“Belə strateji tərəfdaşlıq, ikiüzlülük və riyakarlıq olmaz” - Deputat Gürcüstanı suçladı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 2-02-2016, 10:49 | Şərh sayı: (0) | Baxılıb: 209
“Belə strateji tərəfdaşlıq, ikiüzlülük və riyakarlıq olmaz” - Deputat Gürcüstanı suçladı
“Bu dəfə AŞPA-da qəbul olunmuş sənəd həddən artıq vacib və əhəmiyyətli sənəddir. Bu da Azərbaycan nümayəndə heyətinin uğurudur. Ancaq bu, ilk dəfə qəbul olunmayıb. Ilk sənəd 2005-ci ildə cənab prezidentin rəhbərliyi ilə qəbul olunub”.
Bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri Səməd Seyidov plenar iclasdakı çıxışında dedi. O, mətbuatda AŞPA sessiyası ilə bağlı bəzi yazıları təkzib etdi.
Deputat Qüdrət Həsənquliyev isə Gürcüstan nümayəndə heyətinin bəzi üzvlərinin Dağlıq Qarabağla bağlı AŞPA-nın sessiyasına çıxarılan qətnaməni müdafiə etmədiyini, hətta əleyhinə səs verdiklərini xatırladıb, rəsmi Tiflisin siyasətini sərt tənqid etdi: “Gürcüstanın ayrı-ayrı vəzifəli şəxslərinin Azərbaycana qarşı ədalətsiz mövqeyi zaman-zaman müşahidə olunub. Biz vaxtilə NATO Parlament Assambleyasında iştirak edən zaman həmin tədbirdə Gürcüstandan N.Burcanadze də iştirak edirdi. Həmin oclasda Ziyafət müəllim də iştirak edirdi, yəqin ki, yadına gələr. Həmin iclasda N.Burcanadzeyə sual olundu. N.Burcanadze bizə cavabında bildirdi ki, işğalla bağlı Kosovada tətbiq olunan təcrübə Moldova və Gürcüstana tətbiq oluna bilər. O, həmin vaxtı da Azərbaycanın adını çəkməmişdi.
AŞPA-nın sonuncu iclasında da Azərbaycanla bağlı qətnamə müzakirə olunanda Gürcüstan nümayəndə heyətinin 2 nəfər üzvü əleyhinə səs verib. Bunu burada hörmətli Səməd Seyidov və Fazil Mustafa da təsdiq edə bilərlər. Biz Milli Məclis olaraq son addımlarına görə Gürcüstan tərəfinin diqqətinə çatdırmalıyıq ki, belə strateji tərəfdaşlıq, belə ikiüzlülük və riyakarlıq olmaz!”
Q.Həsənquliyev qeyd edib ki, Avropanın ayrı-ayrı institutlarında, o cümlədən Fransada güclü erməni lobbisi var: “Bu ölkələrdə hakimiyyətlər dəyişsə də, ancaq dövlətin mövqeyi dəyişməyib. Ancaq Elxan müəllimin təşəbbüsü ilə AŞPA-da “Sərsəng” su anbarı ilə bağlı qətnamənin qəbul edilməsi çox əhəmiyyətli addımdır. Bu qətnamənin qəbulunda Elxan Süleymanovun da böyük əməyi var”.
Deputat Elman Nəsirov da AŞPA-da böyük uğur qazanıldığını dedi və iki qətnamənin eyni vaxtda müzakirəyə çxıarılmasını taktiki cəhətdən uğurlu addım adlandırdı: “AŞPA-dakı müzakirələr bir həqiqəti də üzə çıxartdı ki, Baltikyanı ölkələr və Çexiya ilə bağlı əlaqələrimiz zəifləyib. Ona görə də bunun səbəblərini araşdırmalıyıq”.
Deputat ATƏT-in Minsk qrupu ilə bağlı müzakirələrin aparılması üçün yüksək səviyyəli konfrans keçirməyə çağırdı.
Deputat Hikmət Məmmədov dedi ki, strateji tərəfdaşımız olan Gürcüstan Keşikçi dağı istiqamətindən sərhədlərin dəqiqləşdirilməsi barədə qəti addımlar atmır. Ona görə də rəsmi qurumlar bu fürsətdən istifadə etməlidirlər.
Deputat həmçinin Gürcüstandan Azərbaycana turist cəlb edə bilmədiyimizi xüsusi vurğuladı: “Həmçinin bir vaxtlar biz tibbi məsələlərlə bağlı İrana üz tuturduq, indi də Gürcüstana üz tuturuq”.
Musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər