Rusiya qırıcıları Türkiyə yardım konvoyunu bombaladı: ölənlər var |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 30-01-2016, 10:13 | Şərh sayı: (0) | Baxılıb: 310
Rusiya qırıcıları Türkiyə yardım konvoyunu bombaladı: ölənlər var

“Anadolu” agentliyi əməkdaşının yerli mənbələrdən əldə etdiyi məlumata görə, Türkiyədən Hələbə humanitar yardım daşıyan TIR konvoyu Rusiya hərbi hava donanmasına aid qırıcılar tərəfindən bombalanıb.
Bombardımandan sonra TIR-lar yanıb və avtomobillərdə olan yardım vasitələri istifadəyə yararsız hala düşüb. Hadisə zamanı 12 humanitar yardım könüllüsü yaralanıb, onlardan ikisi xəstəxanaya aparılarkən yolda ölüb.
Ötən ilin sentyabr ayından Rusiya prezidenti Vladimir Putinin əmri ilə bu ölkənin hərbi aviasiyası Suriyada hərbi əməliyyatlara başlayıb. Suriya prezidenti Bəşər Əsədin dəvəti ilə həyata keçirilən əməliyyatların İŞİD terror qruplaşmasına qarşı keçirildiyi iddia edilsə də rus qırıcılarının əsasən Əsəd müxaliflərini və mülki əhalini bombaladığı iddia olunmuşdu.
Noyabrın 24-də Türkiyə hərbi aviasiyasına aid “F-16” qırıcıları bu ölkənin Suriya ilə sərhəddində Rusiyanın “SU-24” hərbi qırıcısını vurub. Rusiya təyyarəsinin Türkiyənin hava sərhəddini pozduğu bildirilir. Bu hadisədən sonra iki ölkə arasında gərginlik yaranıb. Hər iki ölkənin prezidenti və dövlət rəsmiləri hadisədən sonra bir-birlərinə qarşı kəskin ittihamlarla çıxış edib.
Məhz bu gərginlik zəminində Rusiya qırıcıları son aylarda Bayırbucak türkmənlərinin yaşadığı bölgələri bombardıman etməyə başlayıb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər