RSS
 

Login:
Şifrə:
» » Məhdəviyyətdə yer almış xürafatlar

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Məhdəviyyətdə yer almış xürafatlar

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 27-10-2015, 10:10 | Şərh sayı: (0) | Baxılıb: 397

Məhdəviyyətdə yer almış xürafatlar


Məhdəviyyətdə yer almış xürafatlar


Məhdəviyyət düşüncəsi Həzrət Peyğəmbərin (s) və İmamların (ə) zamanından bu günə qədər həmişə İslam cəmiyyətində köklü və mübahisəli məsələlərdən olmuşdur. Dünyanın xilaskarı və yer üzündə ədaləti bərqərar edəcək vəd edilmiş İmam Məhdi (ə.f.) haqqında xəbərlər hələ İslamın zühurunun ilk illərindən eşidilməyə başladı və yetkinləşərək İmam Baqir (ə) və İmam Sadiqin (ə) imamətlik illərində özünün ən yüksək nöqtəsinə çatdı.1 İslamdakı bütün firqələrin mühəddisləri bu rəvayətləri sözbəsöz nəql edərək bir-birinə ötürmüş, öz kitablarında qeyd etmiş və qismən də olsa qoruyub saxlamağa çalışmışlar. Amma İslam tarixi boyu baş verən müxtəlif ictimai-siyasi hadisələr nəticəsində bu rəvayətlərin bəzisi heç də olduğu kimi bu günümüzə gəlib çatmamışdır. Xüsusilə də Əməvilər və Abbasilərin xilafəti dövründə Əhli-beyt (ə) yolçuları əleyhinə işə salınan müxtəlif tipli mexanizmlər məsum İmamlardan (ə) nəql edilən bəzi hədislərin lazımi diqqət və düzgünlüklə gələcək nəsillərə ötürülməsinə mane olmuşdur. Digər tərəfdən tarix boyu aləmin xilaskarı və axirəz-zamanla əlaqəli mövzuların cazibədarlığı, bu mövzular ətrafında gedən müzakirə və mübahisələr həmin mövzu ilə bağlı xurafatın da yayılmasına səbəb olmuşdur. Bütün düşüncə və mədəniyyətlərdə zəif nöqtələr olduğu kimi, məhdəviyyət düşüncəsində də xurafata yönəlik hallar müşahidə edilməkdədir. Bu xoşagəlməz hallara vaxtında diqqət yetirib qarşısı alınmazsa, mənfi nəticələrə gətirib çıxara bilər. Ola bilsin ki, məhdəviyyətdə rast gəlinən zəif nöqtələr zamanına görə fərqlənsin. Belə ki əlaqədar təşkilatlar və alimlər tərəfindən davamlı şəkildə zəif nöqtələrin aşkar edilib üzərində ciddi işləməklə xurafat əleyhinə mübarizə aparmaq mümkündür. Bu gün məclislərdə, minbərlərdə, dini yığıncaqlarda bəzi natiqlərin, yazarların sadə camaatın diqqətini daha çox cəlb etmək üçün məhdəviyyət mövzusunda çox vaxt zəif hədislər, bəzən isə əsassız fikirlər söylədiyini müşahidə edirik. Xalqa ancaq yuxu və zəif hekayələri danışmaq, düşüncə qapılarını onların üzünə bağlamaq, rəvayətlər üzərində dərin araşdırma aparmadan onlardan səthi çıxarışlar etmək və bütün bunları həqiqətin özü kimi tanıtdırmaq sonda nə nəticə verə bilər? Bu istiqamətdə edilən çıxışlar, yazılan kitablar öz cavan dinləyicilərini Allahın Höccəti (ə.f.) qarşısında daşıdıqları vəzifədən və ictimai məsuliyyətdən yayındırıb qəflətə salır. Onlara belə bir fikir aşılayır ki, ancaq xəlvətə çəkilib qaib İmamın axtarışında olmalı, ancaq təvəssül, dua və xətmlərə sarılaraq o Həzrətlə (ə.f.) görüşə yol tapmalıdırlar. Əlbəttə, bu sözləri deməkdə məqsədimiz İmam Zaman həzrətlərinin (ə.f.) görüşünə nail olmaq kimi bir fəziləti inkar etmək deyil. Amma görüş arzusu ilə dualara, xətmlərə üz tutan insanlar arzularında nakam qalanda bu işin aqibəti onların ümidsizliyə, inamsızlığa düçar olmaları ilə nəticələnir. Hətta ola bilsin ki, əqidələrində ciddi problemlərlə üzləşsinlər. Bu növ yanaşmanın mənfi nəticələrindən biri də dini etiqadı yeni formalaşan insanların zehnində İmam Mehdi (ə.f.) ilə bağlı məsələlərin xurafat şəklində təcəssüm etdirilməsidir. Məhdəviyyat mövzusunda çıxış edən başqa bir qrup ətraf dünyaya ancaq modernizm eynəyi ilə baxır, bütün məsələləri təcrübi elmləri meyar götürərək, Qərbin baxışlarına söykənərək təhlil etməyə çalışırlar. Adlarını ziyalı qoyan bu insanlar Həzrəti Mehdinin (ə.f.) qiyamını liberal-demokratiyanın göstəriciləri çərçivəsində ölçüyə salmaqla, guya məsələyə elmi aydınlıq gətirmək istəyirlər. Onlar zühurla bağlı hədisləri, zühurdan sonra baş verəcək hadisələrin izahını zahirdə qəbul olunmuş elmi çərçivədə verməklə, bu hadisələrin adi siyasi-ictimai bir məsələ olduğunu, digər tarixi inqilabların inkişaf mərhələlərini keçərək gerçəkləşəcəyi qərarına gəlirlər. Bu qrupun baxışlarını əks etdirən əsərlərdə məhdəviyyət düşüncəsi adi ictimai bir düşüncə həddinə qədər tənəzzüllə uğrayır və təzadlı suallara yer açır. Əslində bu düşüncənin dayağı olan qeybi və ilahi inayəti aradan götürməklə, əqidədə süstlük yaradır. Həzrət Mehdi (ə.f.) hərəkatını digər mübahisəli məsələlərlə eyniləşdirir. Sonda Quranın, Həzrət Peyğəmbərin (s) Həzrət Mehdinin (ə.f.) zühuru ilə bağlı qətiyyətli vədlərini də şübhə altına alır.2 İnsanlar çox vaxt özləri də bilmədən, xeyirxahlıq məqsədi ilə, xoş niyyətlə, bəzən də öz mənafelərinə görə camaat arasında xurafat yayırlar. Alimlərimiz, mərcələrimiz hər zaman məsələyə ayıqlıq və agahlıqla yanaşmış, xurafat əleyhinə öz kəskin etirazlarını bildirmişlər. Məsələn, tanınmış alim və mərcəi-təqlid Ayətullahul-uzma Məkarim Şirazi böyük ruhanilərin də iştirak etdiyi xaric dərsinin sonunda çıxış edərək cəmiyyətdə xurafatın ayaq açdığına görə öz etiraz və nigarançılığını bildirərək demişdir: “Son zamanlar Cəmkəran məscidində yaşıl şüşədən, çilçıraqla bəzədilmiş bir zireh düzəldilib, yavaş-yavaş İmam məqbərəsinə döndəriblər. Camaat bu şüşə zirehi öpmək üçün növbəyə düzülür, əllərini ona sürtür, aralandıqlarında ehtiram əlməti olaraq arxa-arxaya hərəkət edirlər. Sanki İmamzadəyə gəlibmişlər kimi, ona “Fatihə” də oxuyur, bəziləri hətta təzim də edirlər. Bəzi avamlar isə deyir: bura Həzrət İmam Zamanın (ə.f.) qəbridir. Yəqin bir neçə ildən də sonra kimlərsə peyda olub kitab yazacaqlar ki, burada 70 nəfər övliya dəfn olunmuşdur. Kim bu işə əl bulaşdırmısa, bilsin ki, səhv etmişdir. Bu iş, Cəmkəran məscidinə zərbə vurmaqdır. Cəmkəran məscidi hər cür xurafatdan uzaq olmuşdur. Gəlib onu da bulaşdırdılar”.3 Məkarim Şirazinin bu qısa iradından sonra dərhal Cəmkəran məscidinin müdiriyyəti deyilən nöqsanları aradan qaldırdı. Bu da onu göstərir ki, cəmiyyətdə alimlərin, mərcələrin rolu çox böyükdür. Onların sözü, rəftarı cəmiyyətdə öz təsirini tez qoyur. Mübariz ruhani, tanınmış din xadimi Ayətullahul-uzma Fazil Lənkərani ruhanilərə, alimlərə ünvanladığı müraciətində bu incə nöqtəyə diqqət yetirmələrini tövsiyə edərək buyururdu: “Burada mühüm bir nöqtəni xatırlatmağı lazım bilirəm. Düşüncə və tədqiq ocağı olan bu məkanda İslam maarifi gərək xalis şəkildə, heç bir artırma və əskiltmə olmadan xalqın ixtiyarına verilsin. Xalqın etiqadını zəiflədən, süst və əsassız, çox vaxt isə yalan olan fikirlərdən pəhriz edilməlidir. İmamətin həqiqətini təsbit etmək üçün yalançı yuxuların, qeyri-səhih hadisələrin bəyan edilməsinə ehtiyac yoxdur. Minbərlərdə vilayətin həqiqi cazibələri, təsir və isbata yetmiş kəramətləri söylənsə, kifayət edər. Başqa ibarətlə desək, əqidənin möhkəmləndirilməsi fikrində olmalıyıq. Xalqın duyğuları, emosiyaları üzərində söhbət qurub onların hisslərini yerindən oynatmaqla kifayətlənmək olmaz. Bu, yalnış bir yoldur və keçici bir işdir”.4 Ümumiyyətlə alimlərin, ustadların çoxu məhdəviyyətlə bağlı məsələyə həssaslıqla yanaşırlar. Hər hansı bir fikir bildirəndə diqqətli olurlar ki, qeyri-dəqiq və artıq-əskik bir söz işlətməsinlər. Çünki onların ağızından çıxan hər bir söz xalq arasında çox sürətlə yayılır və kök salır. /deyerler/

Füzuli Şəfiyev



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor