Arzu Abdullayeva: “Bu gün ölkə maraqları deyil, hakimiyyət maraqları önəm daşıyır” |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 10-02-2016, 22:01 | Şərh sayı: (0) | Baxılıb: 307
Arzu Abdullayeva: “Bu gün ölkə maraqları deyil, hakimiyyət maraqları önəm daşıyır”

Hüquq müdafiəçisi Arzu Abdullayeva Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, bu çox qəribə və mürtəce bir qanundur: “Bu gün Azərbaycan Avropa məhkəməsinin qərarlarından imtina ilə bağlı Qərbin reaksiyası adekvat olacaq. Bu təcrübə Rusiya ilə bağlı yaşanıb. Bu məsələ ilə bağlı qanun layihəsini Rusiya da qəbul edib. Bu qanun layihəsində qeyd edilir ki, Avropa Məhkəməsinin qərarı əgər milli maraqlara ziddirsə onda parlamentin ixtiyarı var ki, həmin məhkəmənin qərarından imtina etsin. Əlbəttə bu çox qəribə və mürtəce bir qanundur. Axı kimlər müəyyən edəcək ki,
Avropa Məhkəməsinin qərarları milli maraqlara ziddiyyət təşkil edir? Azərbaycan parlamentinin də səviyyəsini nəzərə aldıqda çox çətin bir durum yaranır. Milli Məclisdə əsasən hakimiyyətə qulluq edən şəxslər oturub. Bu baxımdan deputatlardan necə tələb ediləcəksə, elə də qərar veriləcək. Elə bu səbəbdən də bu deputatları parlamentə seçdiriblər.
Belə bir durumda bu vətəndaşlarmı həll edəcəklər hansı qərarlar ölkə maraqlarına qulluq edir? Bu gün ölkə maraqları deyil, hakimiyyət maraqları önəm daşıyır. Bu baxımdan düşünürəm ki, Azərbaycan belə bir qanun layihəsi qəbul edərsə, Qərbdə bu proses çox mənfi qarşılanacaq. Vaxtı ilə Rusiya bu qərarı qəbul edərkən necə qarşıladısa Azərbaycana da eyni münasibət sərgilənəcək”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər