RSS
 

Login:
Şifrə:
» » Tibb alimləri şərab haqqında

Xəbər lenti

20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Tibb alimləri şərab haqqında

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 20-01-2016, 19:58 | Şərh sayı: (0) | Baxılıb: 288

Tibb alimləri şərab haqqında


Tibb alimləri şərab haqqında İnsan bə`zi vaxtlar hər hansı bir işin mahiyyətini başa düşmədən kor-koranə onu icra edir. Əgər onu bu işdən çəkindirmək istəsələr, tutarlı dəlil olmasa, heç vaxt öz işindən əl çəkmir. Bu vəziyyət insanın fitrətində qoyulmuş təbii bir məsələdir. Yə`ni, insan həmişə səbəb və elm axtarışındadır. Qeyd olunan bu məsələni İslam dini tamamilə qəbul edir, hətta, bu məsələ İslamın əsas şüarlarıdan biri sayılır. Buna görə də, İslamda e`tiqadi məsələlərdə təqlid etmək düzgün sayılmır. Bütün müctehidlər ”Şəriət hökmləri” kitabının birinci məsələsində yazırlar ki, e`tiqadi məsələdə, yə`ni, "Üsuliddin”də təqlidə icazə verilmir. Yə`ni, hər bir müsəlman Allahın varlığını, Onun vəhdaniyyətini və bu kimi digər e`tiqadi məsələləri sübut və dəlillə qəbul etməlidir. həmçinin, başqa əqidəvi məsələlər də bu qayda üzrə olmalıdır. Biz, müsəlman və qeyri-müsəlman olan alimlərin şərab və ümumiyyətlə, bütün məstedici içkilərin nə qədər zərərli və murdar bir şey olması haqqında söylədikləri nəzəriyyələrdən söhbət açmaq istərdik. Onu da bilmək lazımdır ki, insanın ağlı onun üçün dəlil (əsas) sayılır. Yə`ni, hər bir sağlam insan öz ağlı ilə həqiqi nəticəyə gələ bilər. Ona görə də, Allah-təala, ağılsız və ya ruhi cəhətdən tam mə`nada qeyri-sağlam şəxslər üçün heç bir təklif və vəzifə müəyyən etməmişdir. Elə bu səbəbdən də, dəli insanlar hər hansı bir cinayət və günahlarına görə məs`uliyyət daşımırlar və onlar üçün sorğu-sual yoxdur. Tanınmış alim və filosof Əflatun şərab və başqa fəsad amilləri ilə mübarizə aparmaq yolunda belə bir təklif irəli sürür:
"Cəmiyyətlərin bədbəxtçiliyi ondadır ki, savadsızlıq və cəhalət üzündən yaxşı ilə pisi bir-birindən ayıra bilmirlər. Cinayət və fasid işlərin tə`sirindən xəbərləri yoxdur. Bəs, əhalinin savadlanmasına çalışmaq lazımdır ki, murdar işlərin acı nəticələrindən xəbərdar olsunlar və bununla da, yaramaz işlərin kökü kəsilsin. İnsan bir şeyin zərər və puçluğunu bildikdən sonra ondan çəkinər.”
Amma Əflatunun şagirdi Ərəstu ustadının bu sözünü nəqd edərək yazır:
”Doğrudur ki, əhalinin savadlı və elmli olması, onları etdikləri cinayətlərin nəticəsindən xəbərdar edir. Amma bu iş heç də fitnə-fəsadı və günahı aradan aparmağa səbəb olmur. Çünki, biz gözümüzlə görmüşük ki, qazilər və məhkəmə işçiləri rüşvət almaq kimi böyük bir cinayətin cəmiyyətdə dağıdıcı nəticələrini bilə-bilə bu işə əl uzadırlar. Digər bir misal, tibb elmini çox yaxşı bilən təbib şərabın pis tə`sirindən, bədənə olan zərərlərindən xəbərdar olduğu halda onu içir”.
Hər iki alimin kəlamından, belə nəticəyə gəlmək olar ki, bütün fəsad və günahların kökünün kəsilməsi yalnız, Allaha iman gətirməklə ola bilər. Yalnız haqq ədaləti və insanın dünya və Axirətinə zamin olan İslam dininə əməl etməklə bu fəsadlara son qoymaq olar. Məşhur avropa alimi doktor Lev Gern öz statistik mə`lumatı və təhqiqatının nəticəsində belə bir mə`lumat verir: "Spirtli içkilərə qurşanmış hər 761 nəfər şərab içənin övladlarından 322 nəfəri yüngül əxlaqlı olur, 155 nəfəri ruhi anormallığa, 131 nəfəri isə ürək xəstəliyinə tutulur. Ruhi xəstəxanalarda olan xəstələrin 30-40%-i şərab içənlərdir. İnsan qətllərinin 75%-i şərab içməyin tə`sirindəndir. Soyuq silahla adam yaralamaq və fiziki xəsarət yetirməyin 30%-i şərabın tə`sirindən, oğurluq və qarətçiliyin 82%-i də həmin üzdəniraq və yaramaz sərxoşluğun acı nəticələrin-dəndir”.
Başqa bir avropalı Andre Mino adlı doktor özünün "Alkoqolizimə qarşı beynəlxalq mübarizə” təşkilatına verdiyi mə`lumatda deyir: "Ruhi xəstələrin 80%-i və cismi xəstəliklərə tutulanların 40%-i şərab içməyin tə`sirindəndir. Uşaqlar arasında 60% avara və tüfeyli uşaqlar, 40% azyaşlı cinayətkar, şərab içilən ailələrdən olublar.”
Şərabın yə`ni spirtli içkilərin bəşəriyyətə vurduğu ziyanlar həddən artıqdır. Bə`zi xəstəliklər, o cümlədən mə`də-bağırsaq xəstəliyi cigər xəstəliyi, mə`də, sinə və böyrək vərəmi, ruhi xəstəliklər, əsəb zəiflikləri və bu kimi digər ağır xəstəliklər şərabın tə`sirindən vücuda gəlir. Məşhur Rus yazıçısı Tolstoy yazır: ”Əhali yaxşı bilir ki, şərabın tə`siri ilə vicdanın səsi boğulur. Ona görə də, ondan istifadə edirlər.” (Yə`ni adi halda kimsənin cür`ət etmədiyi yaramaz, alçaq hərəkətlər, zülm və böyük cinayətlər sərxoş olan vəziyyətdə çox asan bir işə çevrilir.)
Doktor Karlın dediyinə görə, qadın və ya kişinin cinsi yaxınlıq zamanı sərxoş olması əsl cinayətdir. Çünki bu şəraitdə dünyaya gələn uşaq sağalmayan əsəb xəstəliyinə tutulur. Doktor Melvin Kezinin nəzəri belədir ki: ”Hətta azacıq da olsa, şərabdan istifadə olunması zehnin çox korlanmasına səbəb olur. Az bir miqdarda şərab içib ləzzət alan insan bilmir ki, öz əsəb sisteminə nə qədər böyük zərər yetirir. Şərab əsəb hüceyrələrini öldürür, qanda zəhərlənməyə münasib şərait yaradır. Oksigeni azaldır və onun qana daxil olmasına mane olur. Həmçinin, qan dövranını ləngidir, bədəndə qanın laxtalanmasını əmələ gətirir.” Nəhayət, doktor Herburq Moskov belə nəticəyə gəlib ki:
"Şərab insan zehninin hafizə-sini korlayır, çoxlu mə`lumatları dərk edib yadda saxlamaq qüdrətini öldürür. Şərabxorun övladı xəstə olar, tənbəl və avam olub heç bir elmi təhsil almağa meyl göstərməz, həmişə hirsli olub, bə`zən isə naqis, anormal halda dünyaya gəlir”. Bütün bunlara nəzər saldıqda, Qur`ani-Kərimin şərab haqqında buyurduqları təsəvvürümüzdə canlanır:
[Ey Mənim Rəsulum!] Səndən içki və qumar haqqında sual edənlərə söylə: "Onlarda həm böyük günah və həm də insanlar üçün mənfəət [şərabın alveri ilə əldə edilən kiçik dünya mənfəəti] vardır”.
Bə`ziləri iddia edirlər ki, şərab və məstedici içkilərin insan orqanizminə xeyiri vardır. Elə başa düşürlər ki, şərab iştahanı artırır, mə`dəni gücləndirir və yeməyin həzm olunmasına kömək edir. Bə`ziləri hətta, ifrata vararaq belə zənn edirlər ki, şərab ömrü uzadır, insana həyat verir. Bütün bunların qarşısında biz, tibb alimlərinin dəqiq elmi təhqiqatlarından başqa, ümumi nəticələrini əlavə edirik ki, Alahın insanlara haram buyurduğu şərab, insanın ciyərlərinə zərərdir və onda bir çox qorxulu xəstəliklər yaradır. Onların ən kiçiyi ciyərin genişlənməsi, iltihab, həmçinin, sidik kisəsi və onun yollarının tutulması və bağırsaq dolaşması xəstəliyinin yaranmasıdır. Çünki ciyərin və daxili bədən üzvlərinin və bağırsaqlarla birbaşa bağlılığı, qan-damar sistemi ilə sıx rabitəsi vardır. Çox vaxt şərabın tə`sirindən ciyərdə çoxlu xırda şişlər əmələ gəlir. Bunun da səbəbindən qarında su yığılır. İnsanın qarnında yığıntılar əmələ gəlir. Bu cür xəstəliklər bə`zən çox pis xəstəliyə o cümlədən, rak xəstəliyi ilə nəticələnir. Allahın sizə qadağan etdiyi şərab, insan böyrəklərinin xarab olmasında ən tə`sirli amildir. Onları bütünlüklə fəaliyyətdən saxlayır, insanın ölümünə səbəb olan müxtəlif təhlükəli xəstəliklər yaradır. Burada təbiblərin məşhur bir sözü var, buyururlar: "Şərabla yaşayanın ölümü sudan olar.”Yə`ni, çox şərab içmək insanın ciyərlərinin korlanmasına və həmçinin, böyrəklərinin çürüməsinə səbəb olur. Allahın haram etdiyi şərab, insanın ürək-damar sisteminə çox böyük mənfi tə`sir edir, qəlbin döyüntüsünü azaldır, ürəyin genişlənməsinə və damarlarında beyin, əsəb və hafizəyə lazım olan hüceyrələrin zəiflənməsinə səbəb olur. Qırmızı qan damarlarını o qədər zəiflədir ki, çox asanlıqla aradan gedir. Bu da şərab içənin infarkt keçirməsinə və nəhayət, qəfil ölümünə səbəb olur. Bu cür xəstəliklərdən Allaha pənah aparırıq! Çox vaxt küçələrdə, zibilliklərdə, çirkab sularda ölü kimi düşüb qalmış sərxoşları görürük və bir daha Rəbbimizin haram etdiklərinin hikmətini xatırlayırıq. Şərab, bir çox vaxtlarda sinə xəstəliklərinə, damağ və qorxulu damar çürüməsi xəstəliklərinə səbəb olur. Qeyd etdiyimiz kimi şərabın zehnə və əqlə də, çox böyük mənfi tə`sirləri vardır. Sayıqlamaq, dəlilik və əsəb xəstəlikləri yaradır. Alimlər sübut etmişlər ki, şərab içənin burun boşluğu, baş nahiyəsi şüşə kimi spirtli maddələrlə dolu olur. Bütün bunların tə`sirindən müxtəlif səviyyəli psixoloji sarsıntılar yaranır. Hansı ağıllı adam razı olar ki, insan öz ağlını və malını ötəri ləzzətlərə dəyişsin və özünü cəmiyyət arasında gülünc vəziyyətə salsın?! Allahın haram etdiyi şərabın gözə də çox böyük mənfi tə`siri vardır. Göz-əsəb sistemlərini zəiflədir. Gözlərdən həmişə yaş gəlməsinə səbəb olur. Bununla da, şərabxorun gözlərindən də məhrum olmaq ehtimalı qarşıya çıxır. Şərabın zərəri qulağın içinə qədər tə`sir edir, eşitmə qabiliyyətini azaldır və qulağın içində qəribə qorxulu səslər yaranmasına səbəb olur. Allahın haram etdiyi şərab, insanın cinsiyyət üzvlərinə də mənfi tə`sir göstərir. Ona görə də, cəmiyyətdə şərabın yayılması uşaq doğulmasının sayını azaldır. Bütün bunlardan əlavə, şərab-xorluq yüzlərlə başqa xəstəliklərə də səbəb olur. Onların hamısını bu kiçik bəhsdə qeyd etməyə imkan yoxdur.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor