“Rusiyanın hava zərbələri Suriyada vətəndaş müharibəsini daha da şiddətləndirir” |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 2-02-2016, 12:34 | Şərh sayı: (0) | Baxılıb: 237
“Rusiyanın hava zərbələri Suriyada vətəndaş müharibəsini daha da şiddətləndirir”
Rusiya hərbi təyyarələrinin endirdiyi hava zərbələri yalnız Bəşər Əsədin müdafiəsinə yönəlib və Suriyada vətəndaş müharibəsini daha da şiddətləndirir.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Böyük Britaniyanın xarici işlər naziri Filip Hammond bəyan edib.
“Rusiya bizim bütün səylərimizi puç edir. Bu çox üzücü haldır. Sözdə onlar deyirlər ki, gəlin danışıqlar aparaq, bir araya gələk və sairə. Əslində isə Rusiya yalnız Bəşər Əsədi dəstəkləmək məqsədi ilə hava əməliyyatları həyata keçirir, Suriyada vətəndaş müharibəsini daha da şiddətləndirir”, deyə F.Hammond bildirib.
O həmçinin qeyd edib ki, rəsmi Moskvanın siyasəti Suriyadan olan miqrantların sayını artırıb. “Fikrimcə, Rusiya və İran Suriyada problemin həll edilməsi üçün kifayət qədər səy göstərmirlər.”, deyə britaniyalı nazir əlavə edib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər