RSS
 

Login:
Şifrə:
» » Muhəmməd İbni Əl-Həsən Əl-Məhdi

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Muhəmməd İbni Əl-Həsən Əl-Məhdi

 
Müəllif: Admin | Bölmə: Əhli Beyt (ə.s.) | Vaxt: 1-10-2015, 21:21 | Şərh sayı: (0) | Baxılıb: 465

Muhəmməd İbni Əl-Həsən Əl-Məhdi


Muhəmməd İbni Əl-Həsən Əl-Məhdi


Hicrətin 255-ci ilində Samerrada dünyaya gəlir. Bu vaxta qədər sağdır və Allah-taalanın izni ilə zühur edəcək.

Ravi ibni Həcər nəql edir: Atasının yanında beş yaşına kimi olur. Beş yaşında atası dünyadan gedir. Allah-taala Öz hikməti ilə Onu qeybə çəkdi.

İslam Peyğəmbərindən (əleyhissalam) çoxlu hədislər nəql olunur ki, zəmanət var ki, müəyyən vaxtda zühuru baş verər. Həzrət İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm) və Mə`sum İmamlardan (əleyhissalam) İmamın (əleyhissalam) adının dəqiqliyi ilə qeyd etmişlər. Onlardan:

Birinci: Həzrət Əli (əleyhissalam)-dan nəql olunur, buyurur: "Əl-Məhdi (əleyhissalam) Biz Əhli-Beytdəndir. Allah-taala gecənin birində Onu zühurunu bərqərar edər!”

İkinci: Səid ibni Müsəyyəd nəql edir: İslam Peyğəmbərinin zövcəsi (səlləllahu əleyhi və alehi və səlləm) Ümmü Sələmənin yanında idik. Həzrəti Məhdini (əleyhissalam)-ı bizim yadımıza saldı və dedi: İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm) eşitdim buyurdu: Məhdi Fatimənin övladlarındandır.”

Üçüncü: Əbdullahdan nəql olunur: İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurdu: Qiyamət qopmaz o vaxta kimi ki, bir nəfər Biz Əhli-Beytdən zühur edib dünyanı ədalətlə doldurar. Onun adı mənim adımdır.”

Dördüncü: Başqa bir hədisdə İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm) nəql olunur: "Mənim Əhli-Beytimdən bir nəfər gələr hamı ona tabe olar. Adı mənim adımdır.”

Beşinci: Yenə başqa bir hədisdə İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm) nəql olunur: "Dünya həyatından hətta bir gün belə qalsa Allah-taala o günü uzadar və mənim Əhli-Beytimdən bir nəfər zühur edər, dünya zülmlə dolduqdan sonra onu ədalətlə dolu edər.”

Altıncı: Də`bəl Xazai nəql edir: İmam Riza (əleyhissalam)-a uzun bir qəsidə dedim. Sonunda belə gəlir:

İmamın zühur etməsi zəruridir,

Allahın-adı ilə bərəkətli olar.

Gəlişilə haqqı batildən ayırar,

Gəlişilə nemətlər və rəhmət çoxalar.

İmam Riza (əleyhissalam) ağladı və başını qaldırıb mənə buyurdu: "Həqiqətən, Ruhul-Qüds səninlə bu iki beytdə danışıb.” Allah-taala imam Məhdini (əleyhissalam) Öz hikməti ilə qeybə çəkib cahanda müəyyən şərait yaranan kimi Allah-taalanın hökmlərinin hər yerdə icra etməkdən ötrü zühur edəcək. İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm) çoxlu rəvayətlərdə nəql olunur ki, həzrət zəmanət verir ki, imamın zühuru axır-zamanda baş verəcək. Bu rəvayətlərin heç birində deyilmir ki, axır zamanda doğulacaq. Bu da şiələrin e`tiqadı ilə tamamilə uyğun gəlir ki, İmam (əleyhissalam) uzun qeybdən sonra zühur edəcək.

İmam Zamanın (əleyhissalam) qeybə çəkilməsinin iki mərhələsi var:

Birinci mərhələ: Qeybəti-suğra (kiçik qeyb) adlınır. Bu dövran hicrətin 330-cu ilinə qədər davam edir. Bu vaxta qədər İmamın (əleyhissalam) müsəlmanlar arasında xüsusi nümayəndələri var idi. İmamın (əleyhissalam) müsəlmanlar arasında olan nümayəndələri dörd nəfər idilər. Onlar Bağdadda müsəlmanlar arasında yaşamış, orda dəfn olunmuş və orda da qəbrləri məşhurdur. Onlar bunlardır:

Birinci: Osman ibni Səid Ömri. İmam Zamanın (əleyhissalam) və imam Həsən Əsgəri (əleyhissalam)-ın xüsusi və ən e`timadlı vəkillərindən olmuşdur. Hicrətin 280-cı ilində vəfat etmişdir.

İkinci: Mühəmməd ibni Osman ibni Səid Ömri. Hicrətin 304 və ya 305-ci ilində vəfat edib.

Üçüncü: Həsən ibni Ruh Nubəxti. Hicrətin 320-ci ilində vəfat edib.

Dördüncü: Əli ibni Mühəmməd Səməri. Hicrətin 328-ci və ya 329-cu ildə vəfat etdi.

Səmərinin vəfatı ilə İmamın (əleyhissalam) müsəlmanlarla xüsusi səfirləri qurtarır. Bununla da "qeybəti-Suğra” vaxtı sona yetir və "qeybəti-Kubra” başlanır. Bu da Allah-taalanın İmamın (əleyhissalam) zühurunu məsləhət bildiyi vaxta qədər yaşayacaq. Ona görə də bu dövrdə hər kim iddia etsə ki, İmamın (əleyhissalam) vəkili və səfiriyəm, yalançı sayılır.

Həsən ibni Əhməd Mükəttəbdən hədis nəql olunur ki: Bağdadda idim. O il İmamın (əleyhissalam) sonuncu səfiri Səməri (r) vəfat etmişdi. Mən o səfirin ölməsindən bir neçə gün əvvəl ora yetişdim. Bir gün müsəlmanları başına yığıb İmam Zamandan (əleyhissalam) müsəlmanlara müraciət olaraq belə bir məktub oxudu:

Bismillahir rəhmanir rəhim!

Ya Mühəmməd ibni Səməri! Allah sənə müsəlmanlar arasında xüsusi mükafat versin! Sən altı gün içində dünyadan gedəcəksən. İşlərini cəm et! Sənin ölümündən sonra heç kim mənimlə müsəlmanlar arasında xüsusi səfir vəsiyyət etmə. Bununla da tam qeyğbət yetişdi. Allah-taala izin veməyənə qədər zühurdan xəbər yoxdur. Bu zühur uzun müddətdən, qəlblərin kin bağlamasından və yer üzünün zülmlə dolmasından sonra olar. Şiələrimdən bir dəstəsi iddia edər ki, məni görür. Onlar yalançıdırlar. Böyük və uca Allahın güc və qüdrətindən başqa heç bir güc-qüdrət yoxdur!”

Bu məktubu hamı yadında saxladı. Biz ondan ayrıldıq. Yeddinci günü yenə onun yanına getdik. Can üstə idi. Ondan soruşuldu ki, səndən sonra İmamla (əleyhissalam) kim danışacaq? Cavab verdi: "Bu Allaha aid olan işdir. İmamla rabitə kəsildi. Allah özü hökm edəndir.” Bu söz ondan eşidilən sonuncu söz idi. Allah ondan razı olsun!

İmam Zamanın (əleyhissalam) uzun müddətli qeybi dövründə müsəlmanların vəzifəsidir ki, şəriət məsələlərində böyük və savadlı alimlər sayılan adil müctəhidlərə müraciət etsinlər. Bu sifarişi də İmam Zaman (əleyhissalam) özü sifariş etmişdir. Hədislərdən birində İmam (əleyhissalam) buyurur:

"Məndən sonra müsəlmanlar şəriət məsələlərində bizdən səhih hədis nəql edənlərə (adil alimlərə) müraciət etsinlər. Onlar mənim sizə onlan höccətlərim və mən də hamıya Allah tarafindən höccətəm.!”


BEŞİNCİ ƏSAS

QİYAMƏT

Qiyamətin mə`nası budur ki, Allah-taala bütün insanları həyatda yaşayıb öldükdən sonra yenə də təzədən dirildəcək və onların əməllərinin hesab-kitabı olacaqdır. Hər kəs özü mükafatını alacıq. Bir dəstə Cənnətdə olub ne`mətlərdən bəhrələnər və bir dəstə də əməllərinin üzəndən Cəhənnəmə düşüb əzaba düçar olarlar.

Qur`ani-Kərimdə çox yerdə ayələrdə bu mətləbə tə`kidlə işarələr olmuşdur. Allah-taala buyurur:

وَنُفِخَ فِي الصُّورِ فَصَعِقَ مَن فِي السَّمَاوَاتِ وَمَن فِي الْأَرْضِ إِلَّا مَن شَاء اللَّهُ ثُمَّ نُفِخَ فِيهِ أُخْرَى فَإِذَا هُم قِيَامٌ يَنظُرُونَ

"Sur (birinci dəfə) çalınacaq, Allahın göylərdə və yerdə olan istədiyi kimsələrdən başqa, dərhal hamı yıxılıb öləcək. Sonra bir daha çalınan kimi onlar (qəbirlərindən) qalxıb (Allahın əmrinə) müntəzir olacaqlar!»

İnsanların ölümdən sonra təzədən dirilməsində heç bir-şəkk şübhə yoxdur. Allah-taala Qur`anda bu barədə təkəbbürlü kafirlərə işarə etmişdir ki, necə ki, əvvəldə Allah-taala heç nədən insanı yaratdı öldükdən sonra da təzədən dirildəcək. Qur`an buyurur:

وَضَرَبَ لَنَا مَثَلاً وَنَسِيَ خَلْقَهُ قَالَ مَنْ يُحْيِي الْعِظَامَ وَهِيَ رَمِيمٌ (78) قُلْ يُحْيِيهَا الَّذِي أَنشَأَهَا أَوَّلَ مَرَّةٍ وَهُوَ بِكُلِّ خَلْقٍ عَلِيمٌ

"Öz yaradılışını unudub: "Çürümüş sümükləri kim dirildə bilər?!" - deyə, hələ Bizə bir məsəl də çəkdi.

79. (Ya Peyğəmbər!) De: "Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O, hər bir məxluqu (yaradılışından əvvəl də, sonra da) çox gözəl tanıyandır!”

Hər bir müsəlmana vacibdir ki, öz həyatında xeyir əməllərdən bəhrələnsin və Allahın itaətində olub günahdan çəkinsin. Bununla da Allah-taalanın razılığını və mərhəmətini ələ gətirsin.

رَّبَّنَا إِنَّنَا سَمِعْنَا مُنَادِياً يُنَادِي لِلإِيمَانِ أَنْ آمِنُواْ بِرَبِّكُمْ فَآمَنَّا رَبَّنَا فَاغْفِرْ لَنَا ذُنُوبَنَا وَكَفِّرْ عَنَّا سَيِّئَاتِنَا وَتَوَفَّنَا مَعَ الأبْرَارِ (193) رَبَّنَا وَآتِنَا مَا وَعَدتَّنَا عَلَى رُسُلِكَ وَلاَ تُخْزِنَا يَوْمَ الْقِيَامَةِ إِنَّكَ لاَ تُخْلِفُ الْمِيعَادَ

"Ey Rəbbimiz! Həqiqətən, biz: "Rəbbinizə inanın!" - deyə imana tərəf çağıran bir kimsənin çağırışını eşidib Sənə iman gətirdik. Ey Rəbbimiz! İndi günahlarımızı bizə bağışla, təqsirlərimizdən keç (böyük günahlarımızı bağışla, kiçik günahlarımızın üstünü ört) və canımızı yaxşı əməl sahibləri ilə bir yerdə al ! (194) Ey Rəbbimiz! Öz peyğəmbərlərin vasitəsilə bizə və’d etdiklərini ver və qiyamət günündə bizi rüsvay etmə! Əlbəttə, Sən Öz və’dinə xilaf çıxmazsan!"


Bütün bunlar (beş əsas) dinimizin əsasları (Üsuliddin) adlanır. Bundan başqa dinin bir çox zəruri məsələləri vardır ki, onlara dadaha ətraflı yazılmış kitablara müraciət etmək lazımdır.

Bununla da bizim əqidə barəsindəki bəhsimiz sona yetir. Allah-taaladan arzu edirəm ki, müsəlman bacı və qardaşlar, xüsusilə cavanlar bu əlyazmadan lazımınca bəhrələnsinlər. Allah-taala hamının pak əməllərin qəbul etsin və Qiyamətin günündə xətalarımızdan keçsin! Allah-taala mərhəmətlilərin mərhəmətlisidir!

Hicri ilə 1424-cü il rəcəb ayı.

Riyaz Əl-Həkim



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor