bütpərəst toplumun eybəcərliklərindən xoşlanmayan və ibadət vaxtı Hira mağarasına pənah aparan Həzrət Muhəmməd (s), bir gün həmin mağaradan Peyğəmbər olaraq qayıtdı. Qədəm qoyduğu hər torpağı rəhmət bürüdü.

Mütəal Allah, Peyğəmbərinin timsalında öz rəhmətini bəşəriyyətin üzərinə yaydı. Rəhmət Peyğəmbəri olaraq göndərildi Həzrət Muhəmməd (s). “Ənbiya” surəsinin 107-ci ayəsində Allah-Təala öz Peyğəmbərinə “Biz səni aləmlərə ancaq bir rəhmət olaraq göndərdik” buyurur. Qurani-Kərimin müxtəlif ayələrində keçmiş qövmlərin öz Peyğəmbərlərinə iman gətirmədikləri üçün, həlakətə düçar olmalarından bəhs edilmişdir. Məsələn, əzəmət sahibi, Peyğəmbərlərdən olan Həzrət Nuh (ə) islah olmayan bütpərəst qövmün düşmənçilik və azğınlıqlarına görə onlara nifrin edərək Rəbbinə belə demişdi: “Ey Rəbbim! Yer üzündə bir nəfər belə kafir qoyma! Çünki sən onları (sağ) buraxsan, onlar Sənin bəndələrini yoldan çıxardacaq, ancaq pozğun və kafir (oğul-uşaq) doğub-törədəcəklər” (Nuh 26, 27) Allah Nuhun duasını qəbul edərək zalım qövmü tufanda boğdu.

Ad qövmü Hud Peyğəmbərə (ə) iman gətirmir, Onun yalançı olduğunu düşünürdülər. Hud onlara belə demişdi: “Ey camaat, doğrudan da siz Nuhun tayfası kimi küfr və naşükürlükdə həddi aşmısınız. Siz Nuhun tayfası kimi qarğışa layiqsiniz. Mən də gərək sizə qarğış edim.” Ad qövmü də beləcə əzaba düçar oldu, Sərsər və Əqim küləklərində məhv olub aradan getdilər. Bir başqa yerdə Qurani-Kərim Saleh Peyğəmbərin qövmündən bəhs edir. Həmin qövm Səmud qövmü idi və Saleh Peyğəmbərin dəvəsini öldürdükdən sonra, Özünü də öldürmək qərarına gəldilər. Onlara yetişən zəliledici əzab haqqında Quranda belə buyurulmuşdur: “Səmud qövmünə gəlincə, Biz onlara haqq yolu göstərdik, amma onlar korluğu (küfrü) doğru yoldan üstün tutdular. Beləliklə, onları qazandıqları günahların ucbatından zəliledici ildırım əzabı yaxaladı.” (Fussilət 17) Lut Peyğəmbər, qövmünə əzab vermək üçün gələn Cəbrailə “İndi ki, bu qövmə əzab etmək üçün gəlmisiniz, elə isə tələsin hər nə qədər bilirsinizsə tez onları həlak edin” demişdir. Nəhayət, əzab Lutun günahkar qövmünə də yetişdi. Mələklər şəhəri viran etdilər, göydən daşlar yağmağa başladı və o camaatdan heç bir əsər-əlamət qalmadı. Şuəyb Peyğəmbərin qövmünü isə, Allah-Təala zəlzələ və yandırıcı kölgə ilə həlak etmişdi. (Allahın salamı olsun Peyğəmbərlərin üzərinə!)

Lakin, İslam Peyğəmbərinin həyatına və Quranın bəzi ayələrinə diqqət etdikdə görür ki, Peyğəmbərə qarşı düşmənçilik edənlərin çirkin əməlləri Həzrət Peyğəmbəri kədərləndirir və narahat edirdi. Həzrət bundan ötrü onların halına yanır, İlahi əzabın onlara yetişməsini, onların da keçmiş ümmətlər kimi həlak olmasını istəmirdi. Günahkar camaatı tərbiyə və təzkiyə etməklə yanaşı, həm də, Allahdan onların hidayətini diləyir, islah olunmalarından ötrü dua edirdi.

Qurani-Kərim Peyğəmbərin bu narahatçılığı haqqında nelə buyurur: “(Ya Rəsulum!) Yoxsa (kafirlər) bu Qurana inanmasalar, (səndən üz döndərib getdiklərinə görə) arxalarınca təəssüflənib özünü həlak edəcəksən?!” (Kəhf 6) Həmçinin buyurulur: “(Ey ümmətim!) Sizə özünüzdən bir Peyğəmbər gəldi ki, sizin əziyyətə (məşəqqətə) düşməyiniz ona ağır gəlir, o sizdən (sizin iman gətirməyinizdən) ötrü təşnədir, möminlərlə şəfqətli, mərhəmətlidir!" (Tövbə, 128) Həzrət Peyğəmbər daim ümmətinin barəsində düşünürdü, həmişə qüssəli idi və fikri məşğul olardı. Yumşaq xasiyyətli idi, kobudluq və qəlizliyə yol verməzdi. Ancaq Allah yolunda qəzəblənərdi. “Muhəmməd (s) Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər...” (Fəth 29) Həzrətin (s) rəftarı haqqında nəql edilmişdir ki, xoş rəftarlı olduğu üçün, Onu görənlər özlərini Həzrətin (s) nəzərində ən əziz insanlar olduğunu düşünürdülər. Günaha yol vermiş insanlarla şirin dillə danışır, tutarlı dəlillərlə onları razı salmağa çalışır, beləliklə də qəlblərində İslama rəğbət və məhəbbət oyadırdı.

İslam ordusuna cihad əmri verdikdə, ordularla birlikdə qoşun başçısına belə moizə edərdi: “Allahın adı ilə gedin, Allah və Onun Peyğəmbərinin dini uğrunda cihad edin! Hiylə etməyin, qənimətləri oğurlamayın, kafirləri öldürdükdən sonra, gözlərini, qulaqlarını, bədən üzvlərini kəsməyin, qocaları, uşaqları, qadınları, rahibləri, yollarını azanları öldürməyin, Ağacları kökündən kəsməyin, xurmalıqları, əkin sahələrini, otlaqları yandırmayın, müşriklərin suyunu zəhərləməyin və heç vaxt hiyləyə əl atmayın.”

Allah-Təala İslam Peyğəmbəri Həzrət Muhəmmədi (s) sonuncu Peyğəmbər olaraq göndərdi və O həzrətin (s) gətirdiyi dini və kitabı, səmavi dinlərin və kitabların sonuncusu qərar verdi. Bu din və kitab hidayət üçündür və yalnız bu dinə və Qurana sarılanların rəhmətdən payı vardır. Çünki, artıq Həzrət Muhəmməddən (s) sonra bir Peyğəmbər gəlməyəcək, İslam və Qurandan sonra hidayət edən, yol göstərən, qaranlıqlardan nura çıxaran, bir din və hikmət enməyəcəkdir. İslam dini kamil dindir və bütün sualların cavabını bu dində tapmaq mümkündür. İslam dini bütün dövrlər üçün, bütün millətlər, xalqlar üçün göndərilmişdir, Qiyamət gününə qədər qüvvədədir.

Məbəs gününün əməlləri:

Bu il Məbəs günü may ayının 5-nə təsadüf edir. Məbəs günü aşağıdakı əməlləri etmək tövsiyə olunur:

1. Qüsl vermək.

2. Oruc tutmaq (70 il orucun savabı vardır)

3. Çoxlu salavat demək.

4. 6 ədəd iki rükətli namaz qılıb, bitirdikdən sonra 4 dəfə Fatihə, Fələq və Nas surələrin oxuyub sonra bu duanı 4 dəfə demək -“La ilahə illəllahu vəllahu əkbər və subhanəllahi vəlhəmdulillahi və la həvlə və la quvvətə illa billahil-əliyyil-əzim, Allahu Allahu Rəbbi la uşriku bihi şəy'a, La uşriku bi Rəbbi əhəda”

(Bu əməllər müstəhəbdir və insan gücü çatanları edə bilər, hamisini etmək vacib deyil)



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Seyyid Peyman - En insan
Seyyid Peyman - Zeynəb Zeynəb
Hacı Sahib - Səfərdə olanın orucu
Hacı Sahib - Oruc tutan su içə bilər?
Hacı Sahib - Dəstəmazın danışması
Rusif Ucar - Üsyan
Hacı Sahib - İntizar
Hacı Sahib - İntizar çəkmək
Hacı Sahib - Kiçik günahı unutmaq
Hacı Şahin - Dini ehtiyac
Hacı Şahin - Diqqət eləmək
Hacı Şahin - Din təbliğ etmək
Hacı Eldayaq - Allah üçün
Hacı Eldayaq - Allahı unuduruq
Hacı Eldayaq - Allahımızı ucuz satırıq
Azərbaycan İlahi nəğmələr qrupu Hacı Möhübbət - Şah səlamun aleyk
Azərbaycan İlahi nəğmələr qrupu - Ağam Əbəlfəz
Azərbaycan İlahi nəğmələr qrupu - Əli kimdir
Seyyid Peyman - Şah salamun aleyk
Hacı Sahib - Şəban ayının əməlləri
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor