Fatimənin (s.ə) hüzurunda |
Müəllif: Eli Aşiqi | Bölmə: Əhli Beyt (ə.s.) | Vaxt: 21-01-2015, 15:59 | Şərh sayı: (0) | Baxılıb: 565
Fatimənin (s.ə) hüzurunda
Ər saxlamağın, həyat çətinliklərinə dözməyin mükafatlarından biri də Fatimeyi Zəhra (əleyhissalam)-ın mübarək məhzərində olmaqdır. Ərinin razılığını qazanan, evin çətinliklərində ona kömək edən qadın axirət aləmində yüksək məqamlara çatacaqdır. İmam Sadiq (əleyhissalam) buyurur: "Qadınlardan iki dəstəsi, bərzəx aləmində qəbir sıxıntısı və qəbir əzabından azad olacaq, qiyamət günü də Fatimeyi Zəhra (əleyhissalam) ilə birlikdə məhşur olacaqlar (diriləcəklər) və onlardan hər birinə min şəhidin və Allaha min illik ibadətin əvəzi veriləcəkdir:
1. O qadındır ki, iman cəhətindən elə bir mərtəbəyə çatsın ki, ərinin sonrakı qadınla evlənməsi onun həyatına təsir etməsin, ərinə olan mehr-məhəbbətinə xələl gətirməsin;
2. O qadın ki, ərinin kobud rəftarına, bədəxlaqlığına dözsün, öz vəzifəsini yerinə yetirməkdə səhlənkarlıq etməsin;
3. O qadın ki, öz mehriyyəsini ərinə bağışlasın.”
Bu hədisdə səbirli qadınlar üçün çoxlu imtiyazlar verilmişdir. Fatimeyi Zəhra (əleyha salam)-ın yanında qərar tutmaqdan, qəbir əzabından azad olmaqdan əlavə, onların ər saxlamağının mükafatı da islam döyüşçülərinin cihadından üstün, savabı da onlardan artıq olacaqdır. Belə qadınlara min mücahid əsgərin savabı veriləcəkdir. Çünki ər evində səbirlilik göstərməsi, ərin razılığını cəlb etməsi onun üçün ən böyük imtiyazdır və bu məsələ hədislərdə də gəlmişdir. Biz onlardan ikisini qeyd etməklə kifayətlənirik:
İmam Sadiq (əleyhissalam) buyurur:
"Qadın üçün heç bir şəfaət (qiyamətdə bağışlanması üçün vasitəçilik) ərinin razılığını qazanmaq qədər faydalı və səmərəli deyildir. Xoş olsun o qadının halına ki, öz islami rəftarı və məxsus məhəbbətləri ilə ərinin məhəbbətini özünə cəlb etsin və onu özündən razı salsın.”
Həzrət İmam Baqir (əleyhissalam) buyurur ki, anası Fatimeyi Zəhra (əleyhissalam)-ın şəhadətindən sonra Həzrət Əli (əleyhissalam) onun cənazəsinin yanında dayanıb Allaha ərz etdi:
"Xudavənda! Bu Sənin Peyğəmbərinin qızı Fatimeyi Zəhradır və mən ondan razılığımı bildirirəm. Pərvərdigara! Onu qəbrin vəhşətindən və övladlarından uzaq olması vəhşətindən hifz et. Xudavənda! Ona zülm etdilər, Sən Özün onlarla Fatimeyi Zəhra (əleyhissalam) arasında hökm et.”
Bütün bunlar göstərir ki, ərin razılığı və onun şəfaəti həyat yoldaşının dərəcəsinin yüksəlməsində, hərçənd Fatimeyi Zəhra (əleyhissalam) kimi qiyamət gününün şəfaətçi olsa belə, təsirlidir. Fatimeyi Zəhra (əleyhissalam)-ın özü və onun anası Xədiceyi Kübra aləm qadınlarının ən yaxşısı olmaqla eyni zamanda, ölüm anlarında axirət fikrində olmuş və öz ərlərinin onlardan razı olmalarını istəmişlər, beləliklə də islam ardıcıllarına həyat dərsi vermişlər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər