Azərbaycanda “donuz qripi” ilə bağlı hər hansı təhlükə yoxdur |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 20-01-2016, 21:11 | Şərh sayı: (0) | Baxılıb: 262
Azərbaycanda “donuz qripi” ilə bağlı hər hansı təhlükə yoxdur
Azərbaycan Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayevin sözlərinə görə, hazırda ölkəmizdə “donuz qripi” təhlükəsi yoxdur.
“Trend” agentliyi xəbər verir ki, Azərbaycanda indiyədək “donuz qripi” xəstəliyinin aşkarlanmadığını deyən Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev ölkədə indiyədək heç bir kəsin H1N1 virusuna yoluxma şübhəsi ilə müayinələrə cəlb edilmədiyini, mövsümü qriplə əlaqədar müayinələrin aparıldığını da söyləyib.
Baş epidemioloq qeyd edib ki, “donuz qripi”nin digər ölkələrdən Azərbaycana keçməsinin qarşısını almaq üçün bütün sərhəd məntəqələrində nazirliyin Sanitar Karantin Müfəttişliyi və Dövlət Gömrük Komitəsi ilə birlikdə nəzarət məntəqələri fəaliyyət göstərir: “Şübhəli şəxslərin hamısı sanitar nəzarətindən keçirilir. Lazım olarsa, biz onu mütləq şəkildə təcrid edirik. Bunun üçün Səhiyyə Nazirliyi Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda, 1 saylı Kliniki Tibbi Mərkəz və 7 saylı Uşaq Yoluxucu Xəstəliklər xəstəxanasında “donuz qripi” xəstəliyi ilə əlaqədar xüsusi palatalar ayrılıb və onlar hazır vəziyyətə gətirilib. Respublika Taun Əleyhinə Stansiyada da bütün müayinələr aparılır. Ölkəmizin “donuz qripi” ilə əlaqədar tədbirlər görməsi üçün hər cür şəraiti var. Əgər bir hadisə baş verərsə, biz buna hazırıq”.
İ.Ağayevin sözlərinə görə, hər il soyuq fəsillərdə qrip xəstəliyi yayılır: "Bu birmənalıdır. Amma 50 dərəcə şaxtada qripə yoluxmayanlar, isti günlərdə isə qripə yoluxanlar var. Yay ayı ərzində də ekvatorun ətrafındakı bütün yerlərdə qrip xəstəliyi olur".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər