Rəsmi Ankara Rusiya ilə “Türk axını”nı müzakirə etməyə hazırdı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 2-02-2016, 12:28 | Şərh sayı: (0) | Baxılıb: 310
Rəsmi Ankara Rusiya ilə “Türk axını”nı müzakirə etməyə hazırdı

APA-nın məlumatına görə, bu barədə “Sputnik” agentliyinə Türkiyənin Vaşinqtondakı diplomatik missiyası rəhbərinin müavini Tuqay Tuncer bildirib.
“Biz hələ də “Türk axını”nı kommersiya layihəsi kimi dəyərləndiririk. Əgər Rusiya danışıqlar aparmaq istəyirsə, biz bütün müzakirələrə açığıq. Tərəflər masa arxasına əyləşərək razılaşmanın detalları ətrafında müzakirələr apara bilərlər. 10 il əvvəl “Mavi axın”a dair olduğu kimi”, deyə diplomat vurğulayıb.
Xatırladaq ki, ötən ilin dekabrında Rusiyanın energetika naziri Aleksandr Novak "Türk axını”nın reallaşdırılması ilə bağlı iki ölkə arasında hökumətlərarası danışıqların dayandırılmasını bəyan etmişdi.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər