Şiə məzhəbinə görə nicat tapacaq firqə |
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 17-01-2016, 22:07 | Şərh sayı: (0) | Baxılıb: 1279
Şiə məzhəbinə görə nicat tapacaq firqə
Quran ayələri bir-birini təfsir etdiyi kimi hədislər də bir-birini təfsir edir. Belə ki, əgər bu və ya digər rəvayətdə nümunə göstərilməyibsə, digər rəvayətlər bu baxımdan onu aydınlaşdırır. Aşağıda sözügedən rəvayətin nümunələrini aydınlaşdıran digər rəvayətləri diqqətinizə çatdırırıq:
"Səqəleyn" hədisi. Peyğəmbər (s) buyurmuşdur: "Ey camaat! Həqiqətən, sizin aranızda iki qiymətli şey qoyub gedirəm. Onlara tapınsanız, əsla yolunuzu azmazsınız. Onlar, Allahın kitabı və Əhli-beytim (ə) olan itrətimdir". Hər iki məzhəb tərəfindən qəbul olunan səhih sənədli bu hədisdə Peyğəmbər (s) nicat tapacaq firqənin yalnız Qurana və Əhli-beytə (ə) tapınanlar olduğunu bildirir.İmam Hafiz Həsən ibn Məhəmməd Sənani (h. q. 650) "əş-Şəms əl-münirə" kitabında Peyğəmbərdən (s) nəql edir: "Qardaşım Musanın (ə) qövmü yetmiş bir firqəyə bölündü. Qardaşım İsanın (ə) ümməti yetmiş iki firqətə bölündü. Tezliklə, mənim də ümmətim yetmiş üç firqəyə bölünəcək. Birini çıxmaq şərtilə qalan hamısı həlak olacaq". Həzrətin (s) bu sözünü eşitdikdə müsəlmanların səsi ucaldı. Ucadan ağladılar. Üzlərini Peyğəmbərə (s) tutub dedilər: "Ey Allahın rəsulu! Sizdən sonra nicat yolunu necə tapaq? Nicat tapacaq firqəni necə tanıyaq, ona necə etimad göstərək?” Həzrət (s) buyurdu: "Mən sizin aranızda elə bir şey qoymuşam ki, ona tapınsanız əsla yolunuzu azmayacaqsınız. Bu, Allahın kitabı və Əhli-beytimdir (ə). Həqiqətən, mərhəmətli və bilici Allah mənə bildirmişdir ki, onlar hovuz kənarında mənə tərəf gəlincəyədək bir-birindən ayrılmayacaqlar. "Səfinə" hədisi. Peyğəmbər (s) buyurmuşdur: "Bilin ki, həqiqətən, Əhli-beytimin (ə) misalı Nuhun (ə) gəmisidir. Kim ona minsə xilas olacaq. Minməyənlərisə qərq olacaqlar, həlak olacaqlar". Bu hədis səhih sənədlərlə mütəvatir şəkildə əhli-sünnə və şiə qaynaqlarında öz əksini tapmışdır. Hədisdən bəlli olur ki, yalnız Peyğəmbərdən (s) sonra onun Əhli-beytinə (ə) tapınan, onları önə keçirən firqə nicat tapacaqdır. Təhlükəsizlik hədisi: Hakim Nişapuri İbn Abbasdan Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: "Ulduzlar insanları (dəryada) azmaqdan qoruyur. Mənim Əhli-beytim isə ümməti ixtilafdan qoruyur. Əgər ərəb qəbilələrindən biri onlara qarşı çıxarsa, öz aralarında ixtilaflar düşər və şeytan firqəsi sayılarlar”. Bu səhih sənədli hədisdə Peyğəmbər (s) camaatı təfriqədən, azğınlıqdan, ixtilafdan amanda qalmaq üçün Əhli-beytə (ə) tapınmağa çağırmış və Əhli-beytin (ə) ardıcıllarını nicat tapacaq firqə hesab etmişdir. "On iki xəlifə" hədisi. Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Məndən sonra on iki xəlifə olacaqdır. Onların hamısı Qüreyşdəndir”. Bu hədisdən məlum olur ki, nicat tapacaq firqə qiyamətədək on iki imamlı olacaq. İmam Əlinin (ə) şiələrinə müjdə verən hədislər. Əhli-sünnədən İbn Həcər Heysəmi və başqaları nəql edirlər ki, "İman gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yaxşılarıdır” ("Bəyyinə”, 7) ayəsi nazil olduqdan sonra Peyğəmbər (s) Əliyə (ə) müraciətlə buyurdu: "Ayədə məqsəd sən və sənin şiələrinsən". Bu hədisdə və eləcə də eyni məzmunu daşıyan digər hədislərdə Peyğəmbər (s) şiə məzhəbini "ən yaxşıları”n yeganə nümunəsi olduğunu bildirmişdir. Əllamə Mir Məhəmməd Saleh Tirmizi "Mənaqibi-Mürtəzəvi" əsərində "Bəhr əl-mənaqib" və İbn Mərdəveyhin "Mənaqib" kitabından İmam Əlinin (ə) belə buyurduğunu nəql edir: "Bu ümmət yetmiş üç firqəyə bölünəcək. Onlardan yetmiş ikisi cəhənnəm alovunda, biri isə behiştdə olacaq. Allah onlar haqqında buyurmuşdur: "Yaratdıqlarımız içərisində bir zümrə də vardır ki, onlar insanları haqq yola aparır, (haqqı rəhbər tutaraq onlar arasında) ədalətlə hökm edirlər”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər