ABŞ Çinin Şimali Koreyaya qarşı tətbiq olunacaq sanksiyalara qoşulmağa çağırır |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 20-01-2016, 22:20 | Şərh sayı: (0) | Baxılıb: 251
ABŞ Çinin Şimali Koreyaya qarşı tətbiq olunacaq sanksiyalara qoşulmağa çağırır
Birləşmiş Ştatlar bildirib ki, Çin dünya tərəfindən Şimali Koreyaya qarşı nüvə sınağı həyata keçirdiyi üçün tətbiq olunacaq sanksiyalara qoşulmalıdır.
ABŞ Dövlət katibinin müavini Antoni Blinken bu çağırışı Cənubi Koreyanın xarici işlər naziri Yun Byunq-si ilə Seoulda görüş zamanı edib. Pxenyanın yanvar ayının 6-da BMT-nin əvvəlki testlərə görə tətbiq etdiyi sanksiyaları pozaraq, hidrogen bombasını sınaqdan keçirməsi beynəlxalq ictimaiyyətin qınağına səbəb olub.
Çin Şimali Koreyanın ən yaxın diplomatik və iqtisadi müttəfiqidir. Lakin iki ölkə arasında əlaqələr Şimali Koreyanın nüvə ambisiyalarıan son qoymaqdan imtina etməsinə görə gərginləşib.
Lakin Pekin Şimali Koreyaya qarşı tətbiq olunacaq iqtisadi sanksiyaların rejimin süqutuna səbəb ola biləcəyindən və bunun nəticəsində sərhəd bölgəsinə çox sayda qaçqının toplaşacağından narahatdır ("Amerikanın səsi").
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər