Türkiyədə turizm ən çətin dövrünü yaşayır: 1300 otel satışa çıxarıldı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 2-02-2016, 12:36 | Şərh sayı: (0) | Baxılıb: 224
Türkiyədə turizm ən çətin dövrünü yaşayır: 1300 otel satışa çıxarıldı
Ölkənin turizm sənayesi tarixinin ən çətin dövrünü yaşayır
Türkiyədə turizm sənayesində olan problemlərə görə 1300-dən çox mehmanxana satışa çıxarılıb.
Ixlas.Az-ın Zaman qəzetinə istinadən məlumatına görə, iqtisadiyyatda müşahidə olunan böhran, turistlərin azalması və terror təhlükəsinin artması ölkənin turizm sənayesinə çox mənfi təsir göstərib.
Nəşr qeyd edir ki, Türkiyənin turizm sahəsi tarixinin ən çətin dövrünü yaşayır.
Böhrana həmçinin, Rusiyanın Türkiyəyə qarşı qəbul etdiyi sanksiyalar da təsir göstərib.
Nəticədə Egey və Aralıq dənizi sahillərində 1300-dən çox otel satışa çıxarılıb. Antalyada yerləşən və əsasən Rusiya turist bazarına yönələn bir çox otellər müflisləşmənin bir addımlığındadırlar. Nəşrin məlumatına görə, burada 400-dən çox mehmanxana satılır.
Türkiyədə satışa çıxarılan otellərin ümumi qiyməti 30 milyard lirəyə çatır (10 milyard dollar).
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər