"Rusiya Avropa Şurası qarşısında öhdəliklərini tam yerinə yetirməyincə Assambleyaya qayıtmayacaq" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 26-01-2016, 22:03 | Şərh sayı: (0) | Baxılıb: 229
"Rusiya Avropa Şurası qarşısında öhdəliklərini tam yerinə yetirməyincə Assambleyaya qayıtmayacaq"
Rusiya Avropa Şurası qarşısında öhdəliklərini tam yerinə yetirməyincə Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtmayacaq.
APA-nın “Rosbalt” agentliyinə istinadən verdiyi məlumata görə, bunu AŞPA-da liberal və demokrat qrupunun lideri, ispaniyalı deputat Hordi Şukla bəyan edib.
“Rusiyanın tədricən AŞPA ilə əlaqələri səngiyir. Artıq iki ildir ki Rusiya üzrə məruzəçilər lazımı səviyyədə fəaliyyət göstərmirlər”, deyə H.Şukla bildirib.
Onun sözlərinə görə, hazırda AŞPA Rusiyanın Assambleyaya qayıtmasını nəzərdən keçirmir: “Quruma yeni prezidentin seçilməsi də bu prosesi sürətləndirməyə imkan vermir”.
AŞPA-nın 2014-c il aprel sessiyasında Rusiya Krımı ilhaq etməsi ilə əlaqədar səsvermə hüququndan məhrum olunub və Assambleyanın bütün rəhbər orqanlarından xaric edilib.
Buna etiraz olaraq Rusiya nümayəndə heyəti AŞPA-nın son üç sessiyasında iştirak etməyib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər