Türkiyədə 37 dərəcə şaxta həyəcanı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 4-01-2016, 10:44 | Şərh sayı: (0) | Baxılıb: 264
Türkiyədə 37 dərəcə şaxta həyəcanı
Türkiyədə kompüterlərin yanlış olaraq 37 dərəcə şaxta göstərməsi əhalidə ciddi çaşqınlıq yaradıb.
ANS PRESS-in məlumatına görə, Türkiyədə yanvarın 2-də Afyon Karahisar şəhərində 37 dərəcə şaxta olduğu qeyd olunmuşdu. Bəzi mətbuat orqanlarında dərc olunmuş bu məlumat əhalidə ciddi çaşqınlıq yaratmışdı. Hər haıda, bu, Aralıq dənizi yaxınlarında yerləşən Afyona deyil, Sibirə xas temperatur göstəricisidir.
Məsələyə şübhə ilə yanaşan meteorologiya xidmətinin rəhbərliyi Afyon Karahisarda araşdırmalara başlayıb. Araşdırmalar kompüter məlumatlarının yanlış olduğunu ortaya çıxarıb. Sən demə, həmin vaxt ərazidə 16 dərəcə şaxta olub.
Dekbarın 20-də də Türkiyəni Kiçik Qafqaz dağlarının ətəyində yerləşən Ərdəhan vilayətinin Gölə rayonunda 31 dərəcə şaxta qeydə alınmışdı.
Kompüterin bu göstəricinin də komputer xətası olduğu düşünülür. Çünki həmin gün Türkiyənin bütün şərq vilayətlərində daha az mənfi temperatur qeydə alınmışdı. Əsasən azərbaycanlıların yaşadığı bölgənin Sarıqamış qəsəbəsində 20 dərəcə, Çıldır qəsəbəsində 13 dərəcə, Qars şəhərində isə 11 dərəcə şaxta olmuşdu.
Dünyanın ən soyuq məntəqəsi isə Rusiyanın Rusiyanın Saxa Respublikasında yerləşən Oymakon dərəsindədir. Qeyri-rəsmi məlumatlara görə, 1938-ci ildə bu qəsəbədə 78 dərəcə şaxta olub. 45 dərəcə şaxtada Saxa Respublikasında məktəblərdə dərs dayandırılır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər