Rus kəşfiyyatının hədəfində olan türk komandir danışdı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 28-01-2016, 20:43 | Şərh sayı: (0) | Baxılıb: 244
Rus kəşfiyyatının hədəfində olan türk komandir danışdı
Rusiya qırıcı təyyarəsinin türk raketləri ilə vurulduğu hadisədə paraşütlə qurtulmağa çalışan rus pilotunu öldürən şəxs danışıb.
Musavat.com xəbər verir ki, həmin şəxs DHA agentliyinə müsahibə verib.
Məlumata görə, rus pilotu öldürdüyü üçün Rusiya kəşfiyyatının bir nömrəli hədəfi olan Alparslan Çelik bunları deyib: “Mən Türkmən dağına Allaha iman edərək, çıxdım. Canımızı Allah verdi, Allah da alacaq. Biz bu imanla orada mübarizə edirik. Heç bir qorxum yoxdur. Mübarizəmizə son damla qanımız axana qədər davam edəcəyik”.
Bayırbucaqdakı Türkmən dağında vurulan rus qırıcı təyyarəsindən xilas olan pilotu öldürdüyü bildirilən Türkmən Dağı İkinci Sahil Tümeni komandiri Alparslan Çelik, Bayırbucaqda demək olar ki, bütün kəndlərin rusların əlinə keçdiyini bildirib.
Komandir, türkmənlərin Rusiya tərəfindən bombalandığı halda Türkiyənin bu hadisəyə səssiz qaldığını da bildirib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər