Azərbaycanlı deputatla erməni deputat arasında QALMAQAL |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 13-04-2016, 20:51 | Şərh sayı: (0) | Baxılıb: 260
Azərbaycanlı deputatla erməni deputat arasında QALMAQAL
Qondarma "erməni soyqırımı"nın Gürcüstan parlamenti tərəfindən tanınmasına dair erməni deputatın təklifi növbəti dəfə ciddi etirazlara səbəb olub.
Ixlas.Az report-a istinadən xəbər verir ki, azərbaycanlı deputat Azər Süleymanov erməni həmkarının arzusunu ürəyində qoyub.
"Bugünkü iclasda Axalkalikidən olan deputat Samvel Petrosyan Gürcüstan parlamentində qondarma "erməni soyqırımı"nın tanınmasını təklif etdi. O, Gürcüstan Parlamentinin bu yalançı soyqırımı tanımasının erməni xalqı tərəfindən minnətdarlıqla qarşılanacağını söylədi. Lakin mən ona sözünü bitirməyə imkan vermədim və belə bir məsələnin iclasın gündəliyinə daxil edilməsinə etirazımı bildirdim", - A.Süleymanov report-a müsahibəsində bildirib.
Vahid Milli Hərəkat Partiyasının üzvü olan Azər Süleymanov həmkarının sözünü kəsib və onun təklifini absurd adlandırıb.
A.Süleymanov iclasdakı çıxışında deyib: "Bura Ermənistan parlamenti deyil, Gürcüstan parlamentidir. Ona görə də burada Gürcüstanın problemləri müzakirə olunmalıdır".
S.Petrosyanı deputat yox, şoumen adlandıran A.Süleymanov həmkarına parlamenti yalançı soyqırımı nağılları ilə çirkləndirməməyə çağırıb. O bildirib ki, əslində əsl soyqırımı ermənilərdən ibarət "Baqramyan" taboru Abxaziyada törədib: "Abxaziyada ermənilər günahsız gürcüləri qətlə yetiriblər. Əgər söhbət 1915-ci ildə baş vermiş hadisələrdən gedirsə, Türkiyə tərəfi bu məsələ ilə əlaqədar öz arxivlərini açıb, amma Ermənistan belə bir addımı atmaqdan qəti imtina edir".
Diqqəti ermənilərin Azərbaycanın işğal etdikləri ərazilərində törətdikləri vəhşiliklərə çəkən A.Süleymanov deyib: "Ermənilər bir gecədə Xocalıda 613 dinc sakini qətlə yetiriblər. Hazırda isə Azərbaycan torpaqlarında müharibə gedir, siz hansı "erməni soyqırımı"ndan söz açırsınız".
Azərbaycanlı deputatın çıxışı deputatların böyük əksəriyyəti tərəfindən
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər