Prezidentin məmurlara məsləhət bildiyi “NAZ Lifan” avtomobilləri sərfəlidirmi? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 28-01-2016, 15:10 | Şərh sayı: (0) | Baxılıb: 293
Prezidentin məmurlara məsləhət bildiyi “NAZ Lifan” avtomobilləri sərfəlidirmi?
Ötən gün dövlət başçısı İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı məmurların bahalı xarici avtomobillərdən istifadə etməsini tənqid edərək və onlara Naxçıvan MR-nın istehsalı olan “NAZ-Lifan” avtomobillərindən istifadə etmələrini tövsiyə edib.
Prezidentin bu təklifi yerli avtomobil markasının gündəmə gəlməsinə səbəb olub.
Musavat.com-un əməkdaşı adıçəkilən avtomobil markasının göstəricilərini qiymətləndirmək üçün paytaxtda ondan istifadə edən insanlarla həmsöhbət olduq.
Əvvəlcə, məlumat üçün qeyd edək ki, “NAZ Lifan” markası ilə avtomobillərin istehsal edildiyi Naxçıvan Avtomobil Zavodu 2010-cu ilin yanvar ayının 11-də istismara verilib. Zavod ildə 5000 ədəd avtomobil istehsal etmək gücünə malikdir. İstehsal çinli mütəxəssislərin nəzarəti altında həyata keçirilir. 2015-ci ilin birinci yarısında cəmi 325 ədəd minik avtomobili istehsal edilib. Hazırda da paytaxtda bir neçə yerdə “NAZ-Lifan” avtomobilləri satışdadır. Müştərilərə “NAZ Lifan-320”, “NAZ Lifan-520”, NAZ Lifan- 720, “NAZ -620” sedan və NAZ Lifan- x 60” modelləri təklif olunur.
Avtomobillər “Avro-3” standartlarına uyğundur və mexaniki sürət qutusu ilə təchiz edilmiş yeni avtomobil qənaətcilliyi və yüksək manevr qabiliyyəti ilə seçilir. 100 kilometrə 8,2 litr yanacaq sərf edir.
Lakin yerli istehsal olan bu avtomobillərə təlabat azdır. Bunun səbəbi isə əhalinin xarici model avtomobillərə olan etibarı və marağıdır. Bu avtomobillər əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə sosial qayğıya ehtiyacı olan insanlara və veteranlara verilir.
Qiymətlərə gəlincə, “NAZ - Lifan” modellərinin qiyməti 7500 manatdan 15700 manat arasında dəyişir. Lakin ikinci əl avtomobillərini ucuz qiymətə də almaq mümkündür.
Avtomobil satışı saytlarında 2011-cü il istehsalı “Lifan-320” modeli 3500 dollardan 4000 dollara qədər, 2013-2014-cü il istehsalı olan “NAZ Lifan-520” modelləri 6000 dollardan 8000 dollaradək, NAZ Lifan- x 60” CİP modelləri isə 12 500 dollardan 18 500 dollaradək təklif olunur.
Musavat.com-un əməkdaşı “NAZ Lifan” avtomobilləri ilə bağlı şəhərdə taksi sürücüləri və əhali arasında sorğu keçirib. Əhali ölkə başçısının məmurlara “NAZ Lifan” avtomobillərindən istifadə etmələrini tövsiyə etməsi maraqla qarşılayıb. Bir çoxları bu addımın yerli istehsalın güclənməsinə yol açacağını bildirdilər.
Avtomobilə gəldikdə isə, “NAZ Lifan” avtombilindən istifadə edən sürücü vəziyyəti belə izah etdi: “Naxçıvan istehsalı olan bu avtomobillər kifayət qədər qənaətlidir. 20 manat yanacaq vururam və 4-5 gün idarə edir. Diqqət etsəniz, şəhərdə əksər taksi sürücüləri “NAZ Lifan” avtomobillərindən istifadə edir. Deyilənə görə, bu avtomobillər tez sıradan çıxır. Ancaq bu, bəhanədir. İstənilən avtomobilə baxmasan, yararsız hala düşər. Şükür, 2 ildir ki, bu avtomobil məndədir, bir problem çıxmayıb. Düşünürəm ki, xaricdən bahalı avtomobillər alan məmurlar öz istehsalımız olan avtomobilləri alsalar, yaxşı olar”.
Sorğu iştirakçısı olan paytaxt sakinləri əsasən xarici avtomobillərə üstünlük verdiklərini dedilər: “NAZ Lifan” avtomobillərinin qiyməti çox bahadır. 15000 dollara “Lifan” avtomobili almaqdansa, Almaniya və Koreya istehsalı olan avtomobil alarıq. Keyfiyyət baxımından Naxçıvan istehsalı olan avtomobillərdən xeyli keyfiyyətlidir. Bildiyimizə görə, qənaətçil maşındır, yanacaq sərfiyyatı azdır. Lakin dözümlülük səviyyəsi aşağıdır. Ölkədə ən çox xaricdən 100 min manata olan avtomobil gətirənlər məmurlardır. Bu qədər israfçılıq nəyə lazımdır? Yaxşı olar ki, həmin məmurlar yerli istehsal avtomobillərindən istifadə etsinlər”.
“NAZ-Lifan” avtomobillərini dəyərləndirən iqtisadçı ekspert Natiq Cəfərli isə bildirdi ki, bu avtomobillər yerli istehsal olsa da, bütün detalları xaricdən idxal olunur: “Bütün detallar Çindən gəlir, Naxçıvanda sadəcə təkərləri, güzgüləri bağlanılır, Maşınlar ölkəyə gətirilərkən kifayət qədər böyük məbləğdə gömrük rüsumu ödənilir, amma maşın detallarına, özü də istehsal üçün nəzərdə tutulan məhsullara gömrük rüsumu yoxdur. Detallar alınır, rüsumsuz və vergisiz ölkəyə gətirilir, burada yığılır. Bu maşınların böyük əksəriyyəti dövlətin özünə, müxtəlif nazirliklərə büdcə puluna satılır. Detalları isə dollarla, alınaraq ölkəyə gətirilir, yəni, ölkədən valyuta axınını artırır”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər