Ayətullah Xamenei BMT-nin Yəməndə törədilən cinayətlərə sükutunu bəşəriyyətin rüsvayçılığı və ayıbı adlandırıb |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 30-06-2016, 14:48 | Şərh sayı: (0) | Baxılıb: 317
Ayətullah Xamenei BMT-nin Yəməndə törədilən cinayətlərə sükutunu bəşəriyyətin rüsvayçılığı və ayıbı adlandırıb
Ali Rəhbər Ayətullah Seyyid Əli Xamenei BMT-nin Yəməndə törədilən cinayətlərə sükutunu bəşəriyyətin rüsvayçılığı və ayıbı adlandırıb.
“BMT-nin bəzi ölkələrdən pul almaqla Yəməndə uşaqların qətliamı və törədilən cinayətlərə göz yumması bəşəriyyətin ayıbıdır. Bu rüsvayçılıq həqiqi insan haqlarına ziddir və gərəkdir ki, dünya səviyyəsində bu işin üzərində hüquqi ölçülər götürək”.
Ixlas.Az xəbər verir ki, Ayətullah Xamenei bu gün İranın Məhkəmə Sistemi sədri və işçiləri ilə görüşüb.
Ayətullah Xamenei görüşdə Beynəlxalq Qüds gününün yaxınlaşmasına toxunub və bildirib ki, Allahın lütfü ilə cümə günü İranda və İslam dünyasında bir daha Fələstinin məzlum xalqının müdafiəsi naminə birlikdə fəryadlar ucalacaq və müsəlman xalqlar məzlumdan müdafiə kimi əhəmiyyətli vəzifələrini yerinə yetirəcəklər.
Ali Rəhbər Ayətullah Xamenei Amerika məhkəmələrinin əsassız və boş bəhanələrlə İran xalqının əmlakına əl uzatması məsələsinə toxunub və bildirib ki, sanksiyalar vasitəsi ilə İran xalqının hüquqularının pozulması həqiqəti dünya səviyyəsində məhkəmələrə çıxarılmalıdır.
İranda minlərlə terorr qurbanının hüquqlarının bərpası, bu qurbanları qətl edənlərin gizli və aşkar dəstəkləyən dövlətlərə qarşı məhkəmələrə müraciət, dünyada məzlum müsəlmanların hüquqlarının müdafiəsi kimi məsələlər Ayətullah Xameneinin İran Məhkəmə Sisteminə tövsiyyələri idi.
“Məhkəmə Sistemini digər vəzifəsi dünyada İslami İnsan Haqlarını diriltməkdir. Qərbin dediyi insan haqları səhv əsaslarla tənzimlənib və lazımdır ki, səmərəli və güclü əsaslara söykənən İslami İnsan Haqları dünya ictimaiyyətinə və beynəlxalq hüquq qurumlarına izah və əməl edilsin. BMT-nin bəzi ölkələrdən pul almaqla Yəməndə uşaqların qətliamı və törədilən cinayətlərə göz yumması bəşəriyyətin ayıbıdır. Bu rüsvayçılıq həqiqi insan haqlarına ziddir və gərəkdir ki, dünya səviyyəsində bu işin üzərində hüquqi ölçülər götürməliyik.”
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər