Prezident İlham Əliyev tövsiyyə etdi, “NAZ-Lifan”ın satışı 30 faiz artdı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 3-02-2016, 01:35 | Şərh sayı: (0) | Baxılıb: 325
Prezident İlham Əliyev tövsiyyə etdi, “NAZ-Lifan”ın satışı 30 faiz artdı
“Naz Lifan”ı daha çox məmurlar almağa başlayıb
Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvanda istehsal edilən “Naz Lifan” maşınları ilə bağlı verdiyi açıqlama hələ də gündəmin müzakirə mövzularındandır.
"Bizim Naxçıvanda avtomobil zavodumuz var, dövlət qurumları oradan alsınlar. Yaxşı da maşınlardır. Heç xarici maşından o qədər də fərqlənmir", - deyən prezidentin çağırışına bəzi məmurların qulaq asdığı deyilir.
Hətta Gənclər və İdman Nazirliyinin qarşısından çəkilən fotolarda bir neçə “Naz Lifan” maşını var ki, bununla da sözügedən nazirlikdə prezidentin sözünə ciddi əhəmiyyət verildiyi görüntüsü yaradılır.
Musavat.com “Naz Lifan” firmasının ictimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi Camal Məmmədovla məlum göstərişdən sonra satış qrafiki ətrafında söhbət edib. C.Məmmədov bildirib ki, məlum çıxışdan sonra satışda 30 faizlik artım olub. Onun sözlərinə görə, alıcılar arasında hər kateqoriyadan olanlar var. Vəzifəlilər, gənc xanımlar, biznesmenlər “Naz Lifan”ın modelləri ilə maraqlanırlar: “Vəzifəlilər də çox müraciət edirlər. Amma sıradan vətəndaşlar da çox maraqlanırlar”.
C.Məmmədov dedi ki, hazırda ən çox tərcih edilən modellər "Lifan 820" və "Lifan 720"dir. Əslində isə Naxçıvan Avtomobil Zavodu (NAZ) hazırda 8 çeşiddə minik avtomobili istehsal edir.
İstehsal olunan modellər “NAZ-Lifan 720”, “NAZ-Lifan 820” (Premium modellər), “NAZ-Lifan 620”, “NAZ-Lifan 630” (sedan modellər), “NAZ-Lifan X50” və “NAZ-Lifan X60” (SUV), “NAZ-Lifan 320” və “NAZ-Lifan 330” (Mini) modelləridir.
Müsahibimi dedi ki, “NAZ-Lifan 720” modelinin qiyməti 12.900 manatdan, “NAZ-Lifan 820” modelinin qiyməti 22 min manatdan, “NAZ-Lifan X60” modelinin qiyməti də 14 min manatdan başlayır: “NAZ Lifan 300” modeli də var ki, onu daha çox xanımlar alır. Çünki ekonom-klassdır. Benzin sərfiyyatı azdır, 4-5 litr istifadə edə bilərlər”.
Naxçıvan Avtomobil Zavodunun (NAZ) direktoru Musa Abdullayev isə daha öncə mediaya açıqlamasında bildirib ki, bu maşınlar rahatlıq baxımından, hazırda məmurların istifadə etdiyi modellərdən heç də fərqlənmir. Onun sözlərinə görə, bu gün zavodun kifayət qədər imkanı var ki, məmurları maşınlarla təmin etsin. İndiyədək 5 mindən çox maşın istehsal edilib.
Naxçıvan Avtomobil Zavodu son 3 il ərzində 3 min 200 avtomobil yığıb. Satış həcmi isə 2 min 850 avtomobil olub. Bunu Naxçıvan Avtomobil Zavodunun mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov AzadlıqRadiosuna bildirib.
Onun sözlərinə görə, zavod hazırda Çinin «Lifan» şirkəti ilə əməkdaşlıq edir: «Hazırda digər avtomobil sahəsində çalışan müəssisələrlə əməkdaşlıq məsələləri müzakirə edilir».
Məqsəd Rəhimovun sözlərinə görə, 50-yə qədər işçinin çalışdığı Naxçıvan Avtomobil Zavodunda avtomobillərin şassiləri komplektləşdiricilərin yığılması ilə həyata keçirilir: «Gələcəkdə şassilərin üzərinə quraşdırılan bəzi hissələrin müəssisəmizdə və Azərbaycanın digər müəssisələrində istehsal olunması nəzərdə tutulur».
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər