RSS
 

Login:
Şifrə:
» » RƏCƏB AYININ 27-Cİ GÜNÜ – MƏBƏS BAYRAMININ ƏMƏLLƏRİ

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






RƏCƏB AYININ 27-Cİ GÜNÜ – MƏBƏS BAYRAMININ ƏMƏLLƏRİ

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 5-05-2016, 00:56 | Şərh sayı: (0) | Baxılıb: 1338

RƏCƏB AYININ 27-Cİ GÜNÜ – MƏBƏS BAYRAMININ ƏMƏLLƏRİ


RƏCƏB AYININ 27-Cİ GÜNÜ – MƏBƏS BAYRAMININ ƏMƏLLƏRİRəcəb ayının 27-ci günü (Mayın 5-i) İslam Peyğəmbərinin (s) peyğəmbərliyə seçildiyi gündür və İslamın ən böyük bayramlardan biridir. Həmin günün bir neçə məxsus əməli var:

1. Qüsl etmək; İslam Peyğəmbəri (s) buyurmuşdur: “Bu günü (Məbəs gününü) Allah-Taala müsəlmanlara bayram elan etmişdir. Həmin günü qüsl edin.” (“Cəvahirul-kəlam”, Məhəmmədhəsən Nəcəfi, 5/36.)

2. Oruc tutmaq; İmam Sadiq (ə) buyurmuşdur: “ “Rəcəb ayının 27-ci gününü əldən verməyin ki, Mühəmmədə (s) həmin gün peyğəmbərlik məqamı verilmişdir və sizin üçün o gününün savabı altmış ayın savabına bərabərdir.”

3. Çoxlu salavat demək.

4. İslam Peyğəmbəri (s) və imam Əlini (ə) (yaxından və yaxud uzaqdan) ziyarət etmək.

5. Kəfəmi “Misbah” kitabında Rəyyan ibn Səltdən belə nəql edir: “İmam Cavad (ə) Bağdadda ikən Rəcəb ayını‎n 15-ci və 27-ci günlərini qohum-əqrəbası‎ ilə birlikdə oruc tutar, bizə də on iki rükət (iki-iki) namaz q‎lmağı‎ əmr edərdi. Həmin namazın qılınma qaydası belədir: hər iki rükətdən sonra “Həmd”, “Fələq” və “Nas” surələri dörd dəfə, “Təsbihati-ərbəə”ni (Subhanəllahi vəl-həmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər) dörd dəfə, “Əllahu Əllahu Rəbbi, la u‏şriku bihi ‏şəy`a” (Allah, Allah, mən Rəbbimə heç nəyi ş‏ərik qoş‏muram) və “La uş‏riku birəbbi əhəda” (Mən heç kəsi Rəbbimə ‏şərik etmirəm) zikirlərinin hərəsi dörd dəfə deyilir.

6. Əbulqasim Hüseyn ibn Ruhdan nəql olunur ki, “Məbəs” günü on iki rükət (iki-iki) namaz q‎ılmaq müstəhəbdir. Belə ki, hər rükətdə “Həmd” surəsini dedikdən sonra asan surələrdən birini və salamlardan sonra isə bu duanı‎ oxuyursan:

Əlhəmdu lilahilləzi ləm yəttəxiz vələddən və ləm yəkun ləhu şərikun fil mulk, və ləm yəkun ləhu vəliyyun minəz-zull, və kəbbirhu təkbira, ya uddəti fi muddəti ya sahibi fi şiddəti, ya vəliyyi fi ni`məti ya ğiyasi fi rəğbəti, ya nəcahi fi hacəti ya hafizi fi ğəybəti, ya kafiyyə fi vəhdəti, ya unsi fi vəhşəti, əntəs-satiru əvrəti, fələkəl həmdu və əntəl muqilu əsrəti, fələkəl həmdu və əntəl mun`işu sər`əti, fələkəl həmd, səlli əla Muhəmmədin və ali-Muhəmməd, vəstur əvrəti və amin rəv`əti, və əqilni əsrəti, vəsfəh ən curmi və təcavəz ən səyyiati fi əshabil cənnəh, və`dəs-sidqilləzi kanu yuədun.

(Həmd-səna özünə övlad götürməyən, mülk və hakimiyyətində şəriki olmayan, izzəti ucaldan yardımçıya ehtiyacsız olan Allaha məxsusdur. Sən də layiqincə (Ona təkbir de və) Onu uca bil! Ey ömrüm boyu ehtiyatım, ey çətinlikdə munisim, ey malik olduğum nemətlərin sahibi, ey istədiyim zaman fəryadıma yetən, ey hacətimi rəva qılan, ey qaib olduğum zaman gözətçim, ey tənha olduğum zaman pənahım, ey qorxduğum zaman munisim! Sən eyiblərimi örtdün, belə isə, həmd-səna Sənə məxsusdur! Sən xətalarımdan keçdin, belə isə, həmd-səna Sənə məxsusdur! Sən, büdrədiyim zaman əlimdən tutdun, belə isə, həmd-səna Sənə məxsusdur. Mühəmməd və Mühəmmədin Əhli-beytinə salam yetir, eyiblərimi ört, qorxumu əmin-amanlığa çevir, xətalarımdan keç, günahlarımı əfv et, çirkin işlərimi bağışla və məni sədaqət və doğruluqla müjdələnən cənnət səhabələrinin zümrəsinə daxil et!)

Namaz və duanı qurtardıqdan sonra “Həmd”, İxlas”, “Fələq”, “Nas”, “Kafirun”, ”Qədr” və “Ayətəl-kürsi”ni yeddi dəfə, “La ilahə illəlahu vəllahu əkbər, və subhanəllahi və la həvlə və la quvvətə illa billah” zikrini yeddi dəfə, “Əllahu Əllahu Rəbbi, la uşriku bihi şəy`a” zikrini də yeddi dəfə oxuduqdan sonra istədiyin hacəti diləyirsən.

7. “İqbalul-əmal” və “Misbah”‎ kitablarında “Məbəs” günü aşağı‎dak‎ı duanı‎ oxumağ‎ın müstəhəb olması da qeyd olunmuşdur:

Ya mən əmərə bil əfvi vət-təcavuz, və zəmmənə nəfsəhul əfvə vət-təcavuz, ya mən əfa və təcavəzə`fu ənni, və təcavəz ya kərim. Əllahummə və qəd əkdət-tələbu və ə`yətil hilətu vəl məzhəb, və dərəsətil amalu vənqətəər-rəca, illa minkə vəhdəkə la şərikə lək. Əllahummə inni əcidu subuləl mətalibi iləykə muşrəəh, və mənahilər-rəcai lədəykə mutrəəh, və əbvabəd-duai limən dəakə mufəttəhəh, vəl istianətə limənistəanə bikə mubahəh, və ə`ləmu ənnəkə lidaikə biməvzii icabəh, və lis-sarixi iləykə bimərsədi iğasəh, və ənnə fil-ləhfi ila cudik, vəz-zəmani biidətikə ivəzən min mən`il baxilin, və mənduhətən əmma fi əydil mustə`sirin, və ənnəkə la təhtəcibu ən xəlqikə illa ən təhcubəhumul ə`malu dunək, və qəd əlimtu ənnə əfzələ zadir-rahili iləykə əzmu iradətin yəxtarukə biha, və qəd nacakə biəzmil iradəti qəlbi, və əs`əlukə bikulli də`vətin dəakə biha rac, bəlləğtəhu əmələhu əv sarixun iləykə əğəstə sərxətəh, əv məlhufun məkrubun fərrəctə kərbəh, əv muznibun xatiun ğəfərtə ləh, əv muafən ətməmtə ni`mətəkə ələyh, əv fəqirun əhdəytə ğinakə iləyh, və litilkəd-də`vəti ələykə həqq, və indəkə mənziləh, illa səlləytə əla Muhəmmədin və ali-Muhəmməd, və qəzəytə həvaici həvaicəd-dunya vəl axirəh, və haza rəcəbul murəccəbul mukərrəmulləzi əkrəmtəna bihi min bəynil uməmi ya zəl cudi vəl kərəm, fənəs`əlukə bihi və bismikəl ə`zəmil ə`zəmil ə`zəmil əcəllil əkrəm, əlləzi xələqtəhu fəstəqərrə fi zillik, fəla yəxrucu minkə ila ğəyrik, ən tusəlliyə əla Muhəmmədin və əhli-bəytihit-tahirin, və təc`ələna minəl amilinə fihi bitaətik, vəl amilinə fihi bişəfaətik. Əllahummə vəhdina ila səvais-səbil, vəc`əl məqiləna indəkə xəyrə məqil, fi zillin zəlil, fəinnəkə həsbuna və ni`məl vəkil, vəs-səlamu əla ibadihil mustəfəyn, və sələvatuhu ələyhim əcməin. Əllahummə və barik ləna fi yəvmina hazəlləzi fəzzəltəh, və bikəramətikə cəlləltəh, və bilmənzilil (əzimil) ə`la ənzəltəh, səlli əla mən fihi ila ibadikə ərsəltəh, və bil məhəllil kərimi əhləltəh. Əllahummə səlli ələyhi səlatən təkunu ləkə şukrən və ləna zuxra, vəc`əl-ləna min əmrina yusra, vəxtim ləna bis-səadəti ila muntəha acalina, və qəd qəbiltəl yəsirə min ə`malina, və bəlləğtəna birəhmətikə əfzələ amalina, ənnəkə əla kulli şəy`in qədirun və səlləllahu əla Muhəmmədin və alihi və səlləm.

(Ey əfv və güzəştə əmr edən və özü də əfv və güzəşti (bəndələri bağışlamağı) zəmanət verən! Ey əfv edən və güzəştə gedən, ey kərim Allah, məni də əfv et və günahlarımdan keç! İlahi, axtarış nəticə vermədi, çarə yolları bağlandı, arzular köhnəldi, ümidlər üzüldü, yalnız Səndən başqa! Sən təksən və Sənin şərikin yoxdur! İlahi, bilirəm ki, axtarış yolları Sənə doğru açıqdır, Sənin yanında ümid çeşmələri doludur, Səni çağıranların üzünə dua qapıları açıqdır və Səndən yardım diləyənlərə yardımın hazırdır. Bilirəm ki, həqiqətən, Sən, Səni çağıranların duasını qəbul etməyə hazırsan, Sənin dərgahında fəryad edənlərin fəryadına yetənsən, kərəminə sığınmaq və vədinə etimad etmək paxılların maneəsi müqabilində böyük əvəz və sərvət sahiblərindən ehtiyacsızlıqdır. Sən məxluqatdan gizli deyilsən. Səni məxluqatdan gizlədən (Səninlə məxluqat arasında fasilə salan) yalnız onların (çirkin) əməlləridir. Bilirəm ki, Sənə doğru köç etmək istəyən şəxsin ən yaxşı ehtiyatı yalnız Səni istəyən ciddi iradədir. Mənim qəlbim belə ciddi iradə ilə Sənin dərgahında raz-niyaz edir və Səni çağıran və arzularına çatanların duası, fəryadına yetənlərin fəryadı, çətinliyini aradan qaldırdığın çarəsizlər, yaxud bağışladığın günahkar və xətakar, yaxud nemətini tamamladığın sağlam insan, öz sərvətindən hədiyyə verdiyin yoxsul kimi Səndən istəyirəm. Belə duanın Sənin dərgahında həqiqət və məqamı vardır. Səndən istəyirəm ki, Mühəmməd və Mühəmmədin Əhli-beytinə salam yetirəsən, mənim də dünya və axirət hacətlərimi rəva edəsən! Bu, əziz və girami Rəcəb ayıdır; elə bir aydır ki, onun vasitəsilə bizə izzət veribsən. O, hörmətli ayların birincisidir və onun vasitəsilə ümmətlər arasından bizi əziz edibsən. Ey ehsan və kərəm sahibi! Bu ayın və Sənin ən böyük, (üç dəfə), əzəmətli və kəramətli adının – xəlq etdiyin, Öz ərşinin kölgəsində yerləşdirdiyin və Səndən başqasına doğru xaric olmayan adının vasitəsilə Səndən istəyirik ki, Mühəmməd və onun pak Əhli-beytinə salam yetirəsən, bizi bu ayda Sənin itaətinlə məşğul olanlar və Sənin şəfaətinə ümid bəsləyənlər sırasında qeyd edəsən! İlahi, bizi doğru yola hidayət et və bizim (qiyamətdəki) istirahət yerimizi Öz yanında, ən yaxşı istirahət yeri, gözəl kölgəlikdə və geniş bir mülkdə təyin et. Həqiqətən, Sən bizə kifayətsən və (Sən) necə də gözəl vəkilsən! Salam olsun Onun seçilmiş bəndələrinə! Onların hamısına Onun salam və salavatı olsun! İlahi, (risalət şərəfi ilə) fəzilətli etdiyin, öz kəramətinlə qədir-qiymət verdiyin və şərafətli məqama ucaltdığın bu gün (Məbəs günü) bizə bərəkət ver! Həmin gün bəndələrinə doru göndərdiyin (peyğəmbərliyə seçdiyin) və şərafətli məqama ucaltdığın şəxsə salam yetir! İlahi, ona Sənə şükür olunan, bizə də zəxirə sayılan daimi salam yetir, işimizi asanlaşdır və bizi ömrümüzün sonuna qədər səadət və xoşbəxtlikdən uzaq salma! Sən bizim az əməllərimizi qəbul etdin və bizi Öz lütf və mərhəmətinlə ən yaxşı arzularımıza yetirdin. Həqiqətən, Sən hər bir şeyə qadirsən. Allahın salam və salavatı olsun Mühəmməd və onun Əhli-beytinə!)

(Mənbə: “Məfatihul-cinan”, Şeyx Abbas Qummi, “Rəcəb ayının fəzilət və əməlləri” bölümü.)



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor