Tarix gələcəyə işıq saçır |
Müəllif: Admin | Bölmə: Islam tarixi | Vaxt: 9-10-2015, 02:18 | Şərh sayı: (0) | Baxılıb: 385
Tarix gələcəyə işıq saçır
İslam məzhəbləri arasında olan ixtilaflı məsələlər daha çox tarixi xarakter daşıyır. Məsələn həzrət Peyğməbərdən (s) sonra xilafət və rəhbərlik məsələsi, o həzrətin bu barədə göstərişləri tarixi məsələlərdir.
Bəzi alimlər düşünmək, axtarış aparmaqdan yaxa qurtarmaq üçün tarixi məsələləri müzakirə etməyin zəruri olmadığını bildirirlər. Onlar ‒ ötüb keçənlərlə işiniz olmasın, bu gün haqqında fikirləşin ‒ deyə, müsəlmanları öz dini tarixlərinə nəzər salmaq və araşdırmalar aparmaqdan çəkindirməyə çalışırlar.
Belə bir fikrin irəli sürülməsi məntiqsiz təfəkkür və ya yorğun düşüncə tərzinin məhsuludur desək, yanılmarıq.
Bu düşüncə tərzi müsəlmanları öz keçmişindən, tarixi həqiqətlərdən və çoxlu elmi nailiyyətlərdən uzaq salır. Məhz bu təfəkkür tərzi bizləri o qədər aciz etmişdir ki, Avropa arxeoloqları, antropoloqları meymun sümüklərini insanın əcdadı kimi təqdim etdilərsə də biz susmalı olduq. Bəzən ata-baba torpaqlarımıza göz dikənlərə tarixi sübutlar gətirməyə belə, aciz oluruq. Öz tarixini bilməyən bir millət, bir ümmət bu günü haqqında düzgün qərar verə bilərmi?
Tarix insanların inkişaf yolu, modern cəmiyyətin formalaşdığı bir prosesdir. İnsan yarandığı gündən bu günədək öz dünəninə baxa-baxa bu gününü yaşamış, sabahına yol açmışdır.
İlahi hidayət kitabı olan Qurani-Kərim keçmiş ümmətlərin tarixini bəyan edir, onların həyat yolunu bizlərə xatırladır. Diqqət etsək görərik ki, Qurani-Kərimin təqribən yarısını tarixi hadisələr təşkil edir.
Müqəddəs kitabımız bəşəriyyətin atası Adəm peyğəmbərin yaranmasını, Nuh peyğəmbərin, Musa peyğəmbərin, İbrahim peyğəmbərin mübarizələrini bizlərə xatırladır, fironların, harunların, nəmrudların fəsad və tüğyanlarından söz açır. Bütün bunlar tarixi unutmamağı, ötüb keçənlərdən ibrət almağı bizlərə tövsiyə edir. Bundan əlavə, Qurani-Kərim tarixə diqqət yetirməyi zəruri hesab edərək buyurur:
«De ki, gəzin yer üzünü, sizdən öncə yaşayan insanların aqibətinə baxın....» .
Bəli, tarix olub keçsə də unudulmamalı, həmişə diqqət mərkəzində olmalıdır.
Tarix ibrət və təcrübə mənbəyi olaraq gələcəyimizə işıq saçır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər