Rusiya Baltikyanı ölkələri 36 saata işğal edə bilər - NATO-ya həyəcan siqnalı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 5-02-2016, 14:53 | Şərh sayı: (0) | Baxılıb: 291
Rusiya Baltikyanı ölkələri 36 saata işğal edə bilər - NATO-ya həyəcan siqnalı
ABŞ-ın “RAND Corp” tədqiqatlar şirkətinin hesabatına görə, Moskva Estoniyanın paytaxtı Tallini 36 saat ərzində işğal edə biləcək gücə malikdir. NATO isə Rusiyanın işğal qüvvələrinə müqavimət göstərməkdə acizdir.
Avropa.info xəbər verir ki, belə bir ssenari qarşısında NATO-nun nə edə biləcəyi, Baltik ölkələrinin işğalı halında çıxacaq problemlərə cavab axtarılır. NATO-nun müdaxilə edə bilmək gücünü hesablayanda ortaya bədbin mənzərə çıxır.
Litva, Latviya, Estoniya Rusiyanın müttəfiqi Belarus, Kalininqrad və Baltik dənizi arasında yerləşir. Litvanın kiçik bir hissəsi istisna olmaqla, NATO-nun bu ölkələrlə sərhədi yoxdur.
Rusiya gedəcəyi hər hansı bir avantüra nəticəsində hər üç Baltik ölkəsini asanca işğal edə bilər.
RAND-ın hesabatında göstərilir ki, bir çox hərbi və mülki ekspertlərin köməyi ilə rus işğalı baş verəcəyi təqdirdə ortaya çıxacaq müharibə ssenariləri simulyasiya edilib. Nəticə göstərib ki, NATO bu situasiyada aciz vəziyyətə düşəcək.
Ən pozitiv ssenariyə görə NATO qüvvələri Latviya və Estoniyanın işğalına maksimum 60 saat müqavimət göstərə bilər. Ən bədbin ssenariyə görə, Rusiya bu ölkələrin paytaxtlarını 36 saat ərzində işğal edəcək.
RAND-ın hesabatı NATO hərbi komitəsinin sədri ordu generalı Petr Pavelin narahatlıqları ilə üst-üstə düşür.
Pavel 27 may 2015-ci il tarixində NATO-nun gücünə baxmayaraq, Moskvanın Baltik dövlətlərini iki günün içində işğal edə biləcəyini demişdi. Pavel buna səbəbə kimi NATO komandanlığının qərarları gec qəbul etməsini göstərmişdi.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər