Ağdamın icra başçısı: "Hamımız buradayıq" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 26-04-2016, 11:11 | Şərh sayı: (0) | Baxılıb: 381
Ağdamın icra başçısı: "Hamımız buradayıq"
Hazırda Ağdam rayonunda cəbhə xətti boyu tam sakitlikdir.
Bu barədə Milli.Az-a Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov deyib.
İcra başçısının sözlərinə görə, ötən gecə və bu gün qoşunların təmas xəttində atəş açılmayıb:
"Biz tərəflərdə atılmayıb. Atışma əsasən Tərtərdə olub. Bizdə hələ ki, sakitlikdir".
R.Məmmədovun sözlərinə görə, buna baxmayaraq, əhalinin mühafizəsi üçün tədbirlər görülür: "Hamımız buradayıq. Xüsusən kişilərdən heç kim evləri tərk etmir. Amma qadınlar, uşaqlar, qocalar gecələr sığınacaqlara çəkilirlər. Çünki hər halda artilleriyadan atılırsa, mütləq ehtiyatlı olmaq lazımdır. Ötən gecə özüm də ön xətdə olmuşam. Hələ ki, tam sakitlikdir. Biz tərəflərdə heç avtomat və pulemyotlardan da atılmayıb. Amma ermənilərin hər dəqiqə kəndləri atəşə tutma təhlükəsi var. Ona görə də maksimum diqqətli olmalıyıq".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər