Gürcüstanda qoyunlar arasında təhlükəli virus yayılıb |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 29-01-2016, 19:37 | Şərh sayı: (0) | Baxılıb: 256
Gürcüstanda qoyunlar arasında təhlükəli virus yayılıb
Gürcüstanda qoyunlar arasında “Göydil” virusu yayılıb.
APA-nın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, Ümumdünya Heyvanların Sağlamlığı Mühafizə Təşkilatı Gürcüstan ərazisində beş virus ocağının aşkarlandığını açıqlayıb.
Gürcüstan kənd təsərrüfatı nazirinin müavini və ölkənin baş baytarı Mixail Soxadze virusun yayıldığını təsdiqləyib. Qoyunların virusa yoluxması halları paytaxt Tiflis yaxınlarında qeydə alınıb. Ümumilikdə, 2190 qoyunun “Göydil” virusuna yoluxduğu ehtimal edilir, artıq 68 qoyunun bu virusa yoluxduğu təsdiqlənib. 35 mal-qaranın da virusa yoluxması ilə bağlı şübhələr var, hazırda yoxlama aparılır.
Qeyd edək ki, Gürcüstanın qoyun ixracında birinci yeri Azərbaycan (86 faiz) tutur. İkinci yerdə isə İordaniyadır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər