RSS
 

Login:
Şifrə:
» » İMAM ƏLİNİN (Ə) FƏZİLƏTLƏRİ – “MƏVƏDDƏT” (MƏHƏBBƏT) AYƏSİ

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






İMAM ƏLİNİN (Ə) FƏZİLƏTLƏRİ – “MƏVƏDDƏT” (MƏHƏBBƏT) AYƏSİ

 
Müəllif: Admin | Bölmə: Əhli Beyt (ə.s.) | Vaxt: 28-03-2016, 22:43 | Şərh sayı: (0) | Baxılıb: 612

İMAM ƏLİNİN (Ə) FƏZİLƏTLƏRİ – “MƏVƏDDƏT” (MƏHƏBBƏT) AYƏSİ


İMAM ƏLİNİN (Ə) FƏZİLƏTLƏRİ – “MƏVƏDDƏT” (MƏHƏBBƏT) AYƏSİQurani-Kərimdə imam Əmirəlmöminin Əlinin (ə) fəzilətinə işarə edən, o həzrəti İslam ümmətinin ən fəzilətlisi və İslam Peyğəmbərindən (s) sonra ən üstün şəxsiyyət göstərən ayələrdən biri “Məvəddət” adını daşıyan “Məryəm” surəsinin 96-cı ayəsidir. Bu ayədə buyurulur:

إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ سَيَجْعَلُ لَهُمُ الرَّحْمَنُ وُدًّا

“Həqiqətən, iman gətirən və saleh işlər görənlər üçün Allah (möminlərin ürəklərində) bir məhəbbət yaradacaqdır!”

Bu ayədə açıq-aydın göstərilir ki, iman və saleh əməl insanlar arasında məhəbbət və sevgiyə səbəb olur. Bəli, iman və saleh əməl qəribə cazibədarlığa malikdir ki, ürəkləri yumşaldır.

Bu ayənin təfsiri ilə əlaqədar əhli-sünnə mənbələrində Peyğəmbərdən (s) müxtəlif rəvayətlər nəql olunmuşdur. Həmin rəvayətlərdə onun imam Əli (ə) haqqında nazil olması bildirilir. Aydındır ki, ayənin müəyyən bir şəxs haqqında nazil olması həmin şəxsin kamil nümunə olduğunu göstərir. Bu isə ayənin əhatəli mənası ilə əsla ziddiyyət təşkil etmir.

“Şəvahidut-tənzil” kitabında müxtəlif sənədlərlə Bərra ibn Azib, Əbu Rafe, Cabir ibn Abdullah Ənsari, İbn Abbas, Əbu Səid Xudri və Məhəmməd ibn Hənəfiyyədən nəql olunan hədisdə deyilir ki, bu ayə Əli ibn Əbu Talib (ə) haqqında nazil olmuşdur. Həzrətin məhəbbəti hər bir möminin qəlbində yer tutmuşdur.

Əbu Səid Xudridən nəql olunan hədisdə deyilir ki, Peyğəmbəri-Əkrəm (s) həzrət Əliyə (ə) buyurdu:

:يا اَبَاالْحَسَن! قُل اَللّهُمَّ اجْعَلْ لِى عِنْدَكَ عَهْداً وَاجْعَلْ لِى فِى صُدُورِهِ الْمُؤمِنِينَ مَوَدَّةً:

“Ya Əbəlhəsən, de ki: “İlahi! Yanında əhd-peymanımı qəbul et və məhəbbətimi möminlərin qəlbinə sal!”

Bu zaman “Həqiqətən, iman gətirən və saleh işlər görənlər üçün Allah (möminlərin ürəklərində) bir məhəbbət yaradacaqdır.” – ayəsi nazil oldu və Peyğəmbər (s) buyurdu:

لا تَلْقِى رَجُلاً مُؤمِناً اِلاّ فِى قَلْبِهِ حُبٌّ لِعَلِىِّ بْنِ اَبِى طالِبٍ:

“Buna görə də elə bir mömin tapılmaz ki, onun qəlbində Əli ibn Əbu Talib məhəbbəti olmasın!” (“Şəvahidut-tənzil”, 1-ci cild, səh.365, hədis 504.)

Bu hədis azacıq fərqlə Cabir ibn Əbdüllahdan, Bərra ibn Azibdən, həmçinin (bir neçə sənədlə) Məhəmməd ibn Hənəfiyyədən nəql olunmuşdur. Bu hədisdə imam Əlidən (ə) əlavə, Əhli-beytin məhəbbəti qeyd olunmuşdur. Ümumiyyətlə, həmin kitabda müxtəlif silsilə sənədlərlə eyni məna daşıyan iyirmi rəvayət nəql olunmuşdur. (səh.366-367.)

Süyuti “Əd-durrul-mənsur” kitabında bu hədisi müxtəlif sənədlərlə Bərra ibn Azib və İbn Abbasdan nəql etmişdir. (4-cü cild, səh.278.)

Zəməxşəri “Kəşşaf” kitabında (bəhs etdiyimiz ayənin təfsirində) Peyğəmbəri-Əkrəmin (s) imam Əliyə (ə) belə buyurduğunu nəql edir: “Allahdan istə ki, Öz dərgahında səninlə əhd-peyman (şəfaət əhdi) bağlasın, məhəbbətini möminlərin qəlbinə yerləşdirsin.” Elə bu zaman həmin ayə nazil oldu. (3-cü cild, səh.47.)

Məşhur təfsir alimi Qurtubi bu rəvayəti eynilə nəql etmiş və “Kəşşaf” kitabının müəllifi kimi rəvayətə irad tutmamışdır. (6-cı cild, bəhs etdiyimiz ayənin təfsirində.)

Bu hədisi nəql edən digər alimlər aşağıdakılardır:

–Sibt ibn Cövzi: “Ət-təzkirə” kitabı (səh.20.);

–Muhibbuddin Təbəri: “Zəxairul-uqba” kitabı (səh.89.);

–İbn Səbbağ Maliki: “Əl-füsulul-muhimmə” kitabı (səh.106.);

–Heysəmi: “Əs-səvaiq” kitabı (səh.170.);

–İbn Səbban: “Əsafur-rağibin” (səh.118.) və imamət məsələsi ilə bağlı sair kitablar.

Bu hədislərə münasibətdə məşhur təfsir alimlərindən yalnız “Ruhul-məani” kitabının müəllifi Alusi mənfi mövqedədir. O, bu hədisi nəql etdikdən sonra onu əhəmiyyətsiz qələmə vermək istəmişdir. Hədisi Bərra ibn Azibdən nəql edərək, onu Məhəmməd ibn Hənəfiyyədən nəql olunan hədislə təsdiqləyib yazır: “Ayə kiminsə haqqında nazil olmayıb, ümumi məna ifadə edir.” (“Ruhul-məani”, 16-cı cild, səh.130.)

Məlum olduğu kimi, heç kim ayənin nazilolma səbəbi ilə onun ümumiliyini məhdudlaşdırmaq istəmir. Belə bir səbəb ayənin kamil nümunəsini göstərir. Başqa sözlə, bu rəvayətlərdə imam Əli (ə) haqqında deyilənlər, onun bütün möminlərin ürəklərində yerləşən məhəbbəti o həzrət üçün böyük fəzilət sayılır və bu baxımdan kimsə onunla müqayisə oluna bilməz.

Görəsən, məhəbbəti möminlərin qəlbinə dolmuş bir kəs imamət və vilayət məqamına hamıdan artıq layiq deyilmi?! (“Peyami-Quran – Qurani-Kərimdə imamət və canişinlik”, Ayətullah əl-üzma Məkarim Şirazi, 9-cu cild, səh.255-257.)

Rza Şükürlü



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor