Cənubi Koreya müsəlman turistlər üçün xüsusi proqramlar həyata keçirir |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 16-02-2016, 22:42 | Şərh sayı: (0) | Baxılıb: 1766
Cənubi Koreya müsəlman turistlər üçün xüsusi proqramlar həyata keçirir
Cənubi Koreyanın Turizm Təşkilatı elan edib ki, cari ildə1 milyon müsəlman turistin ölkəyə səfər etməsini təmin etmək məqsədi ilə xüsusi proqramlar həyata keçirəcək.
Ixlas.Az xəbər verir ki, Cənubi Koreyanın Turizm Təşkilatı bildirib ki,müsəlman turistlərin ölkədə rifahını təmin etməküçün il boyu bir sıra proqramlar həyata keçirəcək. Layihə “Müsəlmanları sevən Koreya” adı ilə həyata keçirilir.
Məlumatda bilidirilir ki, Cənubi Koreyaya səfər edən turistlərin əksəriyyəti Çin və Yaponiyadandır. Dünya cəmiyyətinin 23 faizini müsəlmanlar təşkil edir və Cənubi Koreya müsəlman ölkələrindən turistlərin ölkəyə səfərində maraqlıdır. Layihə çərçivəsində ölkənin 140 restoranında müsəlman turistlər üçün halal yeməklər veriləcək.
Müəslmanların namaz qılması üçün namazxanalar təsis olunacaq. Həmçinin cari ildə bu ölkədə Halal Yeməklər Festivalı keçiriləcək.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər