"100-ə yaxın evə mərmi düşüb" - İcra başçısı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 13-04-2016, 18:14 | Şərh sayı: (0) | Baxılıb: 306
"100-ə yaxın evə mərmi düşüb" - İcra başçısı
Təmas xəttinin Goranboy istiqamətində erməni təxribatları zamanı rayonun cəbhəyanı kəndlərinə ciddi ziyan dəyib.
Ixlas.Az bildirir ki, bunu report-a açıqlamasında Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev deyib.
İcra başçısı qeyd edib ki, cəhbədə baş verən son hadisələr zamanı rayonun Tapqaraqoyunlu və Zeybə kəndlərinə daha çox ziyan dəyib: "Kəndlərdə kommunikasiya xətləri sıradan çıxıb. Ermənilər kəndləri daha çox top və qrad mərmisi ilə atəşə tutub. Nəticədə 100-ə yaxın evə, o cümlədən uşaq bağçasına mərmi düşüb. Kəndə düşən mərmilərin partlaması nəticəsində sakinlər arasında xəsarət alan olmasa da, 9 ev tamamilə yararsız hala düşüb, 60 baş mal-qara tələf olub".
N.Quliyev vurğulayıb ki, hazırda rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri tərəfindən cəbhəboyu kəndlərə dəyən ziyanın miqdarı hesablanır: "Erməni təxribatları zamanı zərər görmüş sakinlərə icra hakimiyyəti tərəfindən köməkliklər göstərilib və yardım olunub. Hazırda sakinlər öz evlərində gündəlik məişət qayğıları ilə məşğul olurlar".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər