AVCİYA Minsk Qrupu həmsədrlərinin xidmətindən imtinaya çağırdı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 2-02-2016, 14:50 | Şərh sayı: (0) | Baxılıb: 260
AVCİYA Minsk Qrupu həmsədrlərinin xidmətindən imtinaya çağırdı
Qurumun vitse-prezidenti: “”Sərsəng harayı” layihəsi öz hədəfinə çatdı...”
Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Azərbaycan hökumətini ATƏT-in Minsk Qrupu həmsədrlərinin xidmətlərindən imtina etməyə çağırıb. Bununla əlaqədar AVCİYA bəyanatla çıxış edib.
Bəyanatda bildirilir ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) fəaliyyətinə müdaxiləsi beynəlxalq hüququn kobudcasına pozulması kimi qiymətləndirilməlidir: “ATƏT-in Minsk Qrupunun Azərbaycanın başqa beynəlxalq təşkilatlarda ədalət axtarması cəhdlərinə müdaxilə etməyə və işğalla bağlı məsələni öz monopoliyasında saxlamağa cəhd etməsinin heç bir hüquqi əsası yoxdur. AVCİYA xarici təsirlərə qarşı ölçü götürmək iqtidarında olmayan AŞ PA-da bosniyalı deputat Militsa Markoviç tərəfindən hazırlanmış ”Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdlə içməli sudan məhrum edilməsi" qətnaməsinin müddəaları yerinə yetirilməyənədək Azərbaycanı bu qurumda fəaliyyətini dondurmağa çağırır".
Qeyd edək ki, tədbirdə AVCİYA-nın prezidenti, deputat Elxan Süleymanov iştirak edib. Toplantıda çıxış edən AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov isə bildirib: “”Sərsəng harayı" layihəsi 2013-cü ildə başlayıb. Məqsəd dünya ictimaiyyətini erməni terrorçularının Azərbaycanın sərhədyanı ərazilərini qəsdən sudan məhrum etməsi barədə məlumatlandırmaq idi. Layihə öz məqsədinə çatıb. “Sərsəng harayı” dünya ictimaiyyətinə çatdırılıb".
Xatırladaq ki, AŞ PA-nın son qış sessiyasında Dağlıq Qarabağ və digər ərazilərin işğalı ilə bağlı başqa bir qətnamə layihəsi həm də Minsk Qrupu həmsədrlərinin müdaxiləsi ilə, cəmi 4 səs fərqlə qəbul olunmamışdı.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər