NATO Rusiya ilə "informasiya müharibəsi"nə start verdi |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 28-01-2016, 20:10 | Şərh sayı: (0) | Baxılıb: 241
NATO Rusiya ilə "informasiya müharibəsi"nə start verdi

Avropa.info xəbər verir ki, bunun üçün mətbuatda gedən informasiyanı NATO-nun xeyrinə təqdim edəcək şəkildə metodların işlənib hazırlanmasına baxacaq xüsusi kommunikasiya birləşməsi yaradılacaq.
Xarici auditoriyaya təsir edə bilmək gücü alyansın düşmənə qarşı yeni kommunikasiya strategiyası ola bilər.
Reuters yazır ki, NATO Rusiya KİV-i və sosial şəbəkələrlə işləməyi, yeni süjet xətləri yaratmağı, daha effektli mübarizə üçün media kampaniyalarını yerli əhalinin mədəni xüsusiyyətinə görə aparmağı planlaşdırır.
Bundan əlavə şimal alyansı sosial mediada yarana biləcək “təhlükəli aktivliyi” dərhal nəzarətə alacaq.
Məsələ ilə bağlı NATO rəhbərliyi Reutersin dərc etdiyi informasiyaya ətraflı şərh verməkdən imtina edib. NATO-nun KİV üzrə hərbi komitəsindən bildiriblər ki, layihənin təsdiqi üçün üzv ölkələrlə müzakirə aparmaq lazımdır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər